Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib
28.06.2019 [09:48]
Fuad Nağıyev: Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlaması ölkəmizdə formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biridir
İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının ölkəmizdə formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, agentlik turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi üçün çalışır.
Fuad Nağıyevin sözlərinə görə, son illərdə bu sahədə kifayət qədər işlər görülüb: “Ancaq bu sahədə bəzi sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf səviyyəsindən asılıdır. İnanırıq ki, assosiasiyanın gördüyü işlər bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaqdır”.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə çıxışında turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə atılmış uğurlu addımlardan olduğunu bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmin edərək dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib: “Əsas məqsəd peşəkar və operativ yanaşmalar sərgiləmək, inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir. Turizm sahəsi özündə 50-dən artıq sektoru birləşdirən sənayedir. Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas məqsədi ümumi rifah və nəticəyə fokuslanmaq, sahibkarlar və dövlət qurumları arasında daimi və sıx əlaqələr formalaşdırmaq, möhkəm körpü yaratmaqdır. Assosiasiyanın yaradılması ilə turizm şirkətlərinin rəy və təkliflərini bildirməsinə imkan yaranacaq”.
Yeni ictimai qurumun strukturu, məqsəd və missiyası, üzvlüyə namizəd standartlarına dair məsələlərə də geniş toxunulan tədbirin ikinci mərhələsində maarifləndirici təhsil və sosial proqramların yaradılması, Azərbaycan Milli Turizm brendinin dünya turizm bazarına təşviqinə dəstək, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətinin artırılması, turizm agentlikləri arasında sistemləşdirmə və kooperasiya mövzusunda müzakirələr aparılıb.
Sonda turizm agentliklərini, sahibkarları, həmçinin KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. Turizmin inkişafı istiqamətində görülməsi planlaşdırılan işlərlə bağlı sualı cavablandıran Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib ki, Azərbaycanda dövlət reyestrinə daxil olacaq turizm şirkətlərinin sığortalanması təklif olunacaq. Onun sözlərinə görə, sığortalanan şirkətlər reyestrdə sığortası olmayan şirkətlərdən üstün olacaq və bu, kateqoriyaya bölünmədə də özünü göstərəcək. Agentlik rəsmisi əlavə edib ki, turizm şirkətlərinin sığortalanması məcburi olmayacaq: “Turist sığortalanan turizm şirkətinə daha böyük maraq göstərəcək. Bunun əsasında digər turizm şirkətləri də tədricən sığortaya önəm verəcəklər. Hazırda turizm şirkətlərinin reyestri, onların sığortalanması, sığorta fondunun yaradılması ilə bağlı işlər paralel şəkildə aparılır. Hesab edirəm ki, bu ilin sonuna qədər proses yekunlaşacaq və bir çox suallara aydınlıq gətiriləcək”.
Yeniliklərdən digər biri isə budur ki, Azərbaycanda turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm polisi yaradılacaq. Turizm polisləri turistlərə xidmət göstərəcək şəxslər olacaqlar. Turistlər ölkədə olarkən, şəhərdə gəzərkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər. Həmçinin ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün “Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.
Bundan başqa, Dövlət Turizm Agentliyi turizm sənayesinin formalaşdırılması, onlara dəstəyin göstərilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif paketi təqdim edib. Təkliflərdə vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri, hotellərlə bağlı məsələlər öz əksini tapıb.
Eyni zamanda, bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq. Reyestrə daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara bölünəcək. Daha üstün keyfiyyətlərə malik olan turizm şirkətləri daha üstün kateqoriyalar alacaqlar. Reyestrin yaradılması turizm sənayesinin inkişafı üçün tətbiq olunan mexanizmlərdən biridir. Heç bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq niyyətində olmadıqlarını deyən K.Qasımov əlavə edib ki, ölkədə turizm şirkətlərinin, turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi, onların göstərdiyi xidmət keyfiyyətinin artırılması çox vacibdir.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə bildirib ki, Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək. Onun sözlərinə görə, hazırda heç də bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: “Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur, ancaq regionlarda bu, var”.
K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Hotellər Assosiasiyasının üzvü olduğu üçün hotellər həmin qurumun standartlarına uyğun şəkildə ulduz alacaq. Ulduzlar verilən hotellərdə açıq və gizli monitorinq aparılacaq: “Açıq monitorinq birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinq zamanı isə Avropa və Azərbaycanın Hotel assosiasiyalarının mütəxəssisləri burada gizli olaraq qonaq kimi qalacaqlar, sonradan isə monitorinqin nəticələrini təqdim edəcəklər”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

