Azad ərazilər turizmin cəlbedici ünvanına çevrilir
22.02.2025 [08:51]
Bölgədə inkişaf edən turizm sənayesi əhalinin məşğulluğuna və gəlir əldə etməsinə töhfələr verir
Prezident İlham Əliyevin Ağdam, Xankəndi və Xocalıya səfərləri çərçivəsində açılışını etdiyi və tikinti işlərinin gedişi ilə maraqlandığı mühüm infrastruktur obyektləri sırasında turizm layihələri də öz əhəmiyyətinə görə, xüsusi yer tutur. Onların sırasında Ağdamda inşası tamamlanmaqda olan “Hilton Garden İnn” hotelli bu regionun turizm sektorunun inkişafı üçün yeni imkanlar açır. Qarabağın geniş turizm potensialında özünəməxsus yeri ilə seçilən Ağdamda aparılan sürətli bərpa-quruculuq işləri, yol-nəqliyyat, sosial infrastrukturların yaradılması bu ərazilərin turizm sənayesini də hazır vəziyyətə gətirir. Ötən ilin sentyabrında qapılarını qonaqların üzünə açan “Aghdam City Hotel” turizm üçün ilk addımların əsasını qoyub. “Hilton Garden İnn” hotelinin və digər mühüm turizm obyektlərinin yaxın vaxtlarda istifadəyə verilməsi bu rayonun əvvəlki turizm şöhrətini tam bərpa edəcək.
Xankəndidə canlanan turizm sektoru
Qarabağın ən füsunkar və iqliminə görə, ən dilbər guşələrindən biri olan Xankəndidə də turizm sektoru canlanmaqdadır. Ötən ilin iyul ayında “Qarabağ” və “Palace” hotellərinin turistlərin ixtiyarına verilməsi bu şəhərin əvvəlki turizm simasının özünə qayıtmasında müjdə olub. Bunun ardınca Xandəndidə mühüm sosial, ictimai iaşə obyektləri, müxtəlif restoran, xidmət və ticarət mərkəzlərinin istifadəyə verilməsi, bölgənin şəhər sənayesinin inkişafı ilə bağlı layihələrin icrası turizm sesktorunun inkişafına öz töhfəsini verib. Prezident İlham Əliyevin bir neçə gün əvvəlki səfəri çərçivəsində istifadəyə verilən “Bulud” hoteli isə turizm arxitekturasında özünəməxsus yerini tutmaqdadır. Ağdam-Xankəndi dəmir yolunun yenidən qurulması isə bu şəhərin və ətraf bölgələrin vahid turizm zəncirində birləşməsində mühüm rol oynayacaq.
Şuşanın ecazkar turizm mühiti
Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının digər ərazilərində də turizm sənayesinin inkişafı yönündə dövlətin və özəl biznesin imkanları hesabına ardıcıl layihələr icra olunmaqdadır. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi və cəmi 2-3 il ərzində “Qarabağ” və “Xarıbülbül” hotellərinin açılışı bu şəhərin turizmin ən zəngin mərkəzinə çevrildiyini göstərir. Eləcə də Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx və Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da bu strateji məqsədə xidmət edir.
Zəngilan rayonunun Ağalı kəndində 2 ildir ki, fəaliyyətdə olan “Ağalı” hoteli azad edilmiş ərazilərdə ilk turizm obyektlərindən biri olmaqla, bölgənin ekoturizm potensialının səfərbər edilməsinə zəmin yaradıb. Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu rayona turist axını üçün əlverişli mühit yaradıb, eləcə də Zəngəzur dəhlizinin ən mühüm landşaftlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttinin və magistral avtomobil yollarının inşası Zəngilanda turizmin dirçəlişini daha da böyüdəcək.
Kəlbəcər turizmin cənnətinə çevrilə bilər
Ümumilikdə, işğaldan azad olunmuş ərazilərimiz öz füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, geniş turizm imkanları ilə bütün qonaqların diqqətini cəlb edir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və ekoturizm üçün ən münbit zonadır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. Tamamlanmaqda olan “İstisu” sanatoriyası kurort və mülaicə turizmi ilə yanaşı, xarici qonaqlar üçün ən cəlbedici münbit iqlim zonadır. Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür. Eləcə də Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın mədəniyyət salnaməsidir. Bu ərazilərdə tarixi-mədəni turizmin inkişafı üçün hədsiz dərəcədə potensiallar mövcuddur.
Bölgəyə 1 milyon turistin səyahəti gözlənilir
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub. Tədbirlər Planına uyğun olaraq bölgədə davamlı işlər görülür, turizm marşrutları hazırlanır. Eyni zamanda, yerli və xarici turistlərin artıq bu bölgəyə səfərləri üçün turpaketlər təşkil olunmaqdadır.
Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurda hər istifayə verilən turizm obyektləri yeni turist axınları üçün əlverişli qapı deməkdir. Proqnozlara görə, yaxın illərdə daxili və xarici turistlərlə birgə bu bölgəyə 1 milyon turistin səyahət edəcəyi gözlənilir. Bölgədə formalaşan dayanıqlı turizm sənayesi bu rayonlarda məşğulluğun təmin olunmasına və əhalinin gəlirinin artmasına da səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
10 Oktyabr 14:29

