500 milyard avroya təhlükəsizlik...
29.06.2024 [10:35]
Avropa İttifaqı vahid ordu yaratmağa hazırlaşır?
Dünyada nizamın pozulduğu, münaqişələrin artdığı bir zamanda Avropa İttifaqı öz təhlükəsizliyini daha da gücləndirməyi düşünür. Xüsusilə, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi təhlükəsizlik üçün təhdidləri artırır. Avropa İttifaqına üzv ölkələrin liderlərinin Brüsseldə keçirilən sammtində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də bəyan edib ki, Aİ öz təhlükəsizliyini təmin etmək üçün növbəti on il ərzində hərbi sənayeyə əlavə 500 milyard avro sərmayə qoymağa hazır olmalıdır. Xanım Lyayen bu məbləğə Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi üçün xərclərin daxil olub-olmadığını dəqiqləşdirməyib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bütün Avropa İttifaqı ölkələrinin ümumi hərbi xərcləri 240 milyard avro, hərbi sənaye kompleksinə qoyulan investisiyalar isə Aİ-nin müxtəlif ölkələrində bu məbləğin 5-15 faizini təşkil edib.
Avropa Komissiyasının rəhbərinin bu açıqlaması Aİ ölkələrinin qarşıdakı illərdə hərbi sənaye üçün xərcləri artıracağını deməyə əsas verir. Bəs bunu zəruri edən səbəblər nədir? Məlumdur ki, dünyada yeni nizam qaydalarının formalaşması, yeni münasibətlər sisteminin ortaya çıxması bəzi beynəlxalq təsisatların da “islahatlara” start verməsini tələb edir. Bundan başqa, yeni siyasi-hərbi vəziyyət regional təşkilatları da düşündürməyə bilməz. Avropa İttifaqı kimi mühüm strukturlara malik qurumlar belə yenilənmənin qaçılmazlığını ifadə edir.
Məsələn, hələ ötən il Aİ Şurasının Prezidenti Şarl Mişel bildirmişdi ki, Avropa İttifaqı “etibarını saxlamaq” istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır: “İnanıram ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin, eyni zamanda, zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir”. Onun sözlərinə görə, bloka qoşulmaq üçün gələcək üzv dövlətlər müstəqil məhkəmə sistemini təmin etmək, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün islahatlar həyata keçirməli və xarici siyasətlərini Aİ-yə üzv dövlətlərlə uyğunlaşdırmalı olacaqlar. O, bütün namizədləri Avropa İttifaqına daxil olmamışdan əvvəl aralarındakı ikitərəfli münaqişələri həll etməyə də çağırmışdı.
Belə bir şəraitdə Avropa İttifaqı ordusunun yaradılması da zaman-zaman gündəmə gəlir. Xanım Lyayenin məlum açıqlaması da buna işarə ola bilər. Çünki vahid ordu ideyasını dəstəkləyənlərdən biri də Avropa Komissiyasının indiki rəhbəridir. Hələ ötən il Ursula Fon der Lyayen demişdi ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür: “Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq”. Siyasətçi “Aİ ordusunun yaradılmasına tərəfdardırmı?” sualına belə cavab vermişdi: “Mən bunu tam dəstəkləyirəm. Amma ən böyük çətinlik belə bir ordudan istifadə qərarı ilə bağlıdır. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr getməlidir”. Avropa Komissiyasının Prezidenti bu kimi qərarların “həm Avropa səviyyəsində, həm də milli səviyyədə” qəbul edilməli olduğunu vurğulayaraq “çünki bu bəzən həyat və ölüm məsələsidir” deyə bildirmişdi. “Ancaq, ümumilikdə, bu məsələ ilə bağlı düşüncələri saflaşdırmaq, dərinləşdirmək lazımdır, amma istiqamət düzgündür”, - deyə Ursula Fon der Lyayen vurğulamışdı.
Bütün bunların ardınca, xanım Lyayenin Aİ-də növbəti on il üçün hərbi sənaye üçün xərclərin 500 milyard avro artırılması haqqında bəyanatı təsadüfi sayıla bilməz. Bu, dolayısı ilə vahid ordu məsələsini yenidən gündəmə gətirməkdir. Amma bu təklif bütövlükdə, Avropa qitəsi ölkələri tərəfindən tam dəstəklənmir. Məsələn, Aİ-nin əsas dövlətlərindən sayılan Almaniya təklifə ehtiyatlı yanaşmanın sərgilənməsini zəruri sayıb. Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı ordusu ideyası ilə bağlı ehtiyatlı olduğunu bildirib. “Biz ilk növbədə indi qarşımızda duran məsələləri, bizdən gözlənilənləri etməliyik. İlk növbədə, silah istehsalı sahəsində Avropa əməkdaşlığını gücləndirmək lazımdır. Bundan əlavə, Avropada təhlükəsizlik yalnız transatlantik əməkdaşlıq vasitəsilə təmin edilə bilər”, - deyə Şolts NATO ilə bağlı vurğulayıb. O, transatlantik əməkdaşlığın və NATO-nun gücləndirilməsinin vacib olduğunu deyib. Bütün bunlar göstərir ki, Avropa İttifaqı qarşıdakı illərdə hərbi xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bunun vahid ordu yaratmaq ideyasına xidmət edib-etmədiyini isə zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

