Kesap qapısında görüş baş tutacaqmı?
31.07.2024 [11:00]
Türkiyə ilə Suriya arasında yeni dialoq...
Münasibətlər qaydasına düşə bilər
Yaxın Orta Şərq yenidən diqqət mərkəzindədir. Son illərdə ard-arda baş verən müharibələr, vətəndaş qarşıdurmaları, dövlətlərin daxilində silahlı müxalifətin baş qaldırması və bu kimi məsələlər Yaxın Orta Şərq məsələsini demək olar ki, gündəmdən düşməsinə maneə yaradır - xüsusilə, xarici təsirlərin geniş yayıldığı və böyük güclərin bəzən “siyasi təcrübə laboratoriyası” kimi istifadə etdiyi bu tarixi bölgədə baş verənlər yaxın-uzaq coğrafiyaların da iqtisadi-siyasi həyatına bu və ya digər formada təsir göstərir. Təbii ki, baş verənlər ilk növbədə bu dövlətlərlə həmsərhəd ölkələr üçün narahatlıqlar yaradır və məsələlərə yanaşmada da bu fakt özünü göstərir. Təsadüfi deyil ki, dünyanın və bölgənin aparıcı siyasi aktoru sayılan Türkiyə bölgədə terrorla mübarizə, sülhün və əmin-amanlığın bərpası üçün əlindən gələni əsirgəmir. Paralel olaraq Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmini üçün uzun illərdir fərqli formatlarda iş aparılır. Son dövrlərdə regionun təhlükəsizlik seqmentinin daha da irəliləməsinə, terrorizmə qarşı qəti mübarizənin mühüm yeniliklərə yol açacağına böyük ümidlər formalaşır. Xüsusilə, Türkiyənin məsələlərə münasibətdə aktivliyi onu deməyə əsas verir ki, Yaxın Orta Şərq regionu özünün sabit və inkişaf dövrünə qədəm qoymaq üzrədir. Bunun üçün isə ilkin şərt terrorun aradan qaldırılması, silahlı qarşıdurmaların yekunlaşdırılmasıdır.
Yaxın Orta Şərq üçün yeni perspektiv...
Vurğulandığı kimi, yeni dövrün sülh çağırışları region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də böyük maraq dairəsindədir - həm də bu mənada Türkiyənin Yaxın Orta Şərqin sülh və təhlükəsizlik şəraitində inkişafını dəstəkləməsi bu region üçün gələcəyə böyük ümidlər formalaşdırır. Türkiyə yeni təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu daha aydın şəkildə üzə çıxır. Bunun üçün isə siyasi dialoqun inkişafı ən mühüm şərtə çevrilir - necə ki, Suriya ilə Türkiyə arasındakı münastibətlərin normallaşması üçün effektiv məcranın yaradılması üçün danışıqların yenidən bərpasına ehtiyac duyulur.
Hər iki tərəf maraqlıdır...
Qeyd edək ki, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı anonsların səsləndirilməsi bunu deməyə əsas verir. Türkiyə Prezidenti bu günlərdə bildirib ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atarsa, ona eyni yanaşmanı göstərəcəklər: “Çünki dünənə qədər biz Suriya ilə düşmən deyildik. Əsədlə ailəvi görüşürdük”. Ötən günlərdə onların görüşünün detallarına dair xəbərlər yayılıb. Bu qarşıdurmanın aradan qalxmasında İraq və Rusiya daha çox fəallıq göstərir. Rəcəb Tayyib Ərdoğan da müsahibəsində qeyd edib: “Biz hər yerdə vasitəçilikdən bəhs edirik, o zaman qonşumuzla bu niyə olmasın?!”
Xatırladaq ki. bir müddət öncə də hər iki dövlət siyasi danışıqların aktuallaşmasında maraqlı olduqlarını bildirmişdilər. Belə ki, Suriya prezidenti Bəşər Əsəd iyunun 26-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi qəbul edərkən demişdi ki, Dəməşq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır. İyunun 28-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan etmişdi. Türkiyə dəfələrlə münaqişələrin sülh yolu ilə həll edilməsi məqsədilə vasitəçilik missiyası daşıdığı üçün Ankara-Dəməşq danışıqlarını vasitəçisiz həyata keçirmək istəyəcəyi şübhəsizdir. Rusiya və İraq vasitəçi qismində çıxış etməyə çalışsalar da bəzi analitiklər bu dialoqun Suriya-Türkiyə sərhəddindəki Kesap qapısında baş tutacağını ehtimal edirlər.
