NATO-da fikir ayrılıqları...
13.06.2024 [10:47]
Avroparlamentin yeni mənzərəsi Şimal Alyansına təsir edəcəkmi?
Dünyadakı hərbi təmərküzləşmənin ən mühüm ünvanı sayılan NATO son aylarda daxili proseslərdə çətin məqamlarla üzləşdiyini etiraf edir. 2022-ci ildən başlayaraq anti-Rusiya koalisiyası üzrə birmənalı hərəkət strategiyası müəyyənləşdirməkdə çətinlik çəkən Şimal Alyansındakı daxili çəkişmələr səngimir. Fikir ayrılıqları, hərəkət diaqonallarının “kəsişməməsi”, paralellik amili, nəhayət vahid ideoloji hərəkət qərarsızlığı qurum üzvləri arasında aktiv müzakirələr yaradır, bəzi məqamlarda planları “iflic” belə edir. Düzdür, əvvəlki dövrlərdə bu fakt o qədər də etiraf edilmirdisə belə, son günlərdə narazılıqların və fikir ayrılıqlarının pik həddə çatması hər kəsi “dilə gətirir”. Xüsusilə, vəzifə icrası tam yekunlaşmaqda olan Baş katib Yens Stoltenberqi...
Yekdil olmayan rəy....
Bu il mayın 25-də verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırış etmişdi. Bu çağırışdan sonra Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə vermişdi. İcazənin 32 üzvün təxminən 1/3 tərəfindən verilməsi isə həmin vaxt da birmənalı qarşılanmamışdı. Siyahıda hətta NATO-nun əsas gücü sayılan bir sıra dövlətlərin adları yox idi. Eyni zamanda, Avropa kontingentində münaqişənin bitməsini zəruri sayan dövlətlər də bu icazə kampaniyasına qoşulmamışdı. Demək ki, yekdil rəy formalaşmamışdı.
İyulun 9-11-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO sammiti öncəsi isə fikir ayrılığı məsələsi daha real konturlarla müşahidə olunur. Nəzərə alsaq ki, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Alyans ölkələri Ukraynaya yeni yardım paketi təqdim etməyi planlaşdırır. Bununla bağlı ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib: “NATO Ukraynaya güclü yardım paketi hazırlayır”, - deyə o qeyd edib.
Vurğulandığı kimi, belə həssas bir məqamda fikir ayrılığı məsələsi aktiv müstəviyə qədəm qoymaqdadır. Bunun səbəbini isə siyasi ekspertlər NATO-nun prosesdəki geriçəkilmələri ilə izah edirlər - analitiklər bildirirlər ki, Alyansın proseslərə tam təsir imkanlarını itirməsi, hətta nəzarət funksiyasını belə düzgün yerinə yetirməməsi kollektiv Qərb dövlətləri arasında yekdil rəyin formalaşmasına mane olur. NATO-nun baş katibi Yens Stoltenberq də bunu dolayısı ilə təsdiqləyib. O, LSM.lv telekanalı tərəfindən yayımlanan “Buxarest doqquzluğu” ölkələrinin liderlərinin Latviyada keçirilən görüşündən sonra bildirib ki, NATO-da Ukraynaya hərbi yardım məsələsində fikir ayrılıqları var, lakin Vaşinqtonda keçirilən alyans sammitindən sonra onları aradan qaldırmaq olar. “Zirvədə mühüm qərarların qəbulu ərəfəsində NATO daxilində fərqli baxışlar var. Lakin əvvəl biz həll yollarını axtarırdıq, indi isə ümid edirəm ki, razılığa gələcəyik” deyə o bildirib.
NATO-nun “çətinlikləri”...
