Pezeşkian ilk mesajlarını verdi
12.07.2024 [10:30]
Yeni prezident inaqurasiyadan əvvəl dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib
Məsud Pezeşkianın İran İslam Respublikasında yeni prezidenti seçilməsinin ardından atacağı addımlar, dövlət siyasətinə verəcəyi yeni istiqamətlər bütün dünyada maraqla izlənir. Dövlət başçısının rəsmi inaqurasiya mərasiminin iyulun 30-da baş tutacağı gözlənilsə də, artıq indidən bəzi detallar diqqəti cəlb edir. İranın regional müstəvidə davranışları, eyni zamanda, Yaxın Şərqə münasibətdə tutacağı mövqe, ərəb dünyası ilə əlaqələrin yeni mərhələyə qədəm qoyması ehtimalı, ən əsası isə Qərb ilə əlaqələrində yeniliklərin müşahidə olunması kimi bəzi detallar Pezeşkianla bağlı ortaya çıxan və cavabını gözləyən suallar sırasındadır.
İran bölgəyə yönəlik siyasətində hansı korrektələri edə bilər?
Bir sıra siyasətçilərin fikrincə, İranın yaxın gələcək üçün regional əməkdaşlıqda iştirak formatı dəyişməyəcək və bölgə ölkələri ilə perspektiv əlaqələrində yeni xəttin müşahidə olunması ehtimalı aşağıdır. Burada müəyyən xırda istisnalar qeyd olunsa da, əsas mahiyyət etibarı ilə dövlət siyasətinin ana xəttinin dəyişməz olaraq qalacağı daha inandırıcıdır. Ermənistanın baş naziri Paşinyanla danışıq zamanı Pezeşkian bildirib ki, İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, ancaq biz beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinəyik. Diqqət yetirəndə, bu mövqenin dövlətin ilərdir söylədiyi ənənəvi xəttdən kənarda olmadığını görürük - İran bütün rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Sadəcə olaraq, bu dövlətin bir çox rəsmilərinin (xüsusilə Ermənisandakı səfirinin) açıqlamaları iki ölkənin münasibətlərininin ruhu ilə ziddiyyət təşkil edib. Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə gəldikdə isə ölkəmiz bu prosesin beynəlxalq hüquq müstəvisində həllinin tərəfdarı kimi çıxış edir.
O başqa məsələdir ki, “islahatçı” qanadın təmsilçisi kimi təqdim edilən Pezeşkianın yeni situasiyada İranın, eləcə də bütövlükdə, regionun maraqlarına uyğun davranışlarının şahidi olmaq ehtimalı da var. Burada əsas məsələlərdən biri Azərbaycanla ikitərəfli razılaşmaların icrasının davam etdirilməsidir ki, hər iki dövlət bu məsələdə eyni mövqedən çıxış edir. Prezident İlham Əliyev ilə telefon danışığında İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. İki dövlət başçısının qarşılıqlı rəsmi səfər dəvəti isə münasibətlərin yeni səviyyəsi ilə bağlı fikirləri daha da gücləndirir.
Tehranın Qüds siyasəti - dəyişiklik gözlənilmir...
İran prezidentinin inaqurasiyadan öncə səsləndirdiyi önəmli mesajlardan biri də dünyanın maraqla izlədiyi İsrail-Fələstin qarşıdurmasında Tehranın tutduğu mövqedir. Pezeşkian HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə təbrikinə təşəkkür məktubunda bu məqama aydınlıq gətirir - bildirir ki, İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.
