Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

26.07.2014 [10:45]

Qarşılıqlı-faydalı münasibətlərin inkişafı hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Eyni zamanda, ölkəmiz regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Ümumiyyətlə, Azərbaycan öz xarici siyasətini rasional və praqmatik prinsiplər əsasında davam etdirir. Belə ki, ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə, yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir. Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Ölkəmizin Qərbə inteqrasiyası həm də bəhs olunan region dövlətləri ilə qarşılıqlı-faydalı ikitərəfli əməkdaşlığa söykənir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun güclənməsi və digər cəhətlər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir.
Ümumiyyətlə, Azərbaycan paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Məhz bu cür münasibətlərdən birini də Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.
Azərbaycanla Avropa İttifaqı arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda Aİ Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir edir.
Ümumilikdə, Avropa İttifaqı hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu istiqamətdə müxtəlif sazişlər imzalanır, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılır. Bu kontekstdə son olaraq iyulun 22-də Brüsseldə keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək bir sıra məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Xarici işlər naziri Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələrinin inkişafını, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin işğal altında saxlamasının “Şərq Tərəfdaşlığı”nın yaratdığı çoxtərəfli əməkdaşlıq çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün etməsini və digər məsələləri xüsusilə diqqətə çatdırıb. E.Məmmədyarov bildirib ki, “Şərq Tərəfdaşlığı”nın yaratdığı imkanlardan istifadə edən Azərbaycan ölkənin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa İttifaqı ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirir: “Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərərək Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib”.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
Vurğuladığımız kimi, Avropa İttifaqı hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ilk növbədə, Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Bütövlükdə, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirirlər. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.
Nurlan

Paylaş:
Baxılıb: 1386 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30