Göründüyü kimi, ortadakı əsas fikir ayrılığı mahiyyəti klassik Avropa ilə yeni Qərb dünyası arasındakı tarixi çəkişmələrin yenidən özünü fərqli qiyafələrdə biruzə verməsinə söykənir. Daha dəqiq desək, Rusiyaya münasibətdə tutulan mövqe kollektiv Qərb qanadının fiaskosunu reallaşdırmış olur. Bu bir həqiqət idi ki, Ukrayna-Rusiya qarşıdurmasına qədərki dövrdə kollektiv Qərb anlayışı bütöv bir orqanizm xarakteri daşıyırdı. Qərbin vahid maraqlar toplusu ətrafında birləşməyi bacarması bir az sonra bəhs açacağımız “Avropa Ordusu” məsələsini də kölgəyə sıxışdırmışdı. Həm Avropa, həm də “yeni Qərbçilər” anlayırdı ki, “Avropa Ordusu” “söz birləşməsi” vahid qütb olmaq arzusunu darmadağın edəcək. Bu mənada, kollektiv müdafiə refleksi bir nöqtədə - NATO-da birləşirdi. Ortada bir istisna vardı ki, Avropa - Rusiya münasibətləri o dövr üçün siyasi-hərbi motivlər üzərində deyil, iqtisadi - qarşılıqlı mübadilə mexanizmi üzərində inkişaf etdirilirdi. 2014-cü ildən başlanan “Krım silkələnmələrinə” Avropanın münasibətinin “Normand dördlüyü” kimi deaktiv formatlarda təcəssüm tapması siyasi dairələrdə fərqli assosiassiyalar yaradırdı. Bunun təməlində isə Rusiya ilə əlaqələrin pozulmaması cəhdləri, Kremllə hərbi poliqonda qarşılaşmadan qaçınmaq, ən əsası enerji böhranından yayınmaq, “Avropa atlasının” yenidən “rənglənməsi” qorxusu, siyasi anlaşmazlıqların iqtisadi haçalanması kimi ağır nəticələr dayanırdı. Mərkəzçi Avropanın düşüncəsində ABŞ-ın Avropa siyasəti yalnız və yalnız NATO əməkdaşlığı müstəvisi ilə məhdudlaşmalı idi.
İndiki halda isə proseslərin məcrası dəyişir. Vaşinqton sammitində əldə olunacaq və ya olunmayacaq konsorsium NATO-nun gələcəyini müəyyənləşdirə bilər. Başqa sözlə, Avropa kontingentində artıq önə çıxan sağ-mərkəzçi təfəkkürün qatı radikal “arzuları” digər üzvlər üçün qəbuledilməz sayılacaq - bu isə, bütövlükdə yeni bir siyasi mənzərə formalaşdıracaq. Burada artıq ABŞ da daxil olmaqla bütün tərəflər “tərksilah” ediləcək...
Avropa Ordusu mexanizmi...
Vurğulandığı kimi, Avropada həm siyasi, həm də ideoloji prinsip xəttləri dəyişməkdədir. Liberal cəmiyyətin qatı radikal, bəzi hallarda isə intiriqant meyillərlə əvəz olunması daxili sfera üçün yeni nöqtələr formalaşdırır. İndiyə qədər NATO-nun saxlanmasının maddi qarşılığını ödəyən çoxluq artıq bu qatı millətçi ruhun diqtəsinə tabe olmayacaq - nəzərə alınmalıdır ki, bu çoxluq 80 faizə qədərdir və onlar Aİ üzvü olmayan ölkələrdir. Avropa isə artıq NATO-dan kənar yeni müdafiə refleksi haqda düşünə bilər. Burada da “obyektiv” və “subyektiv” faktorlar “göz oxşayır”. Başqa sözlə, onsuz da ambisioz ideyaları dəstəkləyən Avropa NATO-nun “yeni poliqon” siyasətini özünün “III Dünya savaşı” şüarı ilə əvəz edə bilər. Bunun üçün isə “köhnə qitə” təmsilçiləri yenidən “Avropa ordusu” ideyasını dəstəkləyəcək. Nəzərə alınmalıdır ki, zaman-zaman gündəmə gələn, amma kağız üstündə qalan və müzakirələrdən uzağa getməyən ideya ötən ilin yayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən də dəstəklənmişdi. Budəfəki seçkilərin ardından yenidən AK rəhbəri olmaq üçün isə bundan gözəl şans ola bilməz - fon der Lyayen bu amildən hətta “seçki kampaniyasında təbliğat vasitəsi” kimi də istifadə edə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