Bu məsələnin maraq doğurmasına bir sıra səbəblər var - bu ilin aprelində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum etmişdi. Sonradan bu hücumun geniş müstəvili müharibəyə çevrilməsinin qarşısı alınsa və sabitlik bərpa edilsə də, münasibətlərdəki gərginlik səngiməmişdi. Bəlli məsələdir ki, bütün dünya Qüdsdə baş verənlərin beynəlxalq hüquq və ədalət müstəvisində həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın və Türkiyənin, eləcə də Mərkəzi Asiya ölkələrinin bir çoxunun imzaladığı Qarabağ bəyannaməsində də bu məsələyə toxunulur - Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edilir və mülki əhalinin seçimsiz hədəfə alınması qınanılır; dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırış səsləndirilir. Beləliklə, məsələnin dinc və ədalətli həlli bütün regionun arzusudur. Sülh uğrunda hər kəs çalışır - sadəcə olaraq, bu çalışmaların nəticə verməsi üçün məsələyə yanaşmalarda yenilənmə gözlənilirmi, əsas məsələ bundan ibarətdir.
Bu məsələ ilə bağlı fikirlərini bölüşən siyasi analitiklər İranın Yaxın Şərqlə bağlı siyasətini gələcəkdə dəyişə bilmə ehtimalını aşağı sayır - HƏMAS, “Hizbullah”, “Həşdi-şəbi”, “Fatimiyun” və İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun xaricdəki fəaliyyətinin dayandırılması ilə bağlı prezidentin səlahiyyətlərinin olmaması burada əsas rolu oynayır.
Ərəb dünyasına münasibət - Xatəminin yolunu davam etdirəcəkmi?
Digər bir əsas məsələ isə İranın ərəb dünyası ilə bağlı mövqeyində müsbətə doğru ştrixlərin ortaya qoyulmasıdır. Bu əlaqələrin iqtisadi tərəflərindən daha çox siyasi kontekstəri diqqəti cəlb edir. O baxımdan ki, həm də Fələstin məsələsindən qaynaqlanan bu “lokal siyasi qarşıdurmalar” artıq azalan fazaya qədəm qoyub - bir neçə ildir ki, İranın ərəb ölkələri ilə münasibətlərindən yeni xətt müşahidə olunmaqdadır. Məsələn, ötən il Tehran və Qahirə ikitərəfli münasibətləri bərpa etmək və təhlükəsizliyi koordinasiya etmək üçün İran-Misir komitəsinin yaradılması barədə razılığa gəlmişdilər. Hətta bu yaxınlaşmanın bütün regionda, xüsusən də Fələstində baş verən proseslərə böyük təsir göstərəcəyinə ümid bəslənirdi.
Eyni fikirləri İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə də şamil etmək olar. O baxımdan ki, bu münasibətlərin tənzimlənməsi birbaşa Çinin xidmətidir. Məhz Çinin vasitəçiliyi ilə ikitərəfli danışıqlar baş tutub - Pekində keçirilən danışıqlarda qəbul edilən qərarlara əsasən, isə iki ölkənin səfirlikləri yenidən açıldı. Burada ən maraqlı detal isə Çində əldə olunan razılıqda İran ilə Səudiyyə Ərəbistanı arasında 2001-ci ildə imzalanan Təhlükəsizlik sazişinin, 1998-ci ildə imzalanan iqtisadiyyat başda olmaqla təhsil, mədəniyyət, texnologiya və səhiyyə kimi bir çox sahələri əhatə edən əməkdaşlıq müqaviləsinin yenidən aktivləşdirilməsi olmuşdu. Nəzərə alınmalıdır ki, hər iki sənəd İranın keçmiş islahatçı Prezidenti Məhəmməd Xatəminin prezidentliyi dövründə (1997-2005) imzalanmışdı. Yeni Prezident Pezeşkian isə Xatəmi ilə yaxın münasibətlərə malikdir - Xatəminin prezidentliyi dövründə Pezeşkian səhiyyə naziri vəzifəsini tutub. Son seçkilərdə isə Xatəmi Pezeşkianın namizədliyini sona qədər müdafiə etmişdi. Demək ki, Pezeşkian özünün sələfi və yaxını saydığı Xatəminin ərəb dünyası ilə əlaqələri daha da mökəmləndirmək siyasətini davam etdirə bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

