Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kənd Ağsaqqallar Şurasının üzvləri ilə görüşlərə start verilib

Kənd Ağsaqqallar Şurasının üzvləri ilə görüşlərə start verilib

21.06.2024 [14:21]

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Oruclu kənd Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

Görüşü giriş sözü ilə açan Saleh Səmədov qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb. Hazırda bu gözəl ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. 

Görüşdə çıxış edən ağsaqqallar ölkəmizdə aparılan abadlıq quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə ağsaqqallar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdən ibarətdir. Səmimi keçirilən görüş daha sonra diskussiya şəklində davam etdirilib.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30