Avropanın bir ili
31.12.2023 [11:45]
Kimlər, harada, kimlərlə...
Son günlərini yaşadığımız 2023-cü il dünyanın siyasi tarixində özünəməxsus yer tutacaq. Belə ki, bu il 2022-ci ildən “miras” qalmış vahid qütb olmaq uğrunda savaş bitmədi - əksinə, bu mübarizəyə yeni çalarlar əlavə edildi. Xüsusilə Avropa məkanında yeni tranformasiyalar göz oxşadı. Ukrayna-Rusiya müharibəsi fonunda Avropanın maraq bucağında dəyişikliklərin nəzərəçarpacaq dərəcədə böyük olması isə qitədəki intriqa savaşını daha da qızışdıran amilə çevrildi. Qısa arayışlarla ötən günlərə diqqət yetirsək...
Avropanın parçalanması - “Mərkəzdən qaçmaq” halları çoxalır...
İlin əvvəlində Ukraynanın açıq kontekstdə dəstəklənməsi ilə başlanan proses az keçmədi ki, fərqli trayektoriyaya meyllənməyə məruz qaldı. Onsuz da 2022-ci ildə hadisələrin gedişindən razı qalmayan Mərkəzi Avropa 2023-cü il başlar-başlamaz özünün yeni siyasi istiqamətlərini müəyyənləşdirdi: məsələn, Fransa və Almaniya dolayısı ilə kollektiv Qərbin “hədəflərini” daha da “diqəqləşdirməsini” tələb etdi. Bu ilin aprelində Fransa prezidenti Emmunuel Makronun və Avropa Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri baş tutmuşdu. Pekində əsas “müzakirə mövzusu” Ukrayna məsələsi sayılsa da, alt qatda nələrin baş verdiyi siyasi kluarlar üçün açıq idi. Siyasi mütəxəssislər daha çox özünü Mərkəzi Avropanın “söz sahibi” sayan Makronun üzərinə fokuslanmışdılar - Fransa üçün avrosentristlərin maraqlarının qorunması həm də bir prinsipiallıq daşıyırdı. Mərkəzi Avropa anlayırdı ki, Qərb ilə Rusiya arasındakı gərginlik Kremllə yanaşı, onlara da ucuz başa gəlməyəcək:
- Kollektiv Qərbin açıq üstünlük qazanması Avropa uğrunda savaşda avrosentristlərin açıq məğlubiyyəti demək idi;
- Fransa, Almaniya, İspaniya, Hollandiya kimi köhnə “ənənəvi” Avropa dövlətləri yönələndirmə və idarəetmədə söz sahibi funksiyasını itirəcəkdi;
- Rusiyaya qarşı “mübarizə”də ön sıraya “düzülmüş” Avropa kontingenti iqtisadi cəhətdən bitkin halını daha da dərinləşdirəcəkdi;
- Aqressiv Qərb “köhnə qitə”yə patronajlığı ələ keçirəcəkdi;
- Enerji mübadilələri qeyri-müəyyən formatda sirr olmaqda davam edəcəkdi;
- Və nəhayət, Rusiyanın qələbəsi Avropanı hansı nəticələrlə üz-üzə qoyacaqdı.
Bu müzakirələrin fonunda demək olar ki, il boyunca Ukraynaya hərbi “yardım” məsələsi üzərində spekulyasiyalar müşahidə olundu ki, son nəticədə ortaya çıxan “üçüncü qüvvə” əsl həqiqətləri dilə gətirməklə aqressiv kollektiv Qərbə qarşı demarşı ilə yadda qaldı...
“Üçüncü cəbhə” - “üsyançı”ların əsas tələbi...
“Üçüncü qüvvə”nin açdığı “üçüncü cəbhə” topu “doqquzluğa” göndərə bildi: 2023-cü il post - sosialist dövlətlərinin Avropa İttifaqına qarşı açıq “üsyanı” ilə müşayət olundu. Macarıstanın “rəhbərliyi” ilə başlanan, sonradan isə digər ölkələr tərəfindən dəstəklənən mövqenin açıq düstüru bundan ibarətdir:
- Nə üçün bizim büdcəmizdən ayrılan vəsaitlər Ukraynanın “hərbi doktrinasına” yönləndirilir?;
- Qərbin Avropanın enerji gələcəyi ilə bağlı “dumanlı vədləri”nin detalları niyə açıqlanmır?;
- Özünün milli maraqlarını qoruyan dövlətlər niyə “Avropanın düşməni” elan edilir?
