/ / Azərbaycanın və İndoneziyanın Konstitusiya məhkəmələri arasında hüquqi əməkdaşlığın inkişafı müzakirə edilib
Azərbaycanın və İndoneziyanın Konstitusiya məhkəmələri arasında hüquqi əməkdaşlığın inkişafı müzakirə edilib
02.10.2014 [09:45]
Sentyabrın 30-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin baş katibi Janedjri M. Qaffarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə İndoneziya arasında bir çox sahələrdə, o cümlədən hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, 2013-cü ilin fevralında İndoneziya Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirdiyini və Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Konstitusiya Məhkəməsinin sədri həmin Memorandumun icrası qaydasında İndoneziya nümayəndə heyətinin ölkəmizə səfərinin və Azərbaycanın konstitusiya nəzarəti orqanında səmərəli görüşlər keçirməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Ölkəmizin son illərdə dinamik inkişaf etdiyini bildirən F.Abdullayev bu tərəqqiyə əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində nail olunduğunu vurğulayıb. Bildirilib ki, bu inkişaf digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də aşkar müşahidə edilir.
F.Abdullayev qeyd edib ki, müasir cəmiyyətdə konstitusiya nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Məhz bu baxımdan, əməkdaşlığımızın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması çox vacibdir.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Janedjri M.Qaffar Azərbaycana səfərinin və Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, İndoneziya Konstitusiya Məhkəməsinin 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunun davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qonaq hər iki qurum arasında təcrübə və əməkdaş mübadilələrinin əlaqələrin inkişafı baxımından vacibliyini qeyd edib.
Sonra görüş Konstitusiya Məhkəməsi Aparatının rəhbərliyi və kollektivi ilə davam etdirilib.
İndoneziya nümayəndə heyətinə 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, konstitusiya nəzarəti orqanının işində konstitusiya hüquq və azadlıqlarının təmin olunması əsas yer tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə Plenum tərəfindən 282 qərar və 65 qərardad qəbul edib.
Görüşdən sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Nümayəndə heyəti Konstitusiya Məhkəməsinin iş şəraiti ilə də tanış olub.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

