Kamala Harris - haradan, haraya...
30.07.2024 [10:30]
İlk qadın vitse-prezidentin ilk qadın prezident olma şansı
Co Baydenin ABŞ prezidentliyinə növbəti dəfə namizəd olmayacağı ilə bağlı xəbər əslində, gözlənilən hal idi - yaşlı və səhhəti ilə bağlı kifayət qədər problemləri müzakirə edilən “yaşlı demokrat”ın bu marafonda onsuz qələbə qazanma ehtimalı olduqca aşağı idi. Amma onu əvəz edəcək namizədin seçimi məsələsi kifayət qədər suallar yaradır...
Ramasvarinin namizədi kim idi?
BİRİNCİ HAŞİYƏ: Baydenin namizəd olmayacağı ilə bağlı ilk anonslardan biri bu ilin fevralında səslənmişdi. Həmin vaxt prezidentliyə namizədlik yarışından çəkildiyini elan edən hind əsilli Vivek Ramasvami “Bayden Demokratların namizədi olmayacaq. Mişel Obamanı qarşılamağa hazır olun”, - deyə “X”sosial şəbəkəsində (keçmiş “Twitter”) yazmışdı. O, həmçinin “Fox News”a verdiyi müsahibədən bir fraqment yerləşdirmişdi və bu zaman həmin fikrini təsdiqləyirdi. “Bayden namizəd olmayacaq. Keçən il bu barədə danışdım, amma insanlar mənə sui-qəsd nəzəriyyəçisi olduğumu söylədilər və indi bu, getdikcə daha aydın görünür”, - deyə Ramasvami qeyd etmişdi.
Ramasvaminin proqnozunun yalnız birinci hissəsi öz təsdiqini tapdı. Yəni həqiqətən də Bayden yenidən namizəd olmadı. Amma onu bu yarışda əvəz edəcək şəxs Mişel Obama deyil, Kamala Harris oldu. Səbəblərini aşağıda izah edəcəyik...
İKİNCİ HAŞİYƏ: Tanınmış siyasi simalardan biri bildirmişdi ki, son dövrlərdə Qərbin seçki trendinə yanaşmasında
fərqlər gözə dəyir. Onların seçki ilə bağlı mövqeləri ondan ibarətdir ki, seçki prosesində bir namizəd qadın olmalıdır. Bu, Qərbin seçki yanaşmasıdır və bu kriteriyalara uyğun gəlməyən seçkilər artıq Qərb tərəfindən boykot ediləcək və ən yaxşı halda bəyənilməyəcək...
Ramasvaminin “namizəd proqnozunda” Mişel Obamanın adının yer alması bəlkə də bu yeni trendin nəticəsi idi. Amma onun həqiqətən namizəd olmaması tamam fərqli ştrixlərə söykənir. Ən azından ABŞ tarixinin ilk qaradərili prezidentinin həyat yoldaşı olan Mişel Obama siyasi proseslərdə aktiv olmalı, məşhur lətifədə deyildiyi kimi lotereyada maşın udmaq üçün bir lotereya bileti almalı idi. Başqa sözlə, Barak Obamanın Ağ Evi tərk etməsinin ardından heç bir “siyasi tamaşa”larda gözə dəyməyən Mişel Obamanın namizəd olması da seçki nəticələrində əyləncəli trend olmaqdan uzağa gedə bilməyəcəkdi...
Nə Bayden, nə də Albert Qor...
Baydenin əvəzedicisi olan Kamalla Harris barədə avtobioqrafik məlumatlara keçməmişdən öncə, onun son 20 illik ABŞ tarixində hər hansı bir xüsusi addımları ilə yadda qalan vitse-prezident kimi xatırlanmayacağını önə çəkərdik. O, nə Obama administrasiyasında 8 il vitse-prezident olmuş Bayden qədər güclü fiqur ola bilmədi, nə Klinton administrasiyasında ikinci şəxs olan Albert Qor qədər nüfuz qazanmadı. ABŞ politoloqlarının “tarixin ən güclü vitse-prezidenti” Dik Çeynini heç demirik...