Beləliklə, Avropanın parçalanması artıq real istiqamət alıb. 2023-cü ildə daha da dərinləşən prosesin 2024-cü ildə hətta “siyasi partlayışlar” vəd etdiyini düşünmək olar - əgər, özünün milli maraqlarını əsas götürərək Ukraynaya hərbi yardımı təmin edəcək sənədə veto qoyacaq ölkələrin “səsləri” Aİ tərəfindən qəsdlə “alınacaqsa” təşkilatı hansı aqibətin gözləyəcəyini indidən proqnozlaşdırmaq çətin deyil...
NATO - Avropa münasibətləri - yeni oyunun qaydaları müəyyənləşir...
Eyni “dumanlı” vəziyyət NATO - Avropa münasibətlərində də müşahidə olunmaqdadır. 2023-cü ildə Finlandiya quruma tamhüquqlu üzv ola bildi-Türkiyənin razılığı ilə Finlandiya Şimal Alyansının 31-ci tamhüquqlu üzvünə çevrildi. İsveç isə hələ də gözləməkdədir - NATO-ya daxil olması barədə protokolu alyans üzvlərindən yalnız Türkiyə ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokhol mdan Türkiyəyə qarşı terror fəaliyyətində təqsirləndirilən şəxslərin, həmçinin 2016-cı ildə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edir. Rəsmi Ankaranın fikrincə, İsveç Şimali Atlantika Alyansına üzvlük üçün Türkiyə ilə imzaladığı memorandum çərçivəsində inandırıcı addım atmayıb.
İlin sonuna yaxın isə Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın açıqlaması NATO-Avropa münasibətələrinin əsl mahiyyətini üzə çıxardı - britaniyali nazir bildirdi ki, Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır.
Cənubi Qafqaza baxış - “ənənəvi” yanaşma dəyişmir...
Son olaraq Avropanın Cənubi Qafqaz siyasəti (marağı) da özünün ənənəvi kursunu dəyişmədi. Azərbaycana münasibətdə də eyni trayektoriya müşayiət olundu - Ermənistan üzərindən oynanılmasına çalışılan oyunlara da bir an belə ara verilmədi. Qərb siyasi texnologiyası Şərqin “zaman ən yaxşı hakim və həkimdir” fikrini bir növ özünün “qalxanına” çevirmək arzusundadır. “Müşahidə monitorinq qrupu” adı altında Ermənistana yerləşdirilən kəşfiyyat dəstəsi, antiterror tədbirlərinə münasibətdə tutulan mövqe (Fransanın timsalında) və bu kimi predmetlər Avropanın baxış bucağının dəyişmədiyini deməyə əsas verir:
- Avropa Qafqazda sülh və təhlükəsizliyin bərpasını uzatmaqla yeni gözləntiləri olduğunu “aşkara” çıxarır;
- Yeni siyasi və ya hərbi situasiyanı “arzuladığını” ortaya qoyur;
- Real müqayisə şansı olmayan qüvvələr arasında nisbi balans yaratmaq istəyir - Ermənistanı silahlandırmaqla heç bir nəticə əldə edə bilməyəcəyini anlaya -anlaya;
- Ən əsası şansını bir daha sınayır...
Sonuncu tezis Qərbin çoxəsrlik fəaliyyətinin ana xəttidir desək, yanılmarıq. Azərbaycana münasibətdə ikili standartından bir an belə vaz keçməyən Avropa sadəcə olaraq, iddialarını, istəklərini zaman-zaman ikinci plana keçirib. Öz istək və tələblərini əsas “şərt” kimi tərəflərə yeritməyə çalışan Qərbin oxu bu dəfə də, daha doğrusu, bu il də daşa dəydi...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
