İstibdad və qəddarlıq bütün sərhədləri aşıb
11.01.2023 [10:35]
Politoloq: Eks prezident Rəfsəncaninin qızının 5 il müddətinə azadlıqdan məhrum edilməsi İran teokratiyasının real qorxularını göstərir
NARDAR
Hazırda İranda daxili böhran davam etməkdədir. İnqilabdan ötən 40 ildən artıq müddət ərzində əhaliyə vədlərdən başqa bir şey verə bilməyən hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Ötən ilin sentyabrından başlayan kütləvi aksiyalar isə İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalmış 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar təkcə qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran dövləti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir, geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada “hegemonluq” etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə, ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanılır.
İran rejimi bu ölkədə yaşayan milyonlarla azərbaycanlıya qarşı da zorakılıq siyasəti yürüdür, onların milli haqlarını tapdayır. Bu da cənublu soydaşlarımızda haqlı narazılıq yaradır. Belə bir şəraitdə onların öz haqları uğrunda mübarizəsi getdikcə güclənir. Çünki hazırda rejimə qarşı aksiyalar soydaşlarımızın milli haqlarını tələb etməsi prosesinə təkan verib.
İran rejiminin insanlara qarşı zorakılığı ilə əlaqədar beynəlxalq müstəvidə də etirazlar səngimir. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər İrandakı vəziyyətdən narahat olduqlarını bəyan ediblər. Rəsmi Tehranın edam qərarları rejimə qarşı beynəlxalq təzyiqləri daha da gücləndirir.
Qeyd edək ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran İslam Şurası Məclisinin keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları dəstəklədiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə onun vəkili Nida Şəms kütləvi informasiya vasitələrinə məlumat verib. Onun sözlərinə görə, Faezeh Haşimi-Rəfsəncani ötən il sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb: “Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri guya nümayişə təhrik etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq”.
İran məhkəməsi, həmçinin keçmiş prezidentin qızını “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib. Qeyd edək ki, Faezeh Haşimi-Rəfsəncani 2009-cu ildə beş il müddətinə siyasi, mədəni və təhsil fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. 2011-ci ildə isə fəal islahat hərəkatının lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyi üçün həbsxanaya düşmüşdü.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, İran hazırda çıxılmaz vəziyyətdədir. Ölkənin durumunun acınacaqlı olması hər kəsə bəllidir. İranda uzun illər total repressiyalar və basqı siyasəti həyata keçirilib. İranda yaşayan bütün etnik qruplar öz milli haqları uğrunda dayanmadan mübarizə aparırlar. İran,eyni, zamanda əhalinin hər gün artan yoxsulluğuna qarşı da heç bir tədbir görmür. Normal rasional siyasi kurs sıfırlanıb. Nifrət isə dövlət ideologiyasına çevrilib.
Politoloq qeyd edib ki, İranda istibdad və qəddarlıq artıq bütün sərhədləri aşıb: “Bu ölkədə ağıl və məntiqlə qərarlar verilmir. Siyasi institutlar tamamilə linç edilib. SEPAH və BƏSİC kimi qurumlar böyük xalq kütlələri qarşısında ən qeyri-insani metodlara əl atırlar. Bu baxımdan keçmiş prezident Rəfsəncaninin qızının 5 il azadlıqdan məhrum edilməsi İran teokratiyasının real qorxularını göstərir. Artıq heç bir əndazə qalmayıb. Tarixdə heç vaxt İranda belə kompakt aksiyalar bu qədər uzunmüddətli müşahidə edilməyib. İranda aksiyalar ilkin hədəflərinə çatıb. Buna görə də rejim daha da qəddar üsullara əl atır. Bu baxımdan hesab edirəm ki, İran elitasının içərisindəki parçalanma da güclənir. İran xalqı sivil dünyaya inteqrasiya üçün əlindən gələni edəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10

