Qlobal müharibə “qapını döyür”?
08.03.2023 [10:55]
Pekin müdafiə xərclərini artırır...
ABŞ isə təhlükəsizlik tədbirlərini gücləndirir
Region yeni qarşıdurma meydanına çevrilə bilər
Son dövrlərdə baş verən proseslər dünyanın diqqətini yenidən Uzaq şərqə yönləndirib. Yaponiyanın yenidən hərbi ritorikaya müraicət etməsi, AUKUS-un gücləndir?lməsi ilə bağlı atılan addımlar - Avstraliyanın hərbi gücünün təkmilləşdirilməsi yönündə görülən işlər regionda yeni dinamizmin anonsunu verir. Bununla belə, Çin və müttəfiqləri də “boş” dayanmır. KXDR-ın Yapon dənizində son təlimləri və ballistik raket “təhdidləri” buna misaldır. Çin isə sonuncu dəfə “casus şar” əməliyyatından sonra ABŞ ilə bağlı sükutunu pozmaq niyyətində deyil. Amma rəsmi Pekinin bəzi addımları uzun müddətdir ki, Tayvan üzərindən aparılan siyasi ritorikanın hərbi əməliyyatlarla əvəz oluna bilmə ehtimalını formalaşdırır. Belə ki, Çin bu il müdafiə büdcəsini 7,2 % artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir. Bu barədə bazar günü 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (ən yüksək qanunverici orqan) 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində qeyd olunub. “Milli müdafiə xərcləri - 7,2 % artımla 1,553 trilyon yuan təşkil edib”, - sənəddə deyilib. Qeyd edək ki, Çin 2022-ci ildə özünün müdafiə xərclərini 7,1 % artıraraq 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar), 2021-ci ildə 6,8 faiz artıraraq 1,356 trilyon yuana (təxminən 209 milyard dollar) çatdırmışdı.
Çin təhlükə yaratmadığını desə də...
Bu davranışın Qərb koalisiyası tərəfindən təhdid kimi qiymətləndiriləcəyini nəzərə alan rəsmi Pekin öz addımlarına bəraət qazandırmağı da yaddan çıxarmır. Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 14-cü çağırış 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao keçirdiyi mətbuat konfransında bildirib ki, Çin Xalq Azadlıq Ordusunun
modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır. Onun sözlərinə görə, Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır: “Çinin ordusunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi və dünya sülhünü qorumaq üçün səmərəli qüvvədir”. V.Çao vurğulayıb ki, təhlükəsizlik çağırışları Çinin müdafiə büdcəsinin artımını diktə edir.
Vurğulayaq ki, Çinin ABŞ-a qarşı “əzələ nümayişi” soınuncu dəfə ötən ilin avqustunda müşahidə olunmuşdu. Həmin vaxt ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana 19 saatlıq səfərinin ardından Çin ordusu 22 təyyarə ilə Tayvan boğazındakı şərti demarkasiya xəttini keçmişdi. İndi isə söhbət daha mühüm və böyük təhdiddən gedir. Çinin öz müdaifə xərclərini kifayət qədər artırması qarşı tərəf sayılan qərb koalisiyası üçün həyəcan təbili çalır...
28 şirkət “qara siyahı”da...
Təbii ki, ABŞ da bu təhdidin qarşısında susqun dayanmaq fikrində deyil. Hələlik hərbi müstəvidə qarşıdurmadan çəkinən rəsmi Vaşinqton iqtisadi platformada önləyici tədbirləri ilə seçilir. Məsələn, ABŞ Çinin 28 şirkətini “qara siyahı”ya salıb. Bu barədə ABŞ-ın Ticarət Departamentindən bildirilib. Qeyd olunub ki, “qara siyahıya”ya salınan Çin şirkətləri ölkədə insan hüquqlarının pozulmasına şərait yaradırlar. Bununla yanaşı, “The Wall Street Journal” ABŞ hakimiyyətinin hesabatlarına istinadən Prezident Cozef Baydenin administrasiyasının xaricdə qabaqcıl texnologiyalara investisiyaları məhdudlaşdıra biləcək yeni qaydalar hazırladığını bildirib. “Maliyyə və Ticarət nazirlikləri ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcək xarici qabaqcıl texnologiyalara investisiya qoyuluşunu tənzimləyən yeni sistemi nəzərdən keçirdiklərini açıqlayıb”, - məlumatda deyilir. Mənbələrin məlumatına görə, yeni proqram qabaqcıl yarımkeçiricilərə, kvant kompüterlərinə və süni intellektin bəzi formalarına investisiyalara təsir göstərəcək. Məhdudiyyətlərin hansı ölkələrə şamil ediləcəyi göstərilməsə də, bunun çox güman ki, əsasən, Çinə təsir edəcəyi gözlənilir.
