Taksi qalmaqalları...
31.10.2023 [11:20]
Sürücülər niyə tibbi müayinədən keçmirlər?
Y.SAHİB
Son zamanlar taksi sürücüləri ilə bağlı şikayətlər durmadan artır. Bəziləri sürücülərin kobud, xoşagəlməz rəftarlarından narazılıq edir, bəziləri kartla ödəniş etdiyinə görə taksi sürücüsünün lüzumsuz etirazından gileylənirlər. Müştəri ilə bazarlıq etməyə çalışan, əlavə ödəniş tələb edən, istədiyini almayanda sərt təpki göstərən sürücülərin də sayı günü-gündən artır.
Məsələ nə qədər gündəmə gətirilsə də, təəssüf ki, müsbət bir irəliləyiş yoxdur. Məlum olduğu kimi, bu yaxınlarda taksilərin qiymətində dəyişiklik edildi. Belə ki, “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərində minimal qiymət 2,50 manat təşkil edir. Lakin qiymətlər qalxsa da keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Yenə də keyfiyyətsiz xidmət, sürücülərin özbaşınalığı, yüksək sürətlə təhlükəli manevrlər etməsi hallarına rast gəlirik. Ən pis hal isə budur ki, taksi sürücüsü işləmək istəyənlər asanlıqla şirkətdən qeydiyyatdan keçərək işə başlayırlar. Onlardan lazım olan tibbi müayinələr, psixi sağlamlıq haqqında kağızlar tələb edilmir. Əks halda taksi sürücüləri ilə bağlı şikayətlər səngiyərdi. Görünən odur ki, aidiyyəti qurumların bu sahəyə nəzarəti ürəkaçan səviyyədə deyil. Ümumiyyətlə, taksi şirkətlərinə hansısa bir nəzarəti və ya tənzimləmə həyata keçirən qurum varmı?
Həvəskar və peşəkar sürücülər...
Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, taksi daşımalarına ümumi bir formada nəzarət mexanizmi yoxdur: “Sürücülər iki kateqoriyaya bölünürlər - həvəskar və peşəkarlar. Həvəskarlar öz şəxsi maşınlarından istifadə edərək, taksi xidməti göstərirlər. Peşəkar sürücülər isə müəyyən müəssisələrdə təyinatlı nəqliyyatda, ictimai xarakter daşıyan avtobuslarda xidmət göstərirlər. Onlara ümumi bir formada nəzarət mexanizmi yoxdur. Bu nöqteyi-nəzərdən taksi sürücüləri müxtəlif xarakterli, peşəkarlığı olmayan, bir qədər aqressiv və öz peşəsində müəyyən təcrübəsi olmayan adamlardan ibarətdir”.
Taksilər müxtəlif firmalara məxsusdur...
F.Eyyubov qeyd edib ki, taksi daşımalarında standart vəziyyət yaradılmalıdır: “Taksi daşımaları hazırda Bakı şəhərində problemdir. Bunun mərkəzi yoxdur. Əvvəllər Bakı Nəqliyyat Agentliyi (BNA) nəzarət edirdi. İndi isə nəzarət edə bilmir. Taksilər müxtəlif firmalara məxsusdur.
Taksi sürücüləri şəhəri yaxşı tanıyan, ünsiyyəti bacaran, peşəkar, aqressiv olmayan, yol-hərəkət qaydalarını bilən olmalıdırlar. Sağlam düşüncəli insanlar olmalıdırlar. Tam bu keyfiyyətlərə cavab verən taksi sürücüləri yox dərəcəsindədir”.
İdarəetmə mexanizmləri olmasa...
Ekspertin sözlərinə görə, nəqliyyat vasitələrinin durumu daşımaların keyfiyyətinə təsir edir: “Təhlükəsizlik təmin edilməli, qapıların açılıb-bağlanması rahat olmalıdır. Bunların heç biri yoxdur. Ona görə də belə hallar baş verir. Həmişə də olub, yenə də olacaq. Nəzarət, idarəetmə mexanizmləri olmasa, bu məsələləri yerinə yetirmək çox çətin olar”.
Tibbi müayinələri tələb etməliyik...
Qeyd edək ki, avtobus sürücüləri hər gün müvafiq olaraq tibbi müayinələrdən keçirlər. Taksilər də ictimai nəqliyyat hesab olunur. “Nə üçün taksi sürücüləri tibbi müayinələrdən keçmir?” sualına gəlincə, ekspert bu sözləri deyib: “Son vaxtlar narkotik və psixotrop maddələrdən istifadə edən şəxslərin taksi sürücüsü kimi fəaliyyət göstərməsi faktlarının üzə çıxması bu sahədə ciddi boşluqların olduğunu göstərir. Əslində “Avtomobil Nəqliyyatı haqqında qanun”da və Nazirlər Kabinetinin qərarında var ki, taksi sürücüləri hər gün tibbi müayinələrdən keçməlidirlər. Sürücülərin tibbi müayinələrdən keçməməsi nəqliyyat sektorundakı ciddi problemlərin göstəricisidir. Ona görə də psixoloji durumu yerində olmayan, narkotik vasitələr və spirtli içki aludəçiləri mövcud durumdan istifadə edirlər. Bütün bunlar yollarda qəza riskini qaçılmaz edir. Ölkəmizdə təxminən 80 min civarında taksi fəaliyyət göstərir. Onların 60 mindən çoxu Bakı şəhərindədir. Bakıda bütün tibb müəssisələrini bir araya yığsaq, onlar 60 mindən çox sürücünü hər gün tibbi müayinədən keçirmək gücündə deyillər. Müvafiq qaydalar müəyyənləşməlidir və sürücülərdən fərdi şəkildə müayinələrdən keçməyi tələb etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

