Rusiyadan Aİ-yə və Ermənistana ittihamlar
06.10.2023 [11:13]
Zaxarovanın açıqlamaları tərəflər arasında böyük ziddiyyətlərin olduğunu təsdiqləyir
Cənubi Qafqaz regionu müəyyən beynəlxalq güclərin maraq dairəsində olaraq qalır. Onlar öz maraqlarını təmin etmək üçün bir-birilə konfrantasiyaya getməkdən də çəkinmirlər. Bu prosesdə isə Ermənistan alət rolunu oynayır. Oktyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bir sıra məsələlərə aydınlıq gətirib.
Ermənistana Rusiya deyil, Aİ xəyanət edib?
Diplomat Avropa İttifaqı tərəfindən ittihamlara cavab olaraq deyib ki, Ermənistana Rusiya deyil, Avropa İttifaqı xəyanət edib. Onun sözlərinə görə, Brüssel atəşkəsi təşviq etmək və humanitar yardım göstərmək barədə düşünməyib: “Rusiya Qarabağda atəşkəsin əldə edilməsinə, humanitar yardımın göstərilməsinə nail olub. Avropa İttifaqı isə bütün bunlara səssizcə, kənardan baxıb. Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları icra etməkdən İrəvanı məhz Avropa İttifaqı çəkindirib”. Rusiya XİN sözçüsü onu da vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azalmasını təmin etmir: “Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqini aparmaq və vəziyyəti gərginləşdirməkdir. Onlar əvvəlcə Ermənistana nəsihətlər və vədlər verməklə məşğul olublar, sadəcə olaraq, rəsmi İrəvanı özlərinin növbəti tələsinə salıblar, sonra isə vəziyyətin necə inkişaf etdiyinə səssiz şahidlik ediblər”.
M.Zaxarova Fransa xarici işlər naziri Ketrin Kolonnanın İrəvanda səsləndirdiyi “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı öhdəliklərini yerinə yetirməyib” bəyanatını şərh edərək bildirib ki, Fransa məsuliyyətdən danışa bilməz: “Xatırladım ki, Fransa Ukrayna ilə bağlı Minsk razılaşmalarının zəmanətçisi və dövlət sponsor? idi. Amma biz sonra cənab Olanddan (Fransanın keçmiş prezidenti Fransua Oland-red) nə eşitdik? Eşitdik ki, onlar bu razılaşmaları icra etməyə hazırlaşmırmışlar. Mən Ketrin Kolonnanın yerində olsaydım, zəmanət və məsuliyyət barədə susardım”.
Rusiya XİN rəsmi nümayəndəsi, həmçinin Azərbaycanın Qranadada Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsini rəsmi Bakının suveren hüququ olduğunu söyləyib. M. Zaxarova onu da deyib ki, Moskva Qarabağ ermənilərinin bir hissəsinin “qayıtmağı düşündükləri” barədə informasiya alır: “Biz Qarabağ sakinlərinin bir hissəsinin qayıtmağı düşündükləri barədə informasiya alırıq, onlar bunu ifadə edirlər. Həmin şəxslərə bunun üçün şərait yaradılacaq və onların təhlükəsizliyi təmin ediləcək. Belə olacağı təqdirdə, biz Azərbaycan tərəfi ilə təmas şəraitində bu proseslərə də kömək edəcəyik” .
Rusiya XİN sözçüsü: Sualı İrəvana verin
M.Zaxarova brifinqdə erməni jurnalistin separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskvanın bu məsələ ilə bağlı hansısa tədbir görüb-görməyəcəyinə dair sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib: “Siz deyəsən qarışdırırsınız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”. Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini xatırladıb.
?özügedən brifinqdə Ermənistanın “Verelq” nəşrinin jurnalisti Ayk Xalatyan Nikol Paşinyanın hakimiyyətinin legitimliyini şübhə altına alıb. Brifinq zamanı təxribatçı suallar verən erməni jurnalistlə Zaxarova arasında mübahisə yaranıb. Azərbaycan tərəfindən saxlanılan separatçılarının “lider”lərinin geri qaytarılması və ümumiyyətlə regionda baş verən proseslərlə bağlı suallara cavabında Rusiya XİN sözçüsü Zaxarova Xalatyandan “Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb, siz tanımırsınız?” sualına cavab soruşub. Xalatyan isə hətta Paşinyan hakimiyyətinin legitimliyini tanımadığını söyləyib. Zaxarova Ermənistan jurnalistinin öz hakimiyyətinin legitimliyini şübhə altına almasından təəccübləndiyini bildirib.
“Böyük potensialın olduğunu görürük”
Zaxarova onu da deyib ki, Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bütün məsələlər Azərbaycan tərəfi ilə birlikdə həll olunacaq: “Qarabağda Rusiya sülhməramlılarının qalması müddəti və digər məsələlər həmin ərazidə vəziyyətdən asılı olaraq Azərbaycan tərəfi ilə birlikdə həll ediləcək”. Rusiya XİN-in rəsmi nümayəndəsi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib ki, komunikasiyaların açılması üzərində işlər Baş nazirlərin müavinlərinin həmsədrliyi altında İşçi qrupu çərçivəsində davam edir: “Ermənistanın Sünik (Zəngəzur-red.) vilayəti vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi ilə bağlı qərar layihəsi nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvan ilə Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunması üzrə böyük potensialın olduğunu görürük. Əlbəttə, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