İqtisadiyyat
10 Oktyabr 14:27

Mədəniyyət
10 Oktyabr 14:24

YAP xəbərləri
10 Oktyabr 14:21
YAP xəbərləri
10 Oktyabr 13:30
YAP xəbərləri
10 Oktyabr 12:18

Dünya
10 Oktyabr 12:02

Gündəm
10 Oktyabr 11:50

İqtisadiyyat
10 Oktyabr 11:24

Gündəm
10 Oktyabr 11:12

Siyasət
10 Oktyabr 11:03

Gündəm
10 Oktyabr 11:01

İqtisadiyyat
10 Oktyabr 10:58

Sosial
10 Oktyabr 10:33

MEDİA
10 Oktyabr 10:15

Gündəm
10 Oktyabr 09:59

İdman
10 Oktyabr 09:56

Analitik
10 Oktyabr 09:32

Analitik
10 Oktyabr 09:14

Sosial
10 Oktyabr 08:59

Sosial
10 Oktyabr 08:25

YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14

İdman
09 Oktyabr 22:50

Dünya
09 Oktyabr 22:30

YAP xəbərləri
09 Oktyabr 22:19

Gündəm
09 Oktyabr 22:08

YAP xəbərləri
09 Oktyabr 22:02

Dünya
09 Oktyabr 21:56

Dünya
09 Oktyabr 21:33

YAP xəbərləri
09 Oktyabr 21:18

Dünya
09 Oktyabr 20:56

YAP xəbərləri
09 Oktyabr 20:37

Dünya
09 Oktyabr 20:15

Siyasət
09 Oktyabr 20:15

YAP xəbərləri
09 Oktyabr 20:07

Dünya
09 Oktyabr 19:50

Hadisə
09 Oktyabr 19:32

YAP xəbərləri
09 Oktyabr 19:16

YAP xəbərləri
09 Oktyabr 19:02

YAP xəbərləri
09 Oktyabr 18:36

Gündəm
09 Oktyabr 18:30

YAP xəbərləri
09 Oktyabr 18:06

YAP xəbərləri
09 Oktyabr 17:43

YAP xəbərləri
09 Oktyabr 17:20

YAP xəbərləri
09 Oktyabr 16:31

Siyasət
09 Oktyabr 16:30

Sosial
09 Oktyabr 16:16

Mədəniyyət
09 Oktyabr 16:08

YAP xəbərləri
09 Oktyabr 16:07

İdman
09 Oktyabr 16:05

Siyasət
09 Oktyabr 16:04

YAP xəbərləri
09 Oktyabr 16:02

YAP xəbərləri
09 Oktyabr 16:00

YAP xəbərləri
09 Oktyabr 15:58

YAP xəbərləri
09 Oktyabr 15:57

YAP xəbərləri
09 Oktyabr 15:55

Elanlar
09 Oktyabr 15:52

YAP xəbərləri
09 Oktyabr 15:20

Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42
