Hansı suları içək?
24.06.2023 [11:38]
Qazlı, qazsız, yoxsa...
Yeganə BAYRAMOVA
İnsan orqanizminin yarıdan çox hissəsinin sudan ibarət olması hər kəsə məlumdur. Suya olan tələbatı ödəməyin ən asan yolu isə gün ərzində çoxlu su içməkdir. Bəzən çox su içmənin faydaları haqda daha çox danışılır. Xüsusilə isti havalarda suya tələbat artır. Amma sudan həddindən artıq istifadə xoş nəticələr vəd etmir. Belə ki, çox su qəbul etdikdə orqanizmdəki faydalı vitamin və mikroelementlər yuyulub aparılır. Bundan başqa, zülalın aşağı düşmə riski də ortaya çıxır. Xüsusilə, yay aylarında soyuq qazlı suları içmək insan orqanizmi üçün hansı perspektiv yaradır - bunun xeyri və ya ziyanı nə dərəcədədir? Eyni zamanda gün ərzində içiləcək su miqdarının norması nə qədər olmalıdır? Hansı suları içək ki, sağlamlığımıza zərər dəyməsin?
Qeyd edək ki, qazlı içkilərin saxlanma müddəti gün düşməyən, sərin yer olmaq şərtilə 30 gün-6 aydır. Diabet xəstələri üçün içkilər və süni mineral suları 15 gün, bütün növ düşes limonadları 20 gün, təbii mineral suları 4 ay-1 il, meyvə şirələrini 1 il, qazlı içki konsentratlarını 2 il, meyvə nektarlarını 9 ay saxlamaq olar.
Günlük norma...
Diyetoloq Şəhla Cabbarlı mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, təbii qazlı və qazsız mədən suları tərkibindəki minerallar baxımından yüksək faydalara sahibdir. Diyetoloq qeyd edib ki, insanlar gün ərzində içilə biləcək su miqdarını dəqiq bilməlidirlər ki, sağlamlıqları risk altına düşməsin: “Orqanizmdə suyun çoxluğu qan-damar və sidik sistemlərinə mənfi təsir göstərə bilər. Hər bir insanın gündəlik olaraq 2,5 litr suya ehtiyacı var. Bu ehtiyacın 1 litrini insan qidalardan əldə edir. Qalan 1,5 litr su isə sərbəst formada bədənə daxil olmalıdır. Maye qəbul edərkən onun keyfiyyətinə nəzarət etmək də önəmli faktorlardan biridir”.
Ən vacib minerallar
Ş.Cabbarlı suyun tərkibindəki minerallardan ən önəmlilərini də diqqətə çatdırıb: “Kalsium, maqnezium, florür, sodium, potasium, kükürt, dəmir ən vacib minerallar hesab olunur. Bu minerallar orqanizmi yüksək kalsium və flüor sayəsində sümük ərimələrindən, diş səthi zəifliyindən qoruyur. Keçmiş zamanlarda insanların daha sağlam olma səbəblərindən biri təbii mədən suları içmələrindən irəli gəlirdi. Sodium qan təzyiqini yüksəltdiyi üçün qan təzyiqi aşağı olan insanlara məsləhət görülür. Əgər yüksək təzyiqiniz varsa, bu sulara limon suyu əlavə edərək içmək məsləhətdir. Eyni zamanda, heç bir təzyiq problemi olmayan yetkinlik çağı uşaqların və hamilələrin də təbii mədən suyu içməsi faydalıdır. Həzimsizlik, bulantı problemləri zamanı ən yaxşı içki kimi məhz bunları göstərmək olar”.
Diyetoloq vurğulayıb ki, dünyada ən çox mədən sularının istifadəsi idmançıların qəbulu üçün önəmli görülür: “Məşq zamanı tərlə birgə itirilən yüksək mineralların böyük bir qismi 250-500 ml mədən suyu ilə bərpa edilə bilər. Ancaq qazlı mədən suları yarışlar öncəsi qaz yarada bilmə riski formalaşdırır. Bu mənada qazsız və ya az qazlı mədən suları istifadə edilir”.
Bütün mədən suları faydalı deyil
Ş.Cabbarlının sözlərinə görə, sadalanan faydalar bütün mədən sularına şamil edilmir: “Şüşə qablardakı mədən suları mineral tərkibini itirmir. Fikir versəniz, şüşə qablardakı mədən sularının əksəriyyətinin qablarının rəngi tünd olur. Bu, Günəş şüası ilə təmasda mineral itirilməsini minimuma endirmək məqsədi daşıyır. Mineral sular böyrək xəstəlikləri, ən çox da dializ xəstələri üçün böyük risk yaradır”.
İnsult ola bilərsiniz
Diyetoloq qeyd edib ki, aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir: “Üstəlik, qazlı su diabet xəstələrində şəkərin miqdarının artması təhlükəsi yaradır. Bu səbəbdən orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, qatqısız və rəngsiz su içməkdir”.
Bu sular yaddaşı zəiflədir
Ş.Cabbarlının sözlərinə görə, çoxları gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən xəbərdar deyil: “Gündə 1 şüşə qazlı su içmək, xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər”.
Plastik qablardakı sular ikiqat ziyanlıdır
Şirin qazlı içkilərin orqanizmə zərərli təsirinin daha çox olduğunu bildirən diyetoloq qeyd edib: “Xüsusilə də sintetik qablarda olan istər rəngli, istərsə də rəngsiz qazlı içkilərin uzun müddət saxlanılması orqanizmə mənfi təsir göstərir. Plastik qabların tərkibindəki bəzi kimyəvi materiallar suyun tərkibinə keçərək orqanizmə ikiqat ziyan vurur”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

