Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Fransanı kimlər idarə edəcək?

Fransanı kimlər idarə edəcək?

13.01.2024 [10:40]

Makron iqtidarı mənəvi-əxlaqi deqradasiya yolunda...

M.ABDULLAYEV

Fransada prezident Emanuell Makronun səriştəsiz siyasətinin nəticəsi olaraq yaranan hökumət böhranı ilə bağlı yeni-yeni xəbərlər gəlir. Xatırladaq ki, bir neçə gün bundan əvvəl ölkənin artıq sabiq baş naziri Elizabet Born hökumətin istefası ilə bağlı prezidentə müraciət ünvanlayıb və onun bu müraciəti E.Makron tərəfindən qəbul edilib. İstefaya göndərilən baş naziri isə sabiq təhsil naziri Qabriel Attal əvəzləyib. Bu barədə Yelisey sarayı məlumat yayıb. Qabriel Attal ölkə tarixində hökumətin ən gənc rəhbəri olub. Vurğulamaq yerinə düşər ki, Q. Attal 34 yaşındadır. Öz növbəsində yeni baş nazir vaxt itirmədən komandasını formalaşdırmağa başlayıb. Sabiqlərin yerinə bir neçə yeni nazir gətirilib. Parisin 7-ci rayonunun meri Raşida Dati yeni mədəniyyət naziri təyin edilib.

Keçmiş baş nazir niyə gəlmişdi, niyə getdi?

Bütövlükdə, Fransa hökumətində sabiqlərin yarpaq tökümü ilə bağlı siyahı uzundur. Yeni baş nazirin sabiq xarici işlər naziri Ketrin Kolonnanı Stefan Sejurne ilə əvəz etməsi isə birmənalı qarşılanmayıb ki, bu da səbəbsiz deyil. Necə deyərlər, od olmayan yerdən, tüstü çıxmaz. Onun geniş müzakirələrin mərkəzinə gəlməsi cinsi oriyentasiyası ilə bağlıdır.

İlk baxışda yeni baş nazirin yeni hökumət formalaşdırmasına hansısa bir irad bildirmək yerinə düşməyən dəyərləndirmə kimi qəbul oluna bilər. Axı yeni hökumətlərin formalaşması dünyada qəbul olunan bir praktikadır. O cümlədən hansısa bir ölkədə hökumətə rəhbər gətirilən şəxs əksər hallarda komandada əsaslı dəyişikliklər edir və yeni komanda ilə işləməyə üstünlük verir.

Fransada yaşanan hazırkı hökumət böhranı ilə bağlı məqamlar isə tamam fərqli baxış bucaqlarından diqqət çəkir. Əvvəla onu qeyd edək ki, Fransada yaşanan hazırkı hökumət böhranı sırf sabiq baş nazirin personası ilə bağlı olan bir məsələ deyil. Xatırladaq ki, Elizabet Born  2022-ci ilin mayından baş nazir vəzifəsini icra etməyə başlayıb. Ötən qısa müddətdə onun xarüqələr yaradıb Fransa hökumətinin fəaliyyətini dirçəltməsi, ölkə daxilində və ölkə hüdudlarından kənarda yerlə bir olan imicini bərpa etməyə, bəlkə də, heç vaxtı olmayıb.

