Gənclər iş tapmaqda niyə çətinlik çəkirlər?
31.03.2023 [10:50]
Uğurlu karyera üçün...
Gənclik insan həyatının elə bir mərhələsidir ki, o, uşaqlığı geridə qoymaqla yanaşı, fikirlərin və planların reallığına nail olmasına çalışan bir yetkini formalaşdırır. Həyatın bu dönəmində gənclər seçimlərlə üzləşir. Onlar üçün təhsil, peşə, dünyagörüşü kimi əhəmiyyətli mövzularda qərarların verilməsini tələb edən bir proses başlayır. Bu seçimlər əsasında gənclər işə ilk addımlarını atarkən sevdiyi peşəni seçərək karyerasına doğru ilk addımlarını atır. Lakin peşə seçmək və işdə karyeranı yüksəltmək, özünün imicini formalaşdırmaq bir qədər çətin və zəhmətli işdir. Bunun üçün öncəliklə planlı və məsuliyyətli olmaq lazımdır. Gənclərin iş həyatlarını planlaşdırdıqları zaman nəzərə alınmalı məqam karyera hazırlığının düzgün qurulmasıdır.
Hazıra nazirlər
Gənclərin iş həyatını və karyeralarını düzgün qura bilməməyinin digər səbəbi isə aktiv həyata və çətinliklərə uyğunlaşmamağıdır. Bir çox gəncin yenicə başladığı işdən ayrılma qərarı məhz bu problemdən qaynaqlanır. İşə yeni başlayan gənc iş şərtləri ilə razılaşmır və yaxud iş rejimi ilə ayaqlaşa bilmir. Uyğunlaşmaqda problem yaşanmasının digər səbəbi isə uşaqlıq həyatından yeni ayrılan gənc işçilərin rahatlığa və komforta, eyni zamanda, qayğısız yaşamağa alışmasıdır.
Təcrübə yoxdursa, iş də yoxdur...
İş prosesində gənclərin qarşılaşdığı digər bir problem də var. Bu isə müsahibə zamanı iş təcrübəsinin olub-olmaması barədə verilən sualdır. Universiteti yeni bitirən gənclərin bir çoxunun iş təcrübəsi olmadığından işə müraciətləri cavabsız qalır. Onda belə bir sual bizi maraqlandırır: gənclik iş təcrübəsinə harada yiyələnsin?
Gənclərin üzləşdikləri problemlə bağlı suallarımızı cavablandıran Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi Şahin Sərdarlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, bu gün şirkətlərin əsas tələbi təcrübədir : “Yeni universitet bitirən gənclər isə təcrübəni haradan və necə əldə edəcəklərini bilmirlər. Əksər hallarda təcrübə toplamağa da can atmırlar. Şirkətlər təcrübəli mütəxəssis axtarışında, gənclər də iş axtarışındadırlar. Böyük bir kadr boşluğu var. Bu gün təcrübə proqramları mövcud əmək bazarına əsasən çox aşağı səviyyədədir. Çünki şirkətlər təcrübəçi qəbul etməyə və onları işə hazırlamağa maraq göstərmirlər. Bu da gənclərin iş tapmasına əngəl yaradır. Ölkəmizdə peşəkar inkişaf və işə hazırlıq mərkəzlərinə çox ehtiyac var”.
Təhsildən çox bacarıq lazımdır
İşə qəbul zamanı təhsilin bir o qədər də vacib olmadığını qeyd edən Şahin Sərdarlı diqqətə çatdırıb ki, işə qəbul şəxsin öz bilik və bacarıqlarından asılıdır: “ Əgər bir şəxs işə hazırlaşıbsa və işi yaxşı səviyyədə icra edə bilirsə, onun iş tapmasında hər hansı bir problem yaranmayacaq. Ali və ya orta təhsil məsələsinə gəldikdə isə, bu, mövcud vakansiyalardan asılıdır. Bir çox vəzifə üçün xüsusi təhsil forması tələbi qoyulmur. İlk növbədə işə hazırlaşmaq lazımdır. Baxmaq lazımdır ki, şəxs özünü mövcud sahədə tapa bilirmi? “Mən kiməm? Mən nə istəyirəm?” Mövcud vəzifə üzrə hansı boşluqlarım var?” suallarının cavabını tapmadan karyera qurmaq sevdasına düşmək olmaz. Şəxsin tələbə və məzun olmasından asılı olmayaraq işə hazırlaşmağı lazımdır. Təcrübə bu gün əmək bazarında ciddi önəm kəsb edir. Çünki şirkətlər üçün alternativlər çoxdur. Belə düşünək, müəyyən bir vakansiyaya yüzdən çox CV göndərilir. Mövcud vakansiyaya ciddi hazırlaşmaq lazımdır. Gənclər bu gün kortəbii müraciət ünvanlayırlar. Məlumatlarla tam tanış olmadan, şirkəti araşdırmadan müraciətlər çox ünvanlanır. Təbii ki, bu hallar gənclərin iş tapmalarına əngəl törədən amillərdəndir. Hətta sorğu etsəniz, yüz gəncdən yetmişinin hazır CV-si olmadığını da görərsiniz. Bir sözlə, işə peşəkar hazırlaşmalı, hər incəliyə toxunmaq və mövcud suallara cavab tapmaq lazımdır”.
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

