Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Normal uşaq ildə beş-altı santimetr artmalıdır

Normal uşaq ildə beş-altı santimetr artmalıdır

09.01.2020 [15:40]

Bir sıra xəstəliklər kimi keçid dövründə uşaqlarda meydana gələn boy patologiyalarında da son zamanlar çoxalma müşahidə olunur. Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyaya keçid dövründə daha çox rast gəlinir. Valideynlər uşağın yeniyetmə dövründə boy atacağını gözləyir. Bu baş vermədikdə isə həyəcanlanmağa səbəb yaranır və çox hallarda müdaxilə etmək üçün artıq gec olur. Belə ki, bu uşaqları müayinə etdikdə onların böyümə zonalarının artıq tam bağlı və yaxud məhdud olduğu müşahidə edilir. Belə olduqda heç bir dərman preparatı kömək etmir.
Mütəxəssislərin sözlərinə görə, Keçid dövrünə erkən girən uşaqların böyümə zonaları tez bağlanır. Misal üçün əgər əvvəllər qızlarda keçid dövrü 13-15 yaş arası başlayırdısa, hazırda bu hal orta hesabla 9-11 yaşda qeydə alınır. Bu da o deməkdir ki, belə uşaqların boy artımına daha çox diqqət yetirmək və hər hansı bir şübhə yarandıqda yubanmadan həkimə müraciət etmək lazımdır.
Bunun üçün ilk olaraq uşağın müayinədən keçərək bioloji yaşı müəyyən edilir. Belə ki, fiziki inkişaf bioloji yaşdan asılıdır. Böyümə zonalarından asılı olaraq uşaqlarda cırtdanboyluqla yanaşı, boyun həddindən artıq ucalığı da görülə bilir.
Bundan əlavə, keçid dövründə olan uşaqlarda boy və çəkiyə nəzarət edilməlidir. Normal uşaq ildə beş-altı santimetr artmalıdır. Ümumiyyətlə, uşaqlar ömürlərinin orta hesabla ilk ilində 24 santimetr, bir-iki yaş arası 12-13 santimetr, üçüncü il 8-9 santimetr və dörd-beş yaşdan yeniyetmə dövrədək ildə beş-altı santimetr artmalıdır. Keçid dövründə artıq kəskin boy artımı başlayır ki, bu zaman normal inkişaf edən uşağın boyu ildə orta hesabla 12-15 santimetr artır. Burada genetik faktorlar da nəzərə alınmalıdır.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31