Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Şou / Hande Yenere niyyət, Aygün Kazımovaya qismət

Hande Yenere niyyət, Aygün Kazımovaya qismət

07.05.2012 [17:43]

Azərbaycanın xalq artisti Aygün Kazımova nəhayət ki, gizli saxladığı sürprizi açıqladı. Söhbət Türkiyənin əksər sənətçilərinə - Ajda Pekkan, Hadise, Hande Yenervə başqalarına mahnılar bəstələmiş bəstəkar-müğənni Sinan Akçılla olan işbirliyindən gedir: "Bəli, zamanı yetişdiyi üçün çalışdığım prodüser mərkəzinin izni ilə türk dilində ifa etdiyim "İkinci sen" (İkinci sən) adlı mahnım haqqında ürəkdolusu indi danışıram. Bakıda olduğum vaxtlarda qısa məlumat verib demişdim ki, Sinan Akçıl bu mahnını Hande Yenerin oxuması üçün hazırlamışdı. Amma onun niyyəti olsa da, qismət mənim payıma düşdü. Lirik notlar üzərində olan mahnımdan çox böyük uğurlar gözləyirəm. İnanın, həqiqətən, çəkdiyimiz zəhmətin, işimizin bəhrə verdiyini görmək çox sevindiricidir. İnşallah, Türkiyədə uğurlu promouşnım davan etməkdədir. Azərbaycana nə zaman qayıdacağımı hələ ki, bilmirəm", - Kazımova belə dedi. 
Məlumat üçün bildirək ki, Türkiyədə nəşr olunan bir neçə qəzet, o cümlədən internet saytları Aygün Kazımovanı "Yeni rüzgar" adıyla, həm də Azərbaycanın Divası kimi tanıdırlar. Yayımladığımız fotolardan biri "Günaydın" qəzetinin əsas səhifəsindədir. Digər şəkillərdə Aygün xanım Sinan Akçılla birlikdə elə səsyazma studiyasında görüntülənib.

Paylaş
Baxılıb: 7166 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30