Günvurmadan necə qorunmalı?
11.08.2023 [11:29]
Risk qrupları, tövsiyələr
Günel ABBAS
Bir neçə gündür ki, ölkədə, xüsusən də paytaxt Bakıda anomal istilər müşahidə olunmaqdadır. Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.
Təbii ki, kəskin istilər müşahidə olunduğu müddətdə günvurmalar qaçılmazdır. Artıq yay mövsümü başlanandan 16 nəfər günvurma ilə əlaqədar olaraq paytaxtın təcili yardım stansiyalarına müraciət edib. Bəs günvurma nədir? Ondan qorunmağına yolları hansılardır?
Günvurmanın əlamətləri:
- zəiflik, qızarmış sifət
- başağrısı
- başgicəllənmə
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması
- təngnəfəslik, nəbzin tezləşməsi
Bu saatlarda çölə çıxmayın!
Son günlər anormal istilərin hökm sürdüyünü bildirən həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a söyləyib ki, insanların saat 12:00-dan 17:00-dək havaya çıxması təhlükəlidir, çünki məhz bu saatlarda günvurma ehtimalı daha yüksək olur: “Bu saatda dənizə də girmək düzgün deyil. Həmin saatlarda dənizə girən insanlar günvurma ilə üzləşə bilərlər. İstinin ölümlə nəticələnməsi oksigen çatışmazlığı ilə bağlıdır. Ona görə də belə havalarda həyati təhlükədən uzaq durmaq üçün oksigen bol olan məkanlara getmək lazımdır. Havaların kəskin isti keçməsi nəticəsində bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar, məsələn, ürək və böyrəklər öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayır. Nəticədə günvurma yaranır. Bəzən günvurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə vaxt keçirmək də kifayət edir”.
Həkim vurğulayıb ki, günvurma zamanı başgicəllənməsi olur: “İnsanlar bilməlidirlər ki, istilərə adi yanaşmaq olmaz. Günvurma zamanı ürəkbulanması, qusma, başağrısı, başgicəllənməsi baş verir. Bəzi hallarda görmədə problemlər də yaranır. İsti vuran xəstə dərhal sərin və hava axını olan bir yerə aparılmalıdır. Qətiyyən içməsi üçün maye verilməməli və xəstəxanaya çatdırılmalıdır.
Huşunu itirən şəxsi isə başını aşağı salıb, ayaqlarını bir az qaldırmaq vacibdir. Gicgahlara soyuq kompress qoymaq, buruna naşatır iylətmək lazımdır. Astaca xəstənin yanağını şillələmək və qulaq ətini masaj etməkdə də fayda var. Huşu özünə qayıtdıqdan sonra şirin çay vermək lazımdır. İsti vurma zamanı sözügedən şəxsə heç bir halda spirtli içki, tünd çay və ya qəhvə vermək olmaz. Çünki bu mayelər isti vuran şəxsin vəziyyətini daha da pisləşdirə və ürək fəaliyyəti pozuntularını artıra bilər.”.
R.Nəbiyevin sözlərinə görə, günvurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, spirtli içki, yuxu dərmanları qəbul edənlər, zəif qidalananlar məruz qalırlar.
Soyuq qidalar təhlükəlidir
Həkim qeyd edib ki, qızmar istilərdən əziyyət çəkənlər uşaqlar və 50 yaşdan böyük insanlardır: “Baxıma ehtiyacı olanlar, hamilə qadınlar ehtiyatlı olmalıdırlar. Onlar tez-tez duş almalıdırlar. Bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və boyun soyuq su ilə isladılmalıdır. İnsanlar gün ərzində maye qəbul etməlidirlər. Çünki spirt və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndə daha çox maye itkisinə gətirib çıxarır. Yeməklərə gəldikdə isə qaynadılmış yeməklərə üstünlük verilməsi daha məsləhətlidir”.
Qan-damar sistemində, təzyiqlərində problemi olanlar üçün isti havaların daha təhlükəli olduğunu deyən R.Nəbiyevin sözlərinə görə, isti hava ürək xəstələrinin damar genişlənməsi üçün yaxşıdır: “Soyuq qəbul edilən qida və mayelər mədə-bağırsaq sistemində problem yaradır və mədə üçün təhlükəlidir. Qızartma və ədviyyatlı yeməklərdən uzaq durmaq lazımdır. İnsanlar çalışmalıdır ki, olduqları yeri mütəmadi havalandırsınlar və ventilyasiyası olan yerlərdə qalmağa çalışsınlar”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

