Qarabağ yaşıl enerji mərkəzinə çevriləcək
23.07.2024 [11:36]
İyul ayının 20-də Şuşada açılış mərasimi keçirilmiş 2-ci Qlobal Media Forumu artıq ənənəvi hal almışdır. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə Ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Dövlətimizin başçısı Forum iştirakçılarının ölkəmizdə gedən proseslərlə bağlı, eləcə də regional və qlobal miqyasda bir çox mühüm məsələlərə dair suallarını cavablandırıb.
İlk növbədə cənab Prezident bildirib ki, ölkənin inkişafının təmin olunması üçün milli ideyanın formalaşdırılması mühüm şərtlərdən biridir. Azərbaycanın belə bir ideyası torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpası üzərində formalaşmışdı. Xalqımız buna nail oldu və keçən ilin sentyabrında bu ideya tamamilə həyata keçirildi. Lakin bu, əlbəttə ki, bizə dincəlmək hüququ vermir. Dövlət başçımızın dediyi kimi, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, Azərbaycan xalqı heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyi qurbanları, nə böyük Qələbəmizi unutmayacaq. Xalqımız və gələcək nəsillərimiz bu Qələbə ilə daim fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik.
Cənab Prezident İlham Əliyevə ünvanlanan suallar bir daha ölkəmizdə, xüsusən də azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda gedən proseslərə dünyada böyük marağın olduğunu göstərdi. O cümlədən “Radio Latviya”nın təmsilçisi tərəfindən azad olunmuş ərazilərdə gedən quruculuq işləri, keçmiş məcburi köçkün ailələrin öz dədə-baba yurdlarına qayıdışı prosesi və həmin ərazilərdə hələ də yaşanan mina təhlükəsi ilə bağlı verilən sual da böyük maraq doğurmuş oldu. Bu sualı cavablandıran dövlət başçımız ilk növbədə bildirdi ki, 2020-ci ildən bu yana 300-dən çox insan mina terroru nəticəsində ya həlak olub, ya da yaralanıb. Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır və dəqiq deyil. Buna görə də həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir. Digər tərəfdən də beynəlxalq təşkilat və şirkətlərin Azərbaycana təklif etdikləri qiymətlər həddindən çox yüksəkdir. Ermənistan isə hətta İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da Azərbaycana qarşı mina terroru həyata keçirirdi.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan azad olunmuş ərazilərində quruculuq işlərini sürətlə davam etdirir. Bu gün artıq dörd şəhərə və dörd kəndə vətəndaşlar daimi yaşayış üçün qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin təqdim etdiyi daha bir önəmli açıqlama yaşıl enerji zonaları ilə bağlı oldu. Qeyd olundu ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regionlardır və onlar yaşıl enerji zonaları elan edilib. Bu ərazilərdə Günəş elektrik enerjisi baxımından çox böyük potensial var. Artıq gələn il Qarabağ regionu tamamilə yaşıl enerji regionuna çevriləcək.
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42

