Son 8 ayda...
28.09.2023 [11:10]
350 milyon manat ipoteka verilib
Şərtlər sadələşdirilir!
Son zamanlar ipoteka kreditlərinin əldə edilməsi ilə bağlı şərtlər sadələşib. Bu, mövcud olan statistik rəqəmlərdə də özünü göstərir. Belə ki, bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 349,6 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 41,2 % artaraq 312,2 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 41,9 % artaraq 220 milyon manata çatıb. Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 65,7 milyon manata düşüb.
Əvvəllər 12 ay, indi isə...
Dövlət xəttilə verilən ipoteka kreditlərinin sayının çoxalması barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb. Onun sözlərinə görə, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə indi bu rəqəm 6 ayadək azaldılıb: “Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alınır. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımızın yalnız son 8 ayda iş fəaliyyəti varsa onun gəlirləri cəmlənərək 8-ə bölünür. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər”.
Xarici valyuta gəlirləri də nəzərə alınır
İqtisadçı qeyd edib ki, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə bilir: “Düşünürəm ki, şərtlərin sadələşdirilməsi məhz ipoteka kreditinə müraciət edənlərin sayına təsir göstərib. Eyni zamanda, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirlər nəzərə alınır. Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilir. İpoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasına da ehtiyac var. Düşünürəm ki, zaman-zaman bu istiqamətdə də mühüm addımlar atılacaq”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

