Rusiya “son kartını” da açdı
20.04.2022 [10:24]
Nüvə başlıqlarının üzü Qərbə doğru çevrilir
Bir neçə ay öncə NATO-nu və bütövlükdə Qərbi “kimyəvi silah”, “nüvə bombaları” ilə təhdid edən Rusiyanın Ukraynada kütləvi qırğın silahlarından istifadə etmək ehtimalları daha da güclənib. Belə ki, dünyanın inkişaf etmiş bəzi dövlətləri bu ehtimala qarşı mübarizə planları üzərində işləməkdədir. Təhdidin reallaşma ehtimalını yüksək dəyərləndirən anti-Rusiya koalisiyası Ukraynanı qorumaq üçün hərəkətə keçib. Məsələn, Yaponiya Müdafiə Nazirliyi Rusiyanın silahlı təcavüzünə qarşı kömək çərçivəsində Ukraynaya nüvə, bioloji və kimyəvi mühafizə kostyumları (NBC), pilotsuz təyyarələr göndərməyi planlaşdırır. Bununla bağlı rəsmi “Twitter” səhifəsində yazan nazirlik bildirib ki, Yaponiya Müdafiə Nazirliyi Ukraynaya maksimum dəstəyini davam etdirəcək.
Pərviz SADAYOĞLU
“Moskva”nın qisası ağır olacaq - nüvə müharibəsi başlayır?
Putinin Almaniyanın kansleri Şultsla görüşündə səsləndirdiyi nüvə təhdidi reallaşa bilərmi? Son günlər Ukraynada hərbi əməliyyatları daha da sürətləndirən Rusiya ona qarşı aqressiyanın güclənəcəyini də hesablayıb. Bir neçə gün öncə Qara Dəniz Donanmasının ən mühüm və strateji gəmilərindən sayılan “Moskva” kreyserinin batırılması isə bu həyəcanı daha da artırıb. Dənizdə baş verən bu hadisənin “əks-sədası” Rusiya səmasından eşidilib. Məhz “Moskva” Qara dənizin soyuq sularında batdıqdan sonra Rusiya Kiyevə hücumlarını artırıb. “Moskvanın qisası” adlanan yeni hücum strategiyasının bütün Ukraynada can almağa davam etdiyi vaxtda dünyanı ayağa qaldıran görüntü yayımlanıb. Belə ki, Rusiyaya məxsus 4 ədəd “Tu-95” təyyarələri Rusiyanın qərbində, Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən təyyarəni döyüş təyyarələri və yanacaq dolduran təyyarə müşayiət edib.
Bəzi siyasi analitiklər bu görüntülərlə Rusiyanın “son kartını” oynadığını düşünsə də, Kremlin yeni plan üzərində işləməsi istina olunmur. Bir müddət öncə bəzi generalların, hətta ən yüksək səviyyədə hərbi rəhbərliyin “nüvə müharibəsi”nin əleyhinə çıxması ilə bağlı xəbərlər yayılmışdı. Putinin nüvə təhdidin hansı ağır nəticələrə yol açacağını başa düşən hərbçilər Ukrayna cəbhəsində geriçəkilməni təmin etmək niyyətinə belə düşüblərmiş. Xarici KİV-in bununla bağlı yaydığı məlumatlarda bildirilir ki, bu addım hərbi generalitetə baha başa gəlib. Artıq bununla bağlı müəyyən hüquqi addımlar belə atılmaqdadır. Görünən isə budur ki, Rusiya nəinki nüvə müharibəsini təkzid edir, hətta bu təhdidi reallaşdıracağını təsdiqləyən addımlar belə atmaqdan çəkinmir.
Zelenski xəbərdarlıq etdi - Kütləvi qırğın gözlənilir
Xatırladaq ki, Kaluqadakı görüntülər Ukrayna prezidenti Zelenskinin Rusiyanın Ukraynada nüvə və kimyəvi silahlardan istifadə etmək riski olduğunu elan etməsindən bir neçə saat sonra ortaya çıxıb. Zelenski CNN-ə eksklüziv müsahibəsində bildirmişdi ki, dünya Rusiya prezidentinin nüvə və ya kimyəvi silahdan istifadə etməsinə hazır olmalıdır. “Biz düşünməliyik, qorxmamalıyıq, amma hazır olmalıyıq. Amma bu, yalnız Ukraynanı deyil, bütün dünyanı düşündürməli sualdır”, - deyə Zelenski bildirib. O, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin itkilərini də açıqlayıb. Onun sözlərinə görə, döyüşlərdə təxminən 2,5-3 min ukraynalı hərbçi həyatını itirib, 10 min nəfər isə yaralanıb.
Zelenskinin bu “xəbərdarlığı” təkcə Qərbin susqunluğunu pozmaq üçün deyil. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalardan sonra Kreml itirəcək bir şeyinin olmadığı düşüncəsindədir. Onsuz da Rusiya NATO ölkələrinin sərhədlərini “pozmadıqca” Qərbin hüquqi baxımdan bundan artığına gücü çatmayacaq. Ukrayna Prezidentinin altından xətt çəkərək “bu sual bütün dünyanı düşündürməlidir”, deməsi məhz bu təhlükənin fotosunu çəkir. Yəni, hələ ki, Rusiya ilə qarşıdurmadan yayınan NATO və ya Qərb yeni situasiyada necə davranacaq? Rusiyanın Ukraynada kütləvi qırğın silahına əl atması və ya hansısa atom stansiyasını partlatması qlobal təhlükə anonsunu vermirmi? Zelenskinin xəbərdarlığı məhz bu kimi fors-major situasiyaların yaxınlaşdığını göstərir. Bunun üçün isə, NATO indidən “hazır olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20