Bütövlükdə, Fransa hökumətinin daxili və xarici siyasətində krizislər  Elizabet Bornun baş nazir gətirilməsindən daha əvvəl başlayıb. Böhranın mənbəyində Emanuell Makron iqtidarının ölkənin milli maraqlarını arxa plana keçirməsi amili dayanır. Belə ki, ambisiyalarını, korporativ maraqlarını dövlət siyasətinin fövqündə qoyan prezident E.Makron vəsaitləri səmərəli şəkildə idarə etmir. Bu vəsaitlər əksər hallarda əhalinin sosial müdafiəsinə, iş yerlərinin qorunmasına və digər milli maraqlara deyil, az önəm daşıyan xərclərə yönəldilir. Buna ən son nümunələrdən biri kimi, Makronun siyasi iradəsi əsasında uzaq Ermənistana si?ahların tədarükünü göstərmək olar. Təbii ki, kasıb Ermənistan silahların dəyərini ödəməyəcək, bu xərclər Fransa büdcəsinin vəsaitləri hesabına qarşılanacaq. Belə olan halda cəmiyyət sual edir: Uzaq Ermənistana bahalı silahların göndərilməsi Fransa üçün hansı önəm daşıyır? Aydın məsələdir ki, Fransanın Cənubi Qafqazda möhkəmlənmək istəyi xülyadır və heç vaxt baş tutmayacaq. O başqa məsələdir ki, E.Makron sərt qənaət rejimi tətbiq etməklə formalaşan büdcənin vəsaitlərinin havaya sovrulmasına görə məsuliyyət hiss etmir. Ekspertlər belə bir qənaət ifadə edirlər ki, Elizabet Born zamanında E.Makron tərəfindən məhz “qurbanlıq keçi” qismində yüksək vəzifə təyinatı alıb. Prezident yaşlı qadını baş nazir etməklə əslində ölkədə ciddi narazılıqlara yol açan çatışmazlıqların məsuliyyətini onun çiyinlərinə yükləmək istəyib. Belə görünür ki, E.Makronun hiyləgər gedişi müvəqqəti olsa da, baş tutub. İndi kluarlarda sabiq baş nazir ağ yuyulub, qara sərilir ki, bunun da sifarişləri yenə də ölkə prezidentindən gəlir.

Mənəvi-əxlaqi, həm də siyasi

deqradasiya

Qayıdaq yeni baş nazir Qabriel Attalın sabiq sabiq xarici işlər naziri Ketrin Kolonnanı Stefan Sejurne ilə əvəz etməsinə. Bu, yeni hökumətdə ən qalmaqallı və ən çox müzakirə predmetinə çevrilən bir təyinat olub. Xatırladaq ki, Stefan Sejurne 2014-cü ildən Fransa prezidenti Emmanuel Makronun müşaviri olaraq çalışıb. Lakin geniş müzakirələrə yol açan amil heç də bununla bağlı deyil. Məsələ burasındadır ki, yeni xarici işlər naziri E.Makronun yeni baş nazir təyin etdiyi Qabriel Attalın “həyat yoldaşı”dır. Bunu sonuncunun özü də təsdiqləyib. Verilən məlumatda bildirlir ki, cütlük 2015-ci ildən etibarən vətəndaş nikahında yaşayır.

Beləliklə, hazırda Fransa hökumətində rəsmi olaraq iki mühüm posta - baş nazir və xarici işlər naziri vəzifələrinə homoseksuallar gətirilib. Bu, E.Makron iqtidarının yalnız siyasi cəhətdən deyil, həm də mənəvi-əxlaqi baxımdan deqradasiya yolunda olduğunu əyani şəkildə təsdiqləyir. Əvvəla, yeni baş nazirin təyinatının müəkkəbi qurumamış “həyat yoldaşı”nı mühüm vəzifəyə irəli çəkməsi Fransa kimi hüququn aliliyindən, demokratiyadan danışan bir ölkə üçün hansı anlama gəlir? Belə çıxır ki, bu ölkədə yuxarı ranqlı məmurlar daha aşağı məmurları ailə üzvləri arasından seçirlər və yalnız onlara etibar edirlər. Budurmu Fransanın dünyaya keçmək istədiyi dərs?

İkinci diqqət çəkən məsələ yeni baş nazirin və yeni xarici işlər nazirinin dünya əxlaq mədəniyyətinin qəbul etmədiyi, hətta səmavi dinlər tərəfindən lənətlənən qeyri-ənənəvi cinsi oriyentasiyaları ilə bağlıdır. Belə çıxır ki, bundan sonra Fransanın idarəçiliyi homoseksualların nəzarətində olacaq.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30