Avrasiya İqtisadi İttifaqına daxil olması Ermənistan dövlət büdcəsinin təsdiqinə əngəl yaradıb
06.11.2014 [09:40]
Baqrat Asatryan: Ermənistanın Aİİ-yə daxil olması yayda soyuq Sibirə başıaçıq getməkdən başqa bir şey deyil
17 noyabr tarixi yaxınlaşdıqca Ermənistanda daxili siyasi gərginlik getdikcə artır. Belə ki, həmin tarixdə işğalçı ölkənin parlamenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv qəbul edilməsini ratifikasiya etməlidir. Bu ərəfədə Sarkisyan hakimiyyəti Aİİ-yə daxil olmanın Ermənistan üçün nə qədər faydalı olmasını təmtəraqla təqdim etməyə çalışsa da, ölkə ziyalıları, ekspertlər, eləcə də, müxalifət düşərgəsində təmsil olunanlar bunun əksini isbatlamaqda israr edirlər.
Hətta iş o yerə çatıb ki, bir neçə gün öncə erməni ziyalıları bir araya gələrək, parlament tərəfindən həmin müqavilənin ratifikasiya olunmasını əngəlləmək məqsədilə təşəbbüs qrupu belə yaradıblar. Düşmən ölkədə nəşr olunan “Qnaparak” qəzetinin yazdığına görə, təşəbbüs qrupunun üzvləri sırasında ölkənin tanınmış siyasi və ictimai xadimləri, Ermənistan parlamentinin deputatları, vətəndaş cəmiyyətinin aktiv üzvləri yer alıblar. Görüşdə qrupun fəaliyyət planı müzakirə edilərək qəbul olunub, eyni zamanda, kütləvi aksiyaların keçirilməsinə hazırlıq məsələləri müzakirə edilib.
Yeri gəlmişkən, parlamentin son iclasında Ermənistanın gələn il üçün dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı da Aİİ-yə üzvlük məsələsi qabardılıb. www.tert.am saytının məlumatına görə, maliyyə nazirinin müavini Pavel Safaryan çıxışında bildirib ki, Ermənistanın Aİİ-yə üzvlüyünə dair müqavilə ratifikasiya edilmədən dövlət büdcəsini müzakirə etmək yersizdir. Onun sözlərinə görə, ola bilsin ki, yeni üzvlük Ermənistan qarşısında hansısa maliyyə vəsaitlərinin ödənilməsinə dair öhdəlik qoymuş olsun. Bu isə onsuz da xəzinəsi xarici ölkələrdən göndərilən ianələr hesabına formalaşan Ermənistanı çətin durumda qoymuş olar.
Öz növbəsində, bu ölkənin şəhərsalma naziri Narek Sarqsyan da 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentarilərə gələn il tikintisi nəzərdə tutulan 26 obyektdən yalnız 4-də inşaat işlərinin davam etdiriləcəyini bildirib. Bunun səbəbini büdcə çatışmazlığı ilə əsaslandıran nazir. N.Sarqsyan qeyd edib ki, gələn ilin dövlət büdcəsində şəhərsalma üçün nəzərdə tutulan 7 milyard 668 milyon dramın (1 ABŞ dolları təqribən 412 dramdır) böyük hissəsi təhsil və səhiyyə obyektlərinin tikintisinə yönələcək. O da, deputatları Ermənistanın Aİİ-yə üzvlüyünə dair müqaviləni tezliklə ratifikasiya etməyə səsləyib.
Ermənistan rəsmilərinin bu mövqeyi isə son günlərədək Sarkisyan komandasında yer alan sabiq məmurlar tərəfindən hiddətlə qarşılanmaqdadır. Məsələn, Ermənistanın Mərkəzi bankının sabiq rəhbəri Baqrat Asatryan ölkəsinin Aİİ-yə daxil olmasını özünəməxsus tərzdə şərh edib. www.tert.am saytına müsahibəsində sabiq baş bankir bunu “yay ayında birdən-birə soyuq Sibirə başıaçıq getmək”ə bənzədib.
“Mən hələ də o fikrimin üstündə dayanıram ki, Ermənistanın Aİİ-yə üzv qəbul edilməsi ölkəmizə geniş mənada heç nə verməyəcək. Belə ki, bu günədək hələ də geniş şəkildə müzakirə olunmayan bir çox məsələlər var. Bu üzv dövlətlərdə həyata keçirilən iqtisadi siyasət və digər bu kimi məsələlərdir”, - deyə Baqrat Asatryan bildirib.
B.Asatryan, həmçinin, “olsun, gedək deyirsiz, gedək Aİİ-yə. Amma bu, yayda soyuq Sibirə başıaçıq getməkdən başqa bir şey deyil. Bəs Ermənistan iqtisadiyyatının durumu necə olacaq? Məgər qısa zaman kəsiyində biz ölkədə yığılıb qalan bütün problemləri həll etməyə qadirikmi? Axı bu günədək həmin problemlər barədə bir kimsə söhbət belə açmayıb!? Biz bu müqavilə ilə tamam başqa bir iqtisadi sistemə daxil oluruq. Başa düşürəm, deyəcəksiniz ki, gömrük tarifləri aşağı salınacaq, filan. Amma, bəs onda ölkənin iqtisadi, valyuta siyasəti necə olacaq? Ümumiyyətlə, biz müxtəlif səviyyəli bazar münasibətləri vəziyyətində olduğumuz halda, ölkəmiz üçün nə əldə edə biləcəyik?” sözlərini də əlavə edib.
Müsahibədə Ukraynada baş verən məlum hadisələrdən sonra Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin Ermənistan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini söyləyən B.Asatryan Aİİ tərəfdarlarına “Əgər bu gün Ermənistanda hər hansı bir iqtisadi böhran baş verərsə, bizim bankları vəziyyəti necə olacaq? Ermənistan bankların bu böhranlı vəziyyətlərdən çıxa biləcəklərmi” sualını da ünvanlayıb. O, deyib ki, Ermənistan bankları Rusiya bankları ilə rəqabət aparmaq gücündə deyillər ki, yaranmış böhranlı vəziyyətlərdən hansısa çıxış yolu tapa bilsinlər: “Bir şey gün kimi aydındır ki, Aİİ-yə daxil olandan sonra əgər bizim bankların qarşısında rəqabətədavamlılıq məsələsi qoyularsa, bizim banklar birmənalı olaraq batacaqlar”.
Bir sözlə, bütün bunlar Ermənistanın Aİİ-yə üzvlüyü ilə bağlı işğalçı ölkədə yaranmış gərginliyi bütün çılpaqlığı ilə ortaya qoyur. Bu baxımdan analitiklər qarşıdakı iki həftədə Ermənistanda siyasi gərginliyin daha da artacağını proqnozlaşdırırlar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

