Ədalətli resurs bölgüsü
11.04.2023 [10:17]
Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzində
MÜBARİZ
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu sırada şəhid ailələri və qazilər də yer alırlar. Ruhları daim bizimlə olan şəhidlərə və torpaqlarımız uğrunda gedən döyüşlərdə müəyyən bədən xəsarəti almış qazilərə Azərbaycan cəmiyyətində böyük ehtiram bəslənilir. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı müxtəlif istiqamətləri əhatə edir.
Şəhid ailələrinə və qazilərə yeni mənzillər verildi
Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.
Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi planlaşdırılır. Bu proqramın əhatə dairəsi getdikcə genişlənir. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Müzəffər Ordumuzun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizdə bəlli kateqoriyadan olan insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. Dövlət başçısının göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq.
Bir qədər bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və qazilərə cari ildə mənzillərin verilməsinə yaxın vaxtlarda başlanılacağının anonsunu etmişdi. Artıq 2023-cü ildə ilk belə tədbir baş tutub. Aprelin 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Bu barədə “Yeni Azərbaycan”a nazirlikdən məlumat verilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramının icra olunduğunu bildirib.
Mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqlarını xüsusi vurğulayıblar. Onlar sosial məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, o cümlədən də müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi
Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sənədə əsasən, nəzərdə tutulan dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin 2022-ci illə bərabər, 2023-cü ildə də formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur. Qeyd olunan tədbirlərə həmin kateqoriyalara aid vətəndaşların mənzil və fərdi evlə, reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi daxildir.
Məlumat üçün bildirək ki, dövlət başçısının 2021-ci il 18 may tarixli Fərmanı ilə dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Fərmanda dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

