Qızılca sürətlə yayılır…
07.12.2023 [13:37]
Nə etməliyik?
Y.SAHİB
Son zamanlar ölkəmizdə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Daha çox uşaqlar arasında yayılan bu xəstəliklə bağlı ölüm hallarına da rast gəlinib. Mütəxəssislər xəstəlik zamanı həkim müayinəsinin mütləq olduğunu qeyd edirlər. Qızılcanın pnevmaniya, vaskulit, otit və s. kimi ağırlaşmaları var. Buna görə də xəstəliyin ilkin əlaməti müşahidə edilən kimi xəstə həkim nəzarətinə götürülməlidir. Buna baxmayaraq, bəzi valideynlər həkimə müraciət etmədən məsələyə ötəri yanaşırlar. Onlar dədə-baba üsulu ilə xəstəliyin qarşını almaq istəyirlər.
Tibb işçiləri qızılcanın sürətlə yayılmasını peyvəndləmə prosesinin azalması ilə əlaqələndirirlər. Belə ki, COVİD-19 pandemiyası zamanı əhali arasında vaksinlərə qarşı mənfi fikir yaranmışdı. İnsanlar vaksinlərin xeyrindən çox zərərinin olduğunu düşünüb peyvənd olunmaqdan yayınırdılar. Valideynlərin bəzisi peyvənddən sonra övladlarında müxtəlif xəstəliklərin yaranacağını düşünürlər. Ona görə də son zamanlar bir çox xəstəliklərə, xüsusilə qızılcaya qarşı peyvəndlərin vurulması kəskin şəkildə azalıb. Bunun fəsadları isə günümüzdə konkret faciələrlə təzahür edir…
10 yaşadək uşaqlar…
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub: “Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”.
Qızılca hansı problemlər yarada bilər?
Qızılcanın səbəb ola biləcəyi problemlər aşağıdakılardır:
-Sətəlcəm
-Meningit
-Korluq
Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.
Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.
Xəstə ilə təmas olarsa…
Pediatr Ramilə Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qızılca xəstəsi olan uşaqla təmasda olan insanlar 72 saat ərzində peyvənd edilməlidir: “Evə yad adamlar gəlməməlidir. Uşaq ayrı otaqda qalmalı və otağa baxıcıdan başqa heç kim daxil olmamalıdır. Otaq havalandırılmalı, rütubət səviyyəsinə diqqət yetirilməli və otağa günəş işığı düşməlidir. Xəstəyə qulluq edən şəxslər maskalardan istifadə etməlidirlər. Xəstə kök, portağal və yumurta kimi A vitamini ilə zəngin ərzaqlarla qidalanmalıdır”.
Peyvənd ən təsirli qorunma üsuludur…
Pediatrın sözlərinə görə,qızılcadan qorunmağın ən təhlükəsiz və təsirli yolu peyvənd olunmaqdır: “Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur. Peyvənd qızılca virusuna yoluxmuş insanlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır”.
Həkim qeyd edib ki, peyvənd, əsasən uşaqlıq dövründə və iki dozada tətbiq edilir: “Birinci doza uşaq 12-15 aylıq ikən, ikinci doza 4-6 yaş arasında vurulur. Çox təəssüflər ki, uzun illərdir vaksinasiya ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşıb. Heç bir valideyn uşağını peyvənd etdirmək istəmir”.
Bu fikirlərə aldanmayın…
Həkim qeyd edib ki, xəstəlik hər kəsə eyni cür təsir etmir: “Əsasən də poliomelitə qarşı vurulan peyvəndlər daha əhəmiyyətlidir. Hətta bu xəstəlikdən əl və ayaqlarda iflic yarana bilər. Alimlər, tədqiqatçılar uzunmüddət vaksinlər üzərində işləyib. “Mən qızılcaya görə peyvənd olunmamışdım və çox da rahat keçdi” kimi fikirlərə aldanmaq olmaz. Çünki hər orqanizm individualdı. Hər bir insan eyni xəstəliyi fərqli tərzdə keçirir. Bir həkim kimi tövsiyyə edərdim ki, fizioloji xəstəliklərə qarşı vaksinasiya olunsunlar”.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25

