Azərbaycan Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq
01.05.2024 [11:42]
İlqar İlyasov, YAP Laçın rayon təkilatının sədri
Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirdi. Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getdi. Qeyd etmək lazımdır ki, bu səfərin özəlliyi işğaldan yenicə azad etdiyimiz Füzulidən, Qarabağın hava qapısı olan Füzuli hava limanından birbaşa Avropanın mərkəzi Almaniyanın paytaxtı Berlinə edilməsi ilə bağlı idi. Füzulidən Berlinə ilk uçuş olduğu üçün bu səfər tarixi səfər kimi dəyərləndirilməlidir. Növbəti diqqət çəkən məqam isə səfərin məhz Almaniyaya edilməsidir. Çünki suverenliyimizin və bütövlüyümüzün tam təmin olunmasından sonra qalib Azərbaycan üçün yeni dövrün başlanğıcında keçirilən ilk Prezident seçkilərində qələbə çalan dövlət başçısı müzəffər Ali Baş Komandan ilk xarici səfərini bu ilin fevralında məhz Almaniyaya etdi. Berlin dialoqunda, eləcə də 26 aprel tarixində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində aparılan müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edib. Xüsusi ilə qeyd etmək lazımdır ki, hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir: 1. İqlim problemlərinin qarşısının alınması "yaşıl enerjiyə" keçidlə mümkündür; 2. İnvestorların "yaşıl enerji"yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər".
Bu mənada Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışan və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olmağı qarşısına məqsəd kimi qoyub. Ölkə ərazisində 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Ölkə başçısı Berlində mətbuat konfransında çıxışı zamanı Avropa İttifaqının Energetika Komissiyasının Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirdiyini bildirdi. “Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik”. Qeyd olunanlar həm ənənəvi enerji növləri, eyni zamanda, bərpa olunan enerji növləri ilə zəngin Azərbaycanın Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacağından xəbər verir. Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq tam təhlükəsiz bölgə olduğunu nümayiş etdirdi. Təbii ki, rəsmi Bakının hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir və Prezidentin təkliflər portfelində də məhz investorları bu bölgəyə xüsusi bir xətlə keçib. Unutmaq olmaz ki, təhlükəsizlik məsələsi investorlar üçün vacib amildir. Deməli, müzəffər Ali Baş Komandan Avropanın mərkəzində Azərbaycanın torpaqlarının azad edildiyi, suverenliyinin bərpa olunduğu, təhlükəsizliyin təmin olunduğu mesajını praktiki olaraq Avropaya və investorlara çatdırmış oldu. Bu isə Avropanın fasiləsiz enerji təminatında xüsusi əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

