Hərbi sənaye müharibəsi
22.02.2023 [11:03]
Ukrayna poliqonu: Qərbin sınağı
Rusiya ilə Ukrayna arasındakı müharibəni Qərb ölkələrinin hərbi sənayesi üçün sınaq dövrü kimi də xarakterizə etmək olar. Müharibə aparan tərəflərin hər ikisi - həm Rusiya, həm də Ukrayna tələbata uyğun olaraq silah istehsalını dəfələrlə artırıb. Buna baxmayaraq, hər iki ölkənin silah-sursat çatışmazlığı hiss olunacaq dərəcədədir. Doğrudur, ABŞ və Avropa İttifaqı Ukraynaya tələb olunan hərbi yardımı göstərir, lakin müharibənin miqyası genişləndikcə xarici yardımların da həcminin artırılması zərurəti yaranır.
NATO: “Silahımız çatmır”
Şimali Atlantika alyansının Baş Katibi Yens Stoltenberq ötən həftə alyans üzvü olan ölkələrin müdafiə nazirləri ilə görüşündə Ukraynanın bu müharibədə Qərbin silah istehsalından daha artıq hərbi sursat işlətdiyini söyləyib. Sitat: “Ukraynaya lazım olan hərbi sursat bizim istehsal sürətimizdən dəfələrlə çoxdur. Bu xərclər bizim müdafiə sənayemiz üçün böyük yükdür”.
Beləliklə, Stoltenberq çıxışında NATO-nun öz hərbi istehsalını dəfələrlə artırmalı olduğu barədə fikirlər səsləndirib. Böyük ehtimalla, NATO rəhbərinin bu sözləri qarşı tərəfi arxayın salmağa hesablanmış taktiki hiylədir.
Günə 30 min, aya 1 milyon...
Mütəxəssislər Ukrayna müharibəsində hərbi sursat çatışmazlığının hava hücumundan müdafiə sistemlərində və artilleriya bölmələrində xüsusilə hiss olunduğunu söyləyirlər. Ukraynada gün ərzində üz-üzə gələn ordular bir-birinə təxminən 30 minə qədər mərmi atır. Bu da orta hesabla həftədə 200 mindən çox, ayda isə 1 milyona yaxın mərmi deməkdir. Nəzərə alsaq ki, söhbət təkcə mərmi yağışından gedir (yəni, güllələr, minalar, əl bombaları və digər partlayıcı sursat buraya daxil deyil), bu müharibənin necə dəhşətli və irimiqyaslı olduğunu bir daha anlamış olarıq.
NATO rəhbəri Ukraynanın ehtiyac duyduğu hərbi sursatı tam həcmdə çatdıra bilmədiklərini etiraf edir. Stoltenberqin sözlərinə görə, müharibənin gedişatı boyu silah-sursat sifarişi dəfələrlə artsa da, onların qısa müddətdə istehsal edilib çatdırılması mümkün deyil. Bundan sonra müdafiə sənayesi ilə məşğul olan zavodlar daha intensiv və gərgin işləməli olacaq. Məsələn, iriçaplı silahlar üçün gözləmə müddəti 28 aydır. “Reallıq budur ki, bu gün verilən sifarişlərin iki il yarımdan sonra çatdırılması nəzərdə tutulur”, - deyə NATO rəhbəri alyansın silah-sursat ehtiyatının artıq tükənmək üzrə olduğunu bildirib.
Mərmi böhranıYada salaq ki, tarixdə buna bənzər bir durum Birinci Dünya müharibəsi zamanı yaranıb: üz-üzə gələn düşmən ordular bir-birini zəiflədib geri oturtmaq məqsədilə qarşı tərəfə saysız-hesabsız mərmilər yağdırıb. Başları qızğın döyüşə qarışdığından gedişatı nizamlaya bilməyən hər iki tərəf tezliklə top mərmisi çatışmazlığından “pat” vəziyyətinə düşüb. 1915-ci ildə İngiltərə hökuməti kifayət qədər sursat çatdıra bilməməsi səbəbindən istefaya getməli olub. Bu hadisə tarixə “mərmi böhranı” adı ilə düşüb. “XM 250”-yə qarşı “Kalaşnikov”
Qərb ölkələrinin hökumət rəhbərləri bu müharibənin təkcə dövlətlərin deyil, hərbi sənaye zavodlarının da savaşı olduğunu yaxşı dərk edirlər.
NATO rəsmilərinin sözlərinə görə, bu müharibədə Ukrayna ayaqda qalmağı bacarır, çünki ukraynalıların Qərb ölkələrindən aldıqları son model silahlar Rusiya silahları ilə müqayisədə daha üstün performans nümayiş etdirir. İkinci bir tərəfdən, Ukrayna sanksiyalara məruz qalan, Şimali Koreya və İrandan silah istəməyə məcbur olan Rusiyaya nisbətdə daha ciddi potensiala sahib Avropa, ABŞ və Kanadanın hərbi zavodlarına etibar edə bilər.
NATO hərbi sənayeyə milyardlar xərcləyir
Bu arada ABŞ ordusu bu ilin yazına qədər NATO-nun topçu standartı olan 155 mm-lik mərmi istehsalının ayda 14 mindən 20 minə qədər artırılacağını bildirib. Ordu yanvar ayında gələn il aylıq 90.000 mərmi istehsal gücünə çatmağı hədəflədiyi üçün bir neçə sursat zavoduna əlavə olaraq 2 milyard dollar sərmayə yatırdığını bildirib.