Xüsusi vurğulanmalı olan məqam isə ondan ibarətdir ki, Suriya Prezidenti Bəşər Əsəd də münasibətləri normallaşdırmaqda maraqlı görünür - o, Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı bildirmişdi ki, Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır və beynəlxalq hüququn prinsiplərinə əməl olunmaqla belə bir addım atmağa razıdır. “Təbii ki, heç kim qonşuları ilə problem istəmir. Suriya müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün davamlı səylərin uğur qazanmasını istəyirik”, - deyə Əsəd vurğulamışdı.
Gərginliyin tarixi
Qeyd edək ki, vaxtilə iki ölkə arasında aktiv siyasi münasibətlər mövcud olub. Suriyanın Ankarada səfirliyi, İstanbul və Qaziantep şəhərlərində konsulluğu, Türkiyənin isə Dəməşq şəhərində səfirliyi, Hələb şəhərində isə konsulluğu fəaliyyət göstərib. Lakin Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə Suriyadakı səfirini geri çağırıb, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdı. 30 may 2012-ci il tarixində Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdu.
911 kilometr uzunluğunda quru sərhədinə malik olan bu iki ölkə arasındakı münasibətlər ümumən tarix boyu gərginliyi ilə seçilib. Türkiyə tərəfinin fikrinə əsasən Suriya terrora dəstək verən, su mənbələrinin paylanmasında problem yaradan və coğrafi olaraq Türkiyənin ərazi bütövlüyünə müdaxilə edən ölkədir. 1998-ci ildə Adana müqaviləsinin imzalanmasından sonra müsbət mənada inkişaf edən əlaqələr 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanması ilə yenidən gərginləşmişdi.
Bu gərginliyin ilkin mərhələsi isə 1930-cu illərdə Türkiyə və Fransa müstəmləkəsi olan Suriya arasındakı sərhəddə yerləşən Hatay üzərində haqq iddia etməsi ilə başlayıb - gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan “su anlaşılmazlıqları” ilə daha da artmış, Suriya hökumətinin PKK və ASALA kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə pik həddə çatmışdı. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsindən sonra əlaqələr nisbətən yaxşılaşsa da, Suriya vətəndaş müharibəsi zamanı Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdı. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-ya təcili toplanma çağırışı etmişdi. 2012-ci ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirmişdi. 2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulmuşdu. Qeyd edək ki, hər iki ölkə Aralıq dənizi üçün Birlik təşkilatının tamhüquqlu üzvüdür. Həmçinin Suriyanın 14 avqust 2012-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatındakı üzvlüyünün ləğv olunmasına qədər hər iki ölkə bu təşkilatın üzvü olub.
2022-ci ildə əsası qoyulan “4-lü masa”...
Artıq gərginliklərin arxada qaldığı və sülhün vacib olduğu anın yetişməsi həm də siyasi dialoqların gündəmə gəlməsi ilə seçilir - düzdür, ötən dövrdə zaman-zaman bu tipli dialoq çağırışları olsa da, indiyə qədər heç biri reallaşmayıb. Hətta Türkiyə mediası danışıqların sentyabrda Rusiya paytaxtında reallaşması ehtimalını belə irəli sürsə də, bu dəqiq məlumat sayılmır. Çünki Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Artıq şərtlər dəyişir və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxarılır. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması, siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alır. Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri edir.
Paralel olaraq 2022-ci ilin dekabrından etibarən aparılan Rusiya, İran, Suriya və Türkiyə arasındakı danışıqlar masasın formalaşdırılması bu dialoqun müsbət nəticələnməsinə ümid yaradır. Bu təmaslarda əsas rol alan Türkiyənin səyi nəticəsində terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
