Qoruyucu qalxanımız
01.03.2024 [11:20]
Məlum olduğu kimi bütün canlıların ən əhəmiyyətli və həyati orqan sistemi “İmmunitet sistemi”dir. Ancaq bu sahədə məlumatlılıq çox aşağı səviyyədədir. Məlumatlılığı artırmaq üçün ilk növbədə immunitet sisteminin ən vacib funksiyalarını öyrənmək lazımdır. Sağlam insanın ətraf mühitlə harmoniyada yaşaması üçün sağlam immun sistemi vacibdir. İmmunitet sisteminin əsas funksiyaları özünə aid olanı və olmayanı ayırd etmək və yaddaşında saxlamaqdır.
Yeri gəlmişkən, immunitetlı bağlı problemlərə insanların diqqətini çəkmək məqsədilə hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd edilir. Bu təşəbbüslə 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib.
İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sistemin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Ona görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Tədqiqatçıların hesablamalarına görə, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır.
İmmuniteti necə gücləndirməli?
Xəstəliklər üçün öncədən immun sistemini gücləndirmək vacibdir. Bu barədə bir sıra tövsiyələrə riayət edərək daha güclü immunitetə sahib olmaq heç də çətin deyil.
Bəzən gündəlik qida qəbulumuza və həyat tərzimizə çox da önəm vermirik. Bu isə öz-özlüyündə yaşam standartlarımıza mənfi təsir göstərir. Bunun üçün mütəmadi olaraq vitamin qəbul etmək, vitamin qəbul edəcəyimiz qidalara üstünlük vermək və həyat tərzimizi buna uyğunlaşdırmaq vacibdir. Son günlərin araşdırmaları onu göstərir ki, D vitamini qəbulu ən güclü xəstəliklərə qarşı belə bu dəqiqəyə olan ən yaxşı müdafiə vasitəsidir. Təbii ki, C vitamini də orqanizm üçün vacibdir.
Qeyd edək ki, D vitaminini qəbul etməyin ən əyləncəli üsulu isə günəş altında gəzinti və idmandır. Günəşdən alınan vitamin demək olar ki, ən təbii yolla alınan vitamindir. İdman isə avtomatik insanı fiziki hazırlıqlı və sağlam vəziyyətə gətirəcək. Fiziki sağlamlıq üçün edilən hər şey isə birbaşa immunitetin də güclü olmasına gətirib çıxaracaq. Bu, bir növ sağlamlıq zənciridir və buna doğru atılan ən kiçik addım belə digər addımın atılmasında böyük rol oynayır.
Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Beyin və bütün digər orqanlar dincəlmək istəyir. Bu mənada yuxu rejiminin pozulması özü ilə birlikdə silsilə problemlər yaşada bilər.
Digər şərtlərdən biri yaxşı qidalanmadır. Xüsusilə, səhər yeməyi bütün günü formalaşdırır. Bu, günün ilk yeməyidir və orqanizm gün ərzində ehtiyac duyduğu enerjini məhz səhərlər qəbul etdiyi qidalardan alır. Səhər yeməyinin üstündən keçdiyimiz təqdirdə sonrakı saatlarda nə qədər güclü və sağlam qidalansaq da, ac qaldığımız həmin müddətdə immunitet zəifləməyə başlayır.
Meyvə və tərəvəzlər tərkibində beta-karoten, C, E vitaminləri və dəmiri ehtiva edir ki, bunlar da güclü immun sistemi üçün mütləqdir. Odur ki, soyuducuda qalan və çox vaxt son seçim olaraq saxlanan meyvə-tərəvəzi ilk seçim halına gətirmək lazımdır.
Bir sözlə, hər zaman tempi qorumağa çalışmaq və həyat tərzinə daha diqqətlə yanaşmaq immun sistemini qorumağa kifayətdir.
G.QABİLQIZI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