Bu mənada, Harrisin namizədliyi bir az “göydəndüşmə” də sayıla bilər. Qərb siyasi texnoloqlarının fikrincə, seçkilərə daha çox nüfuza malik Blinkenin deyil Harrisin namizəd kimi qatılması çox mətləbdən xəbər verir:
- Ukrayna düyünündə aciz qalmış “Demokrat iqtidar” 2024 seçkilərini uduzduğunu böyük reallıqla dərk edir. Bu mənada, Harrisin namizəd kimi seçilməsi epizodik effekt daşıyır;
- Qərb-Avropa münasibətlərini kəskin hala gətirən Bayden administrasiyası hazırki vəziyyətdə “reanimasiyadadır” kimi bir dəyərləndirmə qazanıb. Hazırki situasiyanı ABŞ cəmiyyətinə unutdurmaq üçün məğlubiyyət ən yaxşı çıxış yoludur - bu məğlubiyyəti isə Harrisdən yaxşı heç kim bacarmayacaq;
- Nəhayət, irəli sürülən namizədin spesifik təcrübəsi hüquqşünaslıqdır - amma hər kəs anlayır ki, qarşıdakı dönəmdə ABŞ-ın bir nömrəli iqtisadi rəqibinin qarşısında ayaqda tutmaq üçün hüquqi biliklər bəs etmir.
“İlk”lərin vitse-prezidenti...
Kamala Harris vitse-prezident olduğu 4 ildə heç də yüksək performansla yadda qalmadı. Güclü profil yarada bilməməklə yanaşı, xarici siyasət yönləndirilməsində də hazırki dövlət katibinə açıq fərqlə uduzurdu. Qərb siyasətçilərinin fikrincə, Harris üzərinə düşən vəzifələri belə layiqli şəkildə yerinə yetirə bilməyib. Hətta bu kimi komponentlər Trampın qarşıdakı təbliğat dövrü üçün əsas kompramatları sayılır.
Siyasi karyerasında bir çox ilklərə imza atan Harris həm də ABŞ tarixinin ilk qadın vitse-prezidenti olmaqla yanaşı, həm də ilk qaradərili vitse-prezident kimi tarixə düşüb. Atası yamaykalı, anası isə hindli olan Harris hüquq müdafiəsi sahəsində olduqca yeyin addımlarla irəlilədi - 2003-cü ildə San-Fransisko bölgə prokuroru seçilməklə uğur nərdivanına ilk qədəmini qoydu. Bu vəzifəyə yüksələn ilk qara dərili və asiya kökənli qadın kimi ABŞ tarixinə düşdü. 2011-2016-cı illər arasında Kaliforniyanın baş prokuroru işlədi. Bu vəzifədə olduğu müddətdə özünü yaxşı hüquq bilicisi kimi tanıtdı. 2016-cı ildə Demokratlar partiyasından Kaliforniyadan senator seçildi. Senatda ifadə verənləri aqressiv şəkildə dindirməsi ilə tanındı. Harris senatorluğu boyunca dövrün ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasətinə müxalifliyi ilə “şöhrət qazandı”. Trampın ABŞ ordu bölmələrini Suriyadan geri çəkmək qərarı ilə razılaşmayan Harris özünü irqçiliklə mübarizədə ön plana çıxardı.
Zəif bənd, yoxsa siyasi keçid kampaniyası...
Vitse-prezident kimi ilk vəzifəsi isə Meksikada məskunlaşmış mühacir problemi ilə bağlı məsələ oldu. Amma sərhəd bölgəsinə ilk səfəri aylar sonraya təsadüf etdi ki, bu da onun ilk vəzifəni düzgün həyata keçirilməsi fonu yaratdı. Hətta təmsil etdiyi partiyada belə bununla bağlı etirazlar səsləndi. İlk rəsmi xarici səfərini isə Qvatemalaya etdi. Qvatemalalı köçkünlərin üzünə ABŞ-ın qapılarının bağlı olduğunu bildirdi. Partiyasından bu açıqlamaya da etiraz özünü gözlətmədi - Aleksandro Kortez Harrisin sözlərindən məyus olduğunu bildirdi. 2021-ci ildə isə prezident Baydenlə aralarında siyasi çəkişmələr başladı. Hətta Harrisin Meksika sərhəddindəki mühacir problemi kimi xırda məsələlərə qəsdən göndərildiyi irəli sürüldü. İddialar Ağ Ev tərəfindən təkzib olundu. Harrsin vitse-prezident kimi daxili auditoriyada ən çox diqqətində olan məsələ isə nə qədər qəribə görünsə də “qadın abortu” məsələsi olub...
Beləliklə, məğlubiyyəti indidən pronozlaşdırılan Harrisin niyə bu “qaynar qazana” atılması sualı ortaya çıxır ki, buna da cavabı elə Qərb mətbuatı verir. Qərbli siyasət adamlarının fikrincə, Harrisin hazırki dönəmdə “siyasi qurban”a çevrilməsi qarşıdakı seçkilərdə daha fərqli və pozitiv obrazda ortaya çıxa bilmə ehtimalına malik Blinken üçün yaşıl işıq yandırılmasına xidmət edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
