Humanist yanaşma...
30.12.2022 [10:35]
Pensiyaya çıxmaq daha əlçatan olacaq
Daha 59 vəzifə və peşə üzrə çalışan şəxslərə 5 il erkən pensiyaya çıxma hüququ verilib
Mübariz FEYİZLİ
Azərbaycanda sosial məzmunlu islahatların həyata keçirilməsi davamlı hal alıb. Respublikamızda insanların rifah halının daha da yaxşılaşdırılmasını, onların gəlir imkanlarının artırılmasını hədəfləyən belə islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. Dekabr ayında bu istiqamətdə növbəti addım atılıb. Belə ki, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Bəs Qanuna edilən dəyişikliklər pensiyaçılara nə vəd edir?
Pensiyaya çıxmaq imkanları genişləndirilir
Qanuna edilən dəyişikliklər ilk növbədə ölkə vətəndaşlarının pensiya hüquqlarının daha dolğun şəkildə təmin ounması və onların təqaüdə çıxmaq imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Burada əsas yanaşma ondan ibarətdir ki, pensiyaya çıxmaq vətəndaşlar üçün əlçatan və rahat olsun. Dəyişiklikləri “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.
Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ?taj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci il iyulun 1-dək hətta bir manat pensiya kapitalına malik olubsa, o, staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Bu zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab edilir. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır”.
Vüqar Bayramov əlavə edib ki, praktik olaraq, bu dəyişikliklərlə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğdə kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Növbəti pensiya amnistiyası
Müvafiq Qanuna edilən başqa bir dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Bəhs olunan dəyişikliyin mahiyyətinə aydınlıq gətirən Milli Məclisin deputatı bildirib: “Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə görə, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Yəni, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Belə məhdudlaşdırma pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır. Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin çox hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək”.
Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirildi
Prezident İlham Əliyevin tapşırığına əsasən son illər sosial sahədə aparılan islahatlar pensiyaçıların sosial müdafiəsi, pensiya təminatına əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində də mühüm addımların atılmasına imkan verib. Bu istiqamətdə növbəti addım kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavələr edilib. Siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib. Onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.
Qeyd edək ki, bundan əvvəl cari ilin iyun ayında da “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

