Sağlamlığımızın keşikçiləri...
17.06.2023 [10:44]
Tibb işçilərinin peşə bayramıdır
Yeganə BAYRAMOVA
Səhhətimizdə kiçik bir narahatlıq hiss etdikdə sağlamlığın həyatımızda nə qədər böyük önəm daşıdığının fərqinə varırıq. Şəfa tapmaq ümidilə qapısını döydüklərimiz isə təbii ki, sağlığımızın keşiyini çəkən şərəfli peşə sahibləri-tibb işçiləridir. Sahib olduğu peşəni ləyaqətlə davam etdirən tibb işçilərinin nə qədər müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Ən adi bir şikayətdən tutmuş ciddi cərrahi müdaxiləyə qədər şəfalı əllərinə ehtiyac duyduğumuz bu ali sənət sahiblərinə nə qədər təşəkkür etsək, yenə də azdır...
Bu gün tibb işçilərinin peşə bayramıdır. Ümummilli liderin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edildi. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanıldı.
Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Zərifə Əliyeva, Əziz Əliyev, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.
Səhiyyəmiz böyük inkişaf yolu keçib. Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarılması üçün lazımi imkanlar yaradılıb. Ölkəmizdə yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Ölkəmizin tibb işçiləri koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Onların birgə səyi ilə ölkəmizdə infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb.
Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Onların həmişə bir şüarı və mübarizəsi olub: “Təki xəstə yaşasın, həyata qayıtsın!”. Bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər. Bütün çarəsizliklərə çarə sizsiniz! Gününüz mübarək...
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24

