Əhaliyə çağırış!
12.01.2024 [11:05]
Səhiyyə Nazirliyi vaksinasiyanı tövsiyyə edir...
Havaların kəskin soyuması ilə respirator viruslara, xüsusilə qripə yoluxanların sayı artıb. Son günlər ölkəmizdə həm uşaqlar, həm böyüklər arasında qrip sürətlə yayılmaqdadır. Bir çox hallarda ağırlaşma ilə müşahidə olunan bu xəstəlik əhali arasında narahatlığa səbəb olub.
Məlumat üçün bildirək ki, qrip “İnfluenza” adlı viruslar tərəfindən törədilən yoluxucu xəstəlikdir. Yüksək hərarət, şiddətli əzələ və oynaq ağrıları, halsızlıq, baş ağrısı, quru öskürək və s. kimi günlük həyat fəaliyyətinə ciddi təsir edən şikayətlərlə müşahidə olunur. Qripə səbəb olan influenza virusunun A, B, C tipləri var. C tipi insanlarda xəstəlik törətmir. A tipi daha yüngül gedişlidir. B tipi isə uşaqlarda daha çox görülür. Xəstəlik insanların tənəffüs sekresiyalarının sağlam insanlara yoluxması nəticəsində yayılır. Xəstəliyin gizli dövrü 1- 3 gündür. Qrip xəstələri simptomlar başlamazdan 1 gün əvvəl xəstəliyi digər şəxslərə yoluxdurmağa başlayırlar və təqribən 5 gün yoluxduruculuq davam edir. Uşaqlarda yoluxduruculuq isə 10 günə qədər uzana bilər.
Dünyada qrip əleyhinə peyvənd olunmaq xəstəliklə mübarizənin əsas üsullarından biridir. Ötən gün Azərbaycan Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib. Nazirlikdən verilən məlumata görə, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.
Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir.
Bu şəxslər mütləq peyvənd olunmalıdır...
Nazirlikdən bildirib ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir: “Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər”.
15 mindən çox şəxs...
TƏBİB-in məlumatına görə, 2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb: “Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir”.
50 yaşdan yuxarı insanlar...
İnfeksionist Vüqar Cavadzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qrip vaksini hər zaman insanlar üçün tövsiyə olunur: “Uşaqlara bu vaksin 6 aylığından vurulur. 5 yaşından yuxarı uşaqlar və 50 yaşından yuxarı insanlar üçün isə mütləq tövsiyə edilir. Əsasən də, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanların qripi vaksinləri vurdurması vacibdir”.
Vaksinin qoruyuculuğu 70-90 - faizdir...
İnfeksionistin sözlərinə qrip virusu hər il dəyişir. Buna görə də vaksinlər hər il əvvəlki ildə ən çox yayılmış qrip virusuna görə Ümumdünya Səhiyyə Təşkilatının məsləhəti ilə hazırlanır: “Bu səbəbdən dolayı vaksinasiya əks göstəriş olmadığı təqdirdə hər il aparılmalıdır. Vaksin sayəsində xəstəliyin ağırlaşmalarının qarşısı alınır. Qeyd edək ki, vaksinin qoruyuculuğu 70-90- faizdir.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

