Məktəb, yoxsa repetitor?
30.08.2022 [10:35]
Yeganə BAYRAMOVA
İllərdir ki, ölkəmizdə geniş vüsət almış repetitorluq son zamanlar daha da çox yayılıb. Əvvəllər sadəcə 10-11-ci sinifdə oxuyan şagirdlər repetitorlara üz tuturdularsa, artıq bir çox valideyn övladlarını birinci sinifdən repetitor yanına göndərir. Hazırda abituriyentlərin əksəriyyəti də ali məktəbə qəbul olmağın yeganə yolunu məhz repetitor hazırlıqlarında görürlər. Abituriyentlərin kütləvi şəkildə repetitor hazırlıqlarına yönəlmələri orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıyla bağlı fikirlərin yaranmasına səbəb olur.
Məlumat üçün qeyd edək ki, hazırda paytaxtda fəaliyyət göstərən repetitorların 1 aylıq ortalama qiyməti 50 manatdır. 50 manatdan hesabladıqda bir şagird 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir. Bu isə kifayət qədər böyük bir məbləğdir.
Bundan əlavə paytaxtda 100-250 manata fəaliyyət göstərən repetitorlar da mövcuddur. Yüksək qiymətlərlə fəaliyyət göstərən repetitorlar “bunker müəllim” adlandırılırlar. Bu təhsil işçiləri əsasən qəbul imtahanları testlərinin tərtib olunmasında iştirak edən və bu prosesdən xəbərdar olan müəllimlərdir.
Valideynlər arasında apardığımız sorğu zamanı da məlum oldu ki, onların əksəriyyəti orta məktəb təhsilinin keyfiyyətindən narazıdırlar.
Valideyn Təranə Səmədovanın fikrincə, repetitor hazırlıqlarına getməyən abituriyentin ali məktəbə qəbul olmaq şansı çox aşağıdır: “Ali məktəblərə hazırlaşanların böyük əksəriyyəti fərdi məşğələlərdə iştirak edirlər. Buna səbəb orta məktəbdə təhsilin keyfiyyətinin lazımi səviyyədə olmamasıdır. Orta məktəbdə fənlər zəif tədris olunduğundan, biz valideynlər də əlavə xərc çəkərək övladlarımızı repetitor yanına hazırlığa qoymalı oluruq”.
Valideyn Şəhla Haqverdiyevanın sözlərinə görə, orta məktəb təhsiliylə qəbul imtahanlarında yüksək nəticə göstərmək çox çətindir: “Repetitor hazırlığı olmadan ali məktəblərə qəbul olmaq mümkün olsa da, orta məktəb təhsiliylə imtahanda yüksək nəticə göstərmək asan deyil”.
Digər valideyn Arzu İsmayılova isə bildirir ki, abituriyentlər repetitor köməyi olmadan da ali məktəblərə qəbul ola bilərlər: “Bunun üçün 11 il ərzində davamlı təhsil almaq və çalışqan olmaq lazımdır. Birinci sinifdən yaxşı oxuyan şagird yuxarı siniflərdə təhsil alan zaman özü də başa düşəcək ki, repetitor köməyinə ehtiyacı yoxdur”.
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdəki orta ümumtəhsil məktəblərinin hər birində dərslərin keyfiyyətli olduğunu deyə bilmərik: “Düzdür, bunu bütün məktəblərə şamil etmək düzgün olmazdı. Amma son dövrlərdə repetitor fəaliyyətinin hədsiz inkişafı valideynlərin düşüncəsinə müəyyən təsirlər göstərməkdədir. Yəni valideynlər artıq özləri də razılaşırlar ki, orta ümumtəhsil məktəblərində dərslər keyfiyyətli deyil və bunun müqabilində məcbur olub ödənişli əsaslarla övladlarının təhsil almasına çalışırlar. Bu gün reallıq odur ki, ölkədə yalnız özəl təhsil müəssisələrində dərslər normal qaydada keçirilir. Lakin digər məktəblərdə təəssüflər olsun ki, eyni hal müşahidə edilmir, çünki həmin məktəblərdə təhsil verənlər mövcud sistemlə ayaqlaşa bilmir, kurikulum sistemindən geri qalırlar. Belə olduqda əlbəttə ki, valideynlər alternativ çıxış yolu olaraq repetitorlarla üz tuturlar. Lakin bu da təəssüfləndirici bir məqam deyil. Çünki konstitusiyada göstərilir ki, hər bir vətəndaşın pulsuz təhsil almaq hüququ var”.
E.Əfəndinin sözlərinə görə, ölkəmizdəki orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artmasına çalışmalıyıq: “Ancaq çox təəssüflər olsun ki, hələ buna nail ola bilmirik