Alman şirkəti “Rheinmetall AG” Berlinin Ukrayna üçün tədarük etdiyi “Gepard” zenit silahlarının buraxılışı naminə Hamburq yaxınlığındakı yeni istehsal xəttinə 10 milyon avrodan çox sərmayə yatırıb. Ekspertlər bildirirlər ki, alman şirkəti bu addımı İsveçrənin asılılığından xilas olmaq üçün atıb. Xatırladaq ki, İsveçrə hökuməti özünün neytral statusuna istinadla Almaniyanın silah-sursat istehsalı üçün ölkəsinin ərazisindən istifadə etməsinə icazə vermir.
Slovakiyanın da “ZVS Holding” firması 155 mm-lik mərmilərin illik istehsalını gələn ilədək beş dəfə, yəni, 100 minə qədər artıracağını bildirib. Bundan başqa, Fransa və Avstraliyanın da hərbi sənaye zavodları 155 mm-lik mərmi istehsalı üçün birlikdə fəaliyyət göstərəcəklər.
Rusiya xaricdən silah alışını 50 faiz artıracaq
Rusiyanın hərbi sursat tədarükünün hansı vəziyyətdə olması da maraq doğuran məsələdir. Bu ölkənin silah istehsalını artırıb-artırmayacağı barədə ictimaiyyətə ətraflı məlumat ötürülməsə də, Kremlin öz müdafiə sənayesini gücləndirmək istəyi aydın görünür. Məlumatlara görə, Rusiyanın yüksək rütbəli şəxsləri mütəmadi olaraq hərbi sənaye zavodlarının nümayəndələri ilə görüşürlər. Müdafiə naziri Sergey Şoyqu 2022-ci ildə ölkəsinin xaricdən silah alışını iki dəfə artırdığını və bu il müxtəlif təyinatlı silah sistemlərinə xərclənən maliyyənin daha 50% artacağını söyləyib.
Ölkə prezidenti Vladimir Putin 2022-ci ilin dekabrında Müdafiə Nazirliyinin səlahiyyətliləri ilə görüşdə Rusiyanın silah alışı üçün maliyyə probleminin olmadığını bildirmişdi. “Dövlət ordunun ehtiyacı olan hər şeyi yüksək səviyyədə təmin edəcək”, - deyən Rusiya lideri orduya ürək-dirək vermişdi.
Moskva Strategiya və Texnologiyaların Təhlili Mərkəzi də öz növbəsində ötən il döyüş təyyarələri istehsalının iki dəfə artdığını bildirib. Mərkəzin məlumatında o da deyilir ki, bu artıma baxmayaraq döyüş təyyarələrinin istehsalı 2014-cü illə müqayisədə 70% aşağı düşüb. Bundan başqa, özüyeriyən haubitsalar istehsal edən “Uraltransmash” hərbi zavodu iş əmsalının artması səbəbindən kütləvi işçi qəbulu elan edib. Rusiya döyüş tanklarının əsas istehsalçısı olan “Uralvaqonzavod” isə 24 saatlıq iş rejiminə keçdikləri barədə məlumat verib.
Keçmiş prezident, Rusiya Federasiyası Hərbi Sənaye Komissiyası sədrinin birinci müavini Dmitri Medvedev Omskdakı silah zavodunu ziyarət edərkən deyib: “Biz silah istehsalını bacardıqca artırmalı və bütün silah-sursatı yeni texnologiya ilə modernləşdirməliyik”.
Lakin Medvedev İran və Şimali Koreyadan alınan, keyfiyyət markası o qədər də yüksək olmayan silahları necə “modernləşdirəcəkləri” barədə açıqlama verməyib.
Zəmanətli sifarişlər, milyardlıq investisiyalar
Avrasiya regionunda hərbi atmosferin gərginləşdiyi bir məqamda Stokholm Beynəlxalq Sülh Araşdırmaları Mərkəzinin əməkdaşı Lüsi Beri Sidro Avropa dövlətlərinin müdafiə xərclərini artırmaları ilə bağlı fikirlərini bölüşüb. Araşdırmaçının fikrincə, Qərb ölkələrində hərbi xərcləri idarə etmək üçün bürokratiya zəifləyib. Buna görə pul daxil olmağa başlayanda müqavilələri yoxlamaq üçün kifayət qədər işçi tapılmır. “Alman təhlükəsizlik və müdafiə sənayesi dərnəyi”nin rəhbəri Hans Christof Atzpodien isə Almaniya mediasına müsahibəsində hərbi sursat istehsal edən şirkətlərin zəmanətli sifarişlərə və məsuliyyətli alıcılara ehtiyacı olduğunu söyləyib. “Siyasətçilər nə qədər hərbi sursat və avadanlıq sifariş verərlərsə, ölkəmizin müdafiə sənayesi də bir o qədər inkişaf edər”, - deyə ekspert bildirib.
Bütün bunlar bir daha göstərir ki, yaxın illər ərzində Avropa dövlətləri silah istehsalının artımına maksimum diqqət yetirəcəklər. Qərbi Avropa ölkələri müdafiə və təhlükəsizlik məsələlərində son dərəcə ehtiyatlı davransa da, bunu qitənin Şərqi üçün əminliklə söyləyə bilmərik. Reallıqda Rusiya regionda hələ də böyük güc sayılır və Ukrayna ilə yanaşı Moldova, Rumıniya, Polşa kimi ölkələri müəyyən mənada təhdid altında saxlamağa davam edir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