“Casus şar”ın ardından “casus kran”...
Görülən bu tədbirlərlə yanaşı, ABŞ özünün təhlükəsizliyini də unutmur. Xüsusilə “casus şar” hadisəsindən sonra Ağ Ev ölkənin bütün sərhədlərini nəzarətdə saxlamağı özünə borc bilir. Hətta iş o yerə gəlib çatıb ki, ABŞ səlahiyyətliləri Çin istehsalı olan qaldırıcı kranların belə Pekin tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna biləcəyi ehtimalını irəli sürür və bundan getdikcə daha çox narahat olmağa başlayıb. “The Wall Street Journal”ın yazdığına görə, Çin istehsalı olan qaldırıcı kranlar Amerika kəşfiyyat xidmətlərinin və hərbçilərin nümayəndələrini narahat edir. Xüsusilə, Pentaqon Amerikanın bəzi limanlarında quraşdırılmış ZPMC kranlarını “Troya atı” ilə müqayisə edib. Nəşr qeyd edir ki, bu texnika yük konteynerlərinin mənşəyi və təyinat yerini izləməyə imkan verən qabaqcıl sensorlarla təchiz edilib. Pentaqonun istifadə etdiyi limanlarda bir neçə kran quraşdırılıb. Hərbçilər Pekinin ABŞ hərbi təchizatlarının hərəkətini izləmək üçün kranlardan istifadə edə biləcəyindən ehtiyat edirlər. Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin keçmiş direktoru Bill İvanin bildirib ki, Çin kranlarını uzaq məsafədən də idarə etmək mümkündür: “Bu, kəşfiyyat məlumatlarının toplanmasının arxasında gizlənə bilən qanuni biznesin mükəmməl birləşməsidir”. Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi isə “paranoyanın yaratdığı” bu cür qorxuları ticarət-iqtisadi əməkdaşlığa təsir etmək cəhdi adlandırıb.
Çin Rusiyaya silah “ötürsə”...
ABŞ ilə Çin arasında ən mühüm gərginləşdirici faktorlardan biri isə Pekinin hazırda Qərb koalisiyasının müttəfiqi sayılan Ukrayna ilə müharibə aparan Rusiyanı silahlandırması ehtimalı ilə bağlıdır. Qeyd edək ki, Qərb mətbuatı indiyə qədər açıq şəkildə müharibəyə qatılmayan və Rusiyaya tam dəstək verdiyini açıqlamayan Pekinin Rusiya qoşunlarına silah ötürməsi ilə bağlı məlumatlar yaymaqdadır. ABŞ rəsmiləri isə yayılan məlumatlara “inanmadıqlarını” deyirlər. Hətta Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Çin Ukraynadakı münaqişə zamanı istifadə etmək üçün Rusiyaya öldürücü silahların tədarükünün mümkünlüyü məsələsini gündəmdən çıxarmayıb. “Biz düşünmürük ki, onlar bunu gündəmdən çıxarıblar. Bütün hallarda ABŞ administrasiyası hələ də Çinin bu istiqamətdə qərar verdiyinə inanmır. Biz, əksinə, Çinin Ukraynaya özünümüdafiədə yardıma yönəlmiş addımlarını görməyə çox şad olardıq” -deyə, o bildirib.
Qərb koalisiyasının digər “ayağı” Avropa da Çinin Rusiyanı silahlandırmasından çəkinir. Belə ki, “Reuters” agentliyinin Aİ institutlarındakı mənbəyə istinadən yaydığı məlumatda bildirilir ki, Çinin Rusiyaya silah tədarükü təsdiqini taparsa, Avropa İttifaqı Pekinə qarşı sanksiyalar tətbiq edə bilər. “Çin Rusiyaya silah tədarük edərsə, bu, sonuncu qırmızı xətt olacaq. Aİ sanksiyalarla cavab verəcək”, - agentlik adı açıqlanmayan rəsmidən sitat gətirib. Xatırladaq ki, fevralın 21-də Brüsseldə keçirilən mətbuat
konfransı zamanı da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə Münhen görüşündə Rusiyaya silah tədarükünün qəbuledilməz olduğunu bildirmişdi. Onun sözlərinə görə, Van İ əmin edib ki, Çin Rusiyaya silah tədarük etmir.
SADİQ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
