Küləklər şəhəri köhnə qitənin Olimpiadasını keçirməyə tam hazırdır
05.06.2015 [10:18]
Bakı şəhəri 12-18 iyun tarixində ilk Avropa Oyunlarının paytaxtı olacaq
Bu günlərdə Rusiyada nəşr olunan populyar “Nezavisimaya qazeta”da Aleksandr Maleşevin “Küləklər şəhəri köhnə qitənin Olimpiadasını keçirməyə tam hazırdır” başlıqlı məqalə dərc olunub. Yazının aktuallığını nəzərə alaraq onu oxucularımıza təqdim edirik.
İyunun 12-də Bakıda ilk Avropa Oyunları start götürür. Azərbaycan isə bu möhtəşəm idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Təqribən 50 ölkədən 6 min idmançının qatılacağı idman yarışmasına hazırlıq işləri tam başa çatıb, bütün idman qurğuları yüksək hazırlıq vəziyyətinə gətirilib, ətraf gül-çiçəyə bürünüb, al-əlvan bayraqlar asılıb bütün bunlar isə Bakını bir qədər də gözəlləşdirib. Sosial infrastruktur, stadionlar, hovuz və idman sarayları təkcə Avropa Oyunlarına xidmət etməyəcək, bütün bunlar sonrakı illərdə Azərbaycanda idmanın kütləviliyinin inkişafına da səbəb olacaq.
Məlum olduğu kimi, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Demək, bütün bu idman qurğuları sözügedən yarışma və gələcəkdə Azərbaycanda təşkil olunacaq digər beynəlxalq yarışlar üçün də istifadə olunacaq.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ilk Avropa Oyunlarına hazırlığa Bakı, demək olar ki, ağır seytnot vəziyyətində başladı. Belə ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında verdi. Bütün resurslar bu məqsədlə səfərbər olundu. Yarışlar paytaxtın 18 idman qurğusunda təşkil olunacaq. Yalnız avarçəkmə yarışları paytaxtdan 250 km aralıda - Mingəçevirdə təşkil olunacaq. Yarışların mərkəzi, sözsüz ki, Milli Olimpiya Stadionu olacaq. 65 min nəfər tamaşaçı tutumu olan bu möhtəşəm stadionda ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimi də təşkil olunacaq. Hətta iddia olunur ki, Oyunların açılış mərasimi Yay Olimpiya Oyunlarını belə kölgədə qoyacaq. Açılış mərasimi üçün hazırlanan şounun bədii direktoru 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının təşkilatçısı Dimitris Papaionnoudur.
Xatırladaq ki, Bakı Avropa miqyasında mötəbər tədbirlər keçirməkdə artıq təcrübəyə malikdir - “Eurovision-2012” məhz bu şəhərdə təşkil olunub. Bu məqsədlə çox qısa bir zamanda möhtəşəm “Kristal Holl” inşa olundu. Bu dəfə də belə oldu, bir çox idman qurğuları yenidən inşa olundu. Onlardan biri də Xəzərin sahilində ucalan Su İdman Sarayıdır. Bu iki möhtəşəm tikili yeni Bakı bulvarına xüsusi yaraşıq verməkdədir. Burada, həmçinin Bayraq Meydanı yerləşir, hansı ki, son vaxtlaradək dünyanın ən hündür bayraq dirəyi məhz burada idi.
Su İdman Sarayının həndəvərində, həmçinin, su polosu, çimərlik futbolu və voleybolu üçün meydançalar da inşa olunub.
Müasir Bakıya yaraşıq verən digər yeni idman qurğusu isə Milli Gimnastika Arenasıdır. 5 min tamaşaçı tutumu olan bu möhtəşəm zalda ötən il artıq bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. Məhz burada ilk Avropa Oyunları proqramına daxil olan 5 növdə gimnastika yarışı keçiriləcək. Bu möhtəşəm idman qurğusu Atletlər kəndinin yaxınlığında yerləşir. İki il əvvəl inşa olunan Atletlər kəndi 13 hündürmərtəbəli binadan ibarətdir. Buradakı 1042 mənzildə nümayəndə heyətlərinin üzvləri və idmançılar yerləşəcəklər. Bura, demək olar ki, qeyri-adi bir yaşayış mərkəzidir - şəhərcikdə məişət xidməti, ərzaq, səhiyyə mərkəzi obyektlərindən tutmuş gözəllik salonunadək - bütün lazımi müəssisələr fəaliyyət göstərir. Təşkilatçılar burada, həmçinin, atletlərə milli mətbəxin təamlarından da dadmağı təklif edirlər.
Qeyd edək ki, Avropa Oyunlarına hazırlıq işləri ilə digər Olimpiya Oyunlarında iş təcrübəsi olan beynəlxalq komanda məşğul olur. Bundan əlavə, təqribən 12 min könüllü də bu işdə onlara yardım edir.
Xatırlatmaq yerinə düşər ki, ilk Avropa Oyunlarında idmanın 20 növündə yarışlar təşkil olunacaq. Bunlardan 12-si 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

