2053 planları
09.08.2023 [10:50]
Ankaradan “Türk Əsri” mesajı...
Beynəlxalq aləmin diqqəti Kiçik Asiyadadır
Bu ilin mayın 28-də keçirilən prezident seçkiləri Türkiyənin siyasi həyatında yeni bir səhifə açdı. Son dövrlərdə regional aktordan qlobal güc mərkəzi statusuna yüksələn Türkiyə istər bölgəsəl, istərsə də daha geniş coğrafiyada baş verən siyasi-iqtisadi proseslərin əsas tənzimləyicisi rolunda çıxış edir. Mərkəzi Asiya, Yaxın Orta Şərq, Cənubi Qafqaz, o cümlədən Şərqi Avropa və Şimali Afrika kimi regionların iqtisadi-siyasi inkişaf trayektoriyasında iştirakçı kimi geniş yer alan Türkiyə münasibətlər sisteminin gələcək strateji yol xəritəsini də təqdim etməkdədir. Son bir neçə ayda bütün spektlar üzrə aktiv siyasi proseslərdə yer alan rəsmi Ankara gələcək hədəflərini bəyan edir. Təsadüfi deyil ki, Türkiyədə baş verən hər bir siyasi hadisə. Hərəkətlənmə dünya miqyasında diqqətlə izlənir.
Türkiyə FETÖ virusundan təmizlənənədək...
Bir neçə gün öncə Ankarada baş tutan Nazirlər Kabinetinin iclası da beynəlxalq aləmdə böyük maraq yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasdan sonra mətbuata açıqlamasında Türkiyə lideri bir çox məsələlərə toxunub. Terrorçu FETÖ qruplaşması ilə bağlı fikirlərini bölüşən Prezident Ərdoğan bildirib ki, Türkiyə FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik. O, öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər. “İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti xarakter daşıyır. Türkiyənin gücü keçmişlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Bu dövrdə birlikdə qorumalı olduğumuz şey millətin ortaq dəyərləridir. Biz buna nail olanda heç kim önümüzə mane ola bilməz. Qurumlarımızın işində, sistemin fəaliyyətində hələ də çatışmazlıqlar varmı? İki əlin barmaqları kimi sıxsaq, hamısına qalib gələ bilərik. İndiyə qədər göstərdikləri səbrə görə hər bir vətəndaşımıza millətim adından minnətdarlığımı bildirirəm. Bu tarixi dönüş nöqtəsini uğurla başa vuraraq, Türk yüz ilinin pillələrini birlikdə atacağıq”, - deyə Ərdoğan vurğulayıb.
Yeni dönəmdə Konstitusiya dəyişikliyi
Prezident Ərdoğan vurğulayıb ki, ölkədə son 21 ildə orta inflyasiya 15 faizdən aşağıdır. O, artan inflyasiyanın yenidən birrəqəmli göstəricilərə endirəcəklərini diqqətə çatdırıb: “Türkiyənin gücü, imkanları, potensialı böyükdür. Ayaqlarımızın altındakı çınqılların bizi qarşıdakı okeandan yayındırmasına imkan verməməliyik. Rəhbəri olduğu struktura heç bir xeyir verməyənlərin bu ürək ağrısını, bu xidmət eşqini anlaması mümkün deyil. Onların qulaqları qərbli ustadların pıçıltısından başqa hər sözə bağlıdır. Biz həmişə millətimizə sözümüzü deyirik, dərdimizi xalqımızla bölüşürük”.
Prezident Ərdoğan yeni dönəmdə Konstitusiya dəyişikliyi məsələsində oxunub. O bildirib ki, Cümhuriyyətin 100-cü ildönümündə türk demokratiyasını çevriliş konstitusiyasından xilas edib sivil və azad Konstitusiya ilə bir araya gətirmək istəyirik.
4 əsas strateji hədəf...
14-cü dəfə təşkil edilən Səfirlər Konfransının Ankaradakı toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin gələcək hədəflərini açıqlayıb. XİN rəhbəri Türkiyənin xarici siyasətdəki hədəflərinə də toxunaraq, 4 əsas strateji hədəfə uyğun hərəkət ediləcəyini diqqətə çatdırıb. O bildirib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələri struktur əsaslarda inkişaf etdirilməsi, firavanlıq mühitini inkişaf etdirmək və qlobal məqsədlərə nail olmaq əsas hədəflərdir: “Birinci məqsədimiz olan sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində tədbirlərimizi və təşəbbüslərimizi gücləndirəcəyik. Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Bütün əlaqədar qurumlarımızla birlikdə terror təşkilatlarına göz yummayacağıq, nəfəs aldırmayacağıq. Bu istiqamətdə texnoloji imkanlarımızı artırmaqla yanaşı, xaricdəki dostlarımızla səmərəli əməkdaşlıq quraraq mübarizəmizi davam etdirəcəyik”.
