Qərbin Gürcüstanla bağlı “payız layihəsi”...
02.08.2024 [10:40]
ABŞ 95 milyon dolları media və QHT-yə yönəldir
Gürcüstan parlamentinin bu ilin mayında qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun dünəndən, yəni avqustun 1-dən artıq tətbiq olunmağa başlasa da, bu qərar ətrafındakı səs-küy səngimək bilmir. Xatırladaq ki, qanuna əsasən, bir il ərzində xarici mənbələrdən nağd pul və ya köçürmələr şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınır. Qanunda konkret olaraq qeyd edilir ki, buraya 20 faizlə müqavilələr üzrə əldə edilən kommersiya gəlirləri daxil deyil. Qanunun izahat bölümündə isə açıq şəkildə bildirilir ki, bu aktın məqsədi xarici təsirin şəffaflığını təmin etməkdir.
Aİ prosesi tam dayandırdı...
Qanunun qəbulu ilə paralel olaraq rəsmi Tbilisiyə qarşı mövqelər daha da sərtləşib. Bəzi hallarda sanksiya, bəzi hallarda iqtisadi əngəllər yaratmaq, hətta Avropa Məhkəməsinə müraciət etmək kimi hədələr işə düşdü. Qərb dairələri Gürcüstan hökumətinə qarşı siyasi təsir mexanizmlərindən də istifadə etdi. Belə ki, Avropa İttifaqı (Aİ) “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırdı. ABŞ isə fərqli sanksiyalar tətbiqi ilə Tbilisiyə qarşı hədə-qorxu kampaniya formalaşdırdı. Yeri gəlmişkən, Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi iyulun 28-dən artıq tam dayandırılıb. Bunu Aİ Nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz bildirib “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Aİ-yə daxil olmasına maneədir. Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”, - o, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib.
Qeyd edək ki, iyulun 28-də Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimat keçirilib. Tədbirə Aİ-yə üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri və səfirliklərinin nümayəndələri dəvət olunub.
İddialar birləşdirilir...
Qanunun tətbiqinə başlanılsa da, aparılan kampaniyalar dayanmır - hətta, Gürcüstanın müxalifət partiyalarının üzvləri Kosntitusiya məhkəməsinə müraciət ediblər. Belə ki, Gürcüstanın 38 müxalifət deputatı “Xarici agentlər haqqında” qanuna qarşı Gürcüstan Konstitusiya Məhkəməsində iddia qaldırıb. Onların fikrincə, xaricdən maliyyələşmənin şəffaflığı barədə qanun ölkəyə “dönməz ziyan vuracaq”. Ərizəçilər bu qanunun Gürcüstanın Avro-Atlantik kursunu nəzərdə tutan konstitusiyanın 78-ci maddəsinə zidd olduğunu iddia edirlər. Qanunla bağlı ayrılıqda Konstitusiya Məhkəməsinə müraciət edən prezident Salome Zurabişvili öz iddiasını 38 deputatın iddiası ilə birləşdirimək qərarı verib. Bu barədə məhkəmənin sədri Merab Turava məlumat verib. “Bütün iddialara bir iş çərçivəsində baxılacaq. Bizə həm iddiaları oxumaq, həm də müqayisəli hüquqi araşdırma aparmaq üçün ən azı bir ay vaxt lazımdır”, - o bildirib.
95 milyon dollar hara xərclənəcək?
ABŞ isə öz növbəsində Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayıracaq. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib. “Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, - deyə o bildirib. Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb. Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.
Xatırladaq ki, ABŞ Dövlət katibi Antoni Blinken bir müddət öncə məsələ ilə bağlı açıqlamasında Vaşinqtonun Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırdığını bəyan etmişdi.
Payız seçkiləri öncəsi ortaya çıxan “ssenari”
Ortada maraqlı bir “təsadüf” diqqəti cəlb edir - qanunun tətbiqinə başlanılması ABŞ-ın bu pulu QHT və media sektoruna verməsi faktı ilə eyni günə təsadüf edir. Belə ki, artıq dünəndən Gürcüstanda xaricdən maliyyələşən QHT və medianın xüsusi reyestrdə qeydiyyata düşməsi prosesinə start verilib. Bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün texniki baza artıq yaradılıb.
Bir məqam diqqətdən yayınmamalıdır ki, oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləridir. ABŞ-ın seçkilərə üç ay qalmış belə bir qərar verməsi isə Gürcüstanda yenidən bəzi siyasi proseslərin təkrarlanması ehtimalını ortaya çıxarır. Belə ki, əvvəllər də Gürcüstanda məxməri çevrilişlər həyata keçirən Qərb bu dəfə də eyni ssenariyə əl atmış kimi görünür. Bəlli olduğu kimi, adıçəkilən qanun xarici agent hesab olunacaq şəxslər və ya partiya nümayəndələrinin seçkidə iştirak etmək hüququnu məhdudlaşdırır. Beləliklə də, Qərbin özünün emissarlarını Gürcüstan parlamentinə yerləşdirmək arzusu da boşa çıxma ehtimalı böyüyür. Eyni zamanda, bir müddət öncə keçirilən sorğuların nəticələri də ABŞ-ı narahat etməyə bilməzdi. Belə ki, sorğunun nəticələrinə görə, oktyabrın 26-da baş tutacaq parlament seçkilərində cəmisi iki partiyanın - “Gürcü ?rzusu” və “Vahid Milli Hərəkat”ın qanunverici orqana düşmə ehtimalı ortaya çıxmışdı. Sorğunun nəticələrinə görə, parlament seçkilərinin apreldəki “virtual səsverməsində” “Gürcü arzusu” - 60,4 faiz, “Vahid Milli Hərəkat” - 12,6 fazi, “Gürcüstan üçün Lelo” - 4,7 faiz, “Avropa Gürcüstanı” - 4,5 faiz, “Gürcüstan üçün” - 3,7 faiz “səs toplamışdı”. Yeni sistemə görə isə Gürcüstanda parlament seçkiləri 2024-cü ildən partiyalar üçün 5 faizlik baryer təyin edib - seçkilər yeni, tam proporsional sistemlə keçiriləcək. Bu mənada, Aİ-nin “inteqrasiyanı dayandırmaq” adı altında apardığı kampaniya yeni dövr seçki üçün ortaya çıxacaq siyasi mənzərəyə təsir etməyə hesablanıb. Beləliklə, baş verənlər Qərbin Gürcüstanda yeni planlar qurduğunu deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

