Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fiziki qüsur faciə deyil, mənəvi qüsurdan uzaq olaq...

Fiziki qüsur faciə deyil, mənəvi qüsurdan uzaq olaq...

03.12.2022 [11:40]

Yeganə BAYRAMOVA

Hər il dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Qətnamənin qəbul olunmasında hədəf əlillərin ictimai həyatın bütün sahələrində hüquqlarının qorunması və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlillər cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək istəsələr də, fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb təbəqəsini təşkil edirlər və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Ümummilli Liderin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.

Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.

Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı həyata keçirilən əsas işlərdən biridir. Minik avtomobili ilə təmin olunan əlillərin sayı ildən-ilə artır.

Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir. Eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.

Biz də bir vətəndaş olaraq bu gün- Beynəlxalq Əlillər günündə ətrafımızda olan hansısa əlilə baş çəkə, onun həyat və məişət şəraiti ilə tanış ola, imkan daxilində hər hansı bir problemini həll edə bilərik. Əgər gücümüz heç nəyə çatmırsa, heç olmasa onunla həmsöhbət olmağı, qayğılarını dinləməyi, dərdləşməyi bacarmalıyıq. Bunun üçün heç xüsusi bir günə də ehtiyac yoxdur. İnsanlığın zamanı, günü olmur axı.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28