Reinteqrasiya prosesləri çərçivəsində...
04.10.2023 [11:30]
Erməni sakinlər də sosial dəstək tədbirlərindən bəhrələnəcəklər
M.ABDULLAYEV
Azərbaycanın sentyabrın 19-da başladığı və cəmi bir gün ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi, eləcə də Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına başlanılması üçün əlverişli zəmin formalaşdırıb. İndiyədək erməni sakinlər separatçı rejimin girovluğunda qalmışdılar. Artıq bu rejim özünü buraxıb. Hazırda Qarabağ bölgəsində erməni hərbi birləşmələrinin tərkisilah edilməsi prosesi uğurla davam etdirilir. Paralel şəkildə reinteqasiya məsələlərinin həllinə başlanılıb. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Bəhs olunan görüşlərdə Azərbaycanın hazırladığı reinteqrasiya proqramı erməni sakinlərinin nümayəndələrinin diqqətinə çatdırılıb. Həmin proqramın mühüm istiqamətlərindən biri sosial sahə ilə bağlıdır. Görüşlərdə erməni sakinlərin nümayəndələrinin diqqətinə çatdırılıb ki:
-Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunurlar,
-Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir,
-Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.
Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdan və burada yaşayan sakinlərin sosial ehtiyaclarının qarşılanması məqsədilə bir sıra təşviq mexanizmləri işə salınıb. Məsələn, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Bundan ötrü şəxsiyyət vəsiqəsi ilə müraciət ünvanlamaq kifayətdir.
Qeyd edək ki, bu dəstək mexanizmi Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan sosial məzmunlu tədbirlərdən biridir. “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında çalışan işçilər ala biləcəklər.
Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan sosial güzəştlərin əhatə dairəsi kifayət qədər genişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərinin, bir sıra güzəştlərin tətbiqini nəzərdə tutur. Onların sırasına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması, hər il 5 gün əlavə məzuniyyət verilməsi, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, əmək miqrasiyası sahəsində bir sıra güzəştlər daxildir. Sosial məzmunlu bu güzəştlər, həmçinin Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən erməni sakinlərinə də şamil oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09

