Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanla əməkdaşlıq Şanxay Əməkdaşlıq Təşkilatı üçün olduqca cəlbedicidir

Azərbaycanla əməkdaşlıq Şanxay Əməkdaşlıq Təşkilatı üçün olduqca cəlbedicidir

09.07.2024 [16:59]

İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan bu faktlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Prezident İlham Əliyev iyulun 4-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılıb.

Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev bu təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş toplantısında da iştirak etmişdi. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən toplantıya növbəti dəvət Azərbaycana olan yüksək etimadın daha bir nümunəsidir. 2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı ciddi transformasiya yolu keçib. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. Başqa sözlə, təşkilat üç milyarddan çox insanı - dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir. ŞƏT-in əsas prinsipləri olan qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi çoxsaylı ölkələri birləşdirən dəyərlər kimi çıxış edir. Azərbaycan dövləti ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri hesab edir. Bu, qarşılıqlıdır, belə ki, ŞƏT də Azərbaycanı özünün fəal tərəfdaşlarından biri hesab edir və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiyini bəyan edib. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.Azərbaycan da, öz növbəsində, ŞƏT çərçivəsində Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsünün sinerjisi ilə Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsini təşviq etməyi təklifini irəli sürüb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bu isə iqtisadi rentabellik baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta dəhlizin rəqəmsalaşdırılması bu sahədə işlərin daha tez və effektiv şəkildə yerinə yetirilməsinə təkan verəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edərək deyib: “Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.

Göründüyü kimi Azərbaycan hansı platformada iştirak edirsə, hər zaman həm öz, həm də digər dövlətlərin maraqlarının qorunmasını əsas götürür.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Mask inkar etdi

24 İyul 12:24

Xəbər lenti

Xəbər lenti

Turizm

Yayda istirahət...

24 İyul 10:55

MEDİA

Vətənpərvərlik!

24 İyul 10:42

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31