“Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilib
25.04.2024 [15:54]
25 aprel 2024- cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar qazi və müharibə veteranları ilə “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici amillərin sırasında böyük önəm daşıyan liderlik təkcə öz tərəfdarlarını və yaxud da təmsil etdiyi xalqı arxasınca aparmaq qabiliyyəti deyil, o həm də tarix yazan, həmçinin lazım olan anlarda tarixin gedişatını dəyişməyi bacaran şəxsiyyətə məxsusdur. Dünya xalqlarının və dövlətlərinin tarixində onlarla belə nümunələr var. Azərbaycan xalqının da tarixində və taleyində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Şərəf dolu tarixi keçmişimizə əsaslanıb böyük qürur və iftixarla deyə bilərik ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin çoxillik gərgin və uzaqgörən siyasi fəaliyyətinin məhsuludur. Həmçinin əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasətinin nəticəsi olaraq daim gücünü, qüdrətini artıran Azərbaycan Silahlı Qüvvələri qarşısında dayanan mühüm və müqəddəs tarixi vəzifələri şərəflə yerinə yetirərək gücünü, qüdrətini və yüksək döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də bütün dünyaya göstərdi. Gündən-günə güclənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəsini 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində qazandı.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı. Azərbaycan xalqının iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı. 44 günlük Vətən müharibəsinin baş qəhrəmanına, qalib Sərkərdəsinə çevrildi.Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan ətraflı şəkildə bəhs etdi. Seyfəddin Əliyev bildirdi ki, Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışan Seyfəddin Əliyev qeyd etdi ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin, sağlamlığını itirmiş qazilərimizin və müharibə iştirakçılarının problemlərinin həlli dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallıda da şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
Görüşdə çıxış edən qazi və müharibə veteranlarından Qəzənfərli Talib, Nizami Fərəczadə, Təzə Alvadı tam orta məktəbin hərbi müəllimi, ehtiyatda olan zabit Bəhruz Mehbalıyev və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında tarixi xidmətlərindən,Vətən müharibəsində əldə olunan zəfərdən və Azərbaycan Ordusunun rəşadətindən ətraflı bəhs etdilər. Sonra son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid ailələrinə,qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür etdilər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