Türkiyəsiz Aİ qlobal aktor ola bilməz
Türkiyənin mümkün Aİ üzvlüyü ilə bağlı məsələyə toxunan nazir Fidan vurğulayıb ki, bəzi hipotetik və tarixi təhriflə Türkiyəni düşmən kimi qələmə vermək Balkanlarda edilə biləcək ən böyük səhvdir. Bütün Balkan ölkələrinin Aİ və NATO üzvlüyünün müzakirə edildiyi bir mühitdə Türkiyənin təşkilata üzvlük prosesinin dayandırılması strateji korluqdur: “Qeyd etmək istərdik ki, Türkiyəsiz Aİ həqiqətən qlobal aktor ola bilməz. Bəzi NATO ölkələrinin Suriya və İraqda PKK ilə əməkdaşlığa son qoymağa çağırışımızı təkrar edirik”.
Enerji təhlükəsizliyinə töhfələr...
XİN rəhbəri iqtisadi məsələlərlə bağlı da mühüm məqamlara toxunub. O qeyd edib ki, ölkəmizin və bölgəmizin maliyyə təhlükəsizliyini təmin etmək üçün alternativ vasitələrin hazırlanmasını dəstəkləyəcəyik. “Dövriyyəni sürətləndirəcək siyasət həyata keçirəcəyik. Biz AB ilə Gömrük İttifaqını yeniləmək və viza rejiminin liberallaşdırılmasını təmin etmək üçün səylərimizi gücləndirəcəyik. Bütün coğrafiyalarla ticarət və iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və şaxələndirəcəyik. Enerji və nəqliyyat dəhlizlərində bir mərkəz kimi mövqeyimizi möhkəmləndirəcək və potensialımızı artıracağıq”, - deyən Hakan Fidan vurğulayıb ki, qarşıdakı dövrdə enerji və nəqliyyat sahələrində ən uyğun marşrutları yaradan birləşdirici layihələrə üstünlük veriləcək. Türkiyə konkret enerji təhlükəsizliyinə töhfələr verməyi planlaşdırır: “Biz 2053-cü il üçün xalis sıfır emissiya və yaşıl inkişaf hədəfinə uyğun olaraq iqlim böhranı ilə mübarizədə üzərimizə düşəni edəcəyik. Həyata keçirdiyimiz sıfır tullantı təşəbbüsü qlobal siyasətə çevrilib”.
Cənubi Qafqazda sabitlik, sülh, firavanlıq və təhlükəsizlik...
Regional münaqişələr məsələsinə də toxunan XİN başçısı Türkiyə - Ermənistan və Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunub. Bildirib ki, proseslərin koordinasiyalı şəkildə irəliləməsi Cənubi Qafqazda sabitlik, sülh, firavanlıq və təhlükəsizlik üçün vacibdir.
O vurğulayıb ki, Türkiyə Ukrayna müharibəsinin bitməsi və sülhün bərqərar olması üçün inadla səy göstərməyə davam edir. Müharibənin son eskalasiyasa mərhələsini narahatedici hesab edən H.Fidan dünyadakı hər bir evin ərzaq təhlükəsizliyinə təsir göstərən Qara Dəniz Taxıl Təşəbbüsünün dirçəldilməsi üçün bütün tərəflərlə əlaqələrin davam etdiriləcəyini önə çəkib. Onun sözlərinə görə, bunu bacaran yeganə aktyor Türkiyədir: “Biz Suriyadakı münaqişənin də siyasi proseslə və Suriyanın ərazi bütövlüyü əsasında həllinin əsas tərəfdarı olmağa davam edəcəyik. Suriyanı terror təşkilatlarının sığınacağı olmaqdan xilas etmək üçün hər cür səy göstərəcəyik. Digər qonşumuz İraqın ərazi bütövlüyünün və siyasi sabitliyinin əsas müdafiəçilərindənik. Bu məqsədlə İraqın terror təşkilatlarından, xüsusilə PKK-dan təmizlənməsinə dəstəyimizi davam etdirəcəyik”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
