Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır
27.06.2024 [14:14]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı
Dünyanın nüfuzlu televiziya kanallarında, eləcə də qəzet və informasiya agentliklərində Azərbaycanın iqtisadi potensialı və bu istiqamətdə perspektivləri, qalib ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatçısı, logistik qovşaq amilindən əlavə həmçinin əməkdaşlıq, sülh və inkişaf çağırışları ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunması haqqında mütəmadi xəbərlər dərc edilir. İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportajda bir daha Azərbaycanın keçdiyi inkişaf yoluna, dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlara baxış oldu.
Ölkəmizin başçısı cənab İlham Əliyev həmin reportajda yer alan müsahibəsində dünyanın 37-dən artıq ölkəsindən 300-dən çox iştirakçının, dünyanın nəhəng enerji şirkətlərinin rəhbərlərinin qatıldığı regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinin əhəmiyyətinə xüsusi diqqət çəkib. Yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə və informasiya müharibəsində də böyük üstünlük qazanan Azərbaycanın neft, təbii qaz və yaşıl enerji sahələrində uğurlara imza atması, enerji sektorunda qlobal liderliyi faktlarla nümayiş etdirilib: “Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi”.
Enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığa xidmət edən Azərbaycan bu gün artıq nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkələr sırasında yer alıb. Dünya əhəmiyyətli COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasını işə salan Azərbaycan gələcəkdə bu rəqəmi 10 qiqavata qədər yüksəldəcək.
İnkişafına görə dünyada tanınan ölkəmizdə təşkil edilən tədbirlər dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Etibarlı sülh və tərəfdaşlıq platformalarına, layıhələrinə ev sahibliyi edən Azərbaycanın artıq beynəlxalq səviyyədə qəbul olunan tədbirlərin keçirildiyi məkan kimi tanınması bir reallıqdır.
İqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələr verən Azərbaycanın əsas məqsədlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəni önə çəkib. "Euronews" televiziyasına müsahibəsində ölkə başçımız bildirib ki, biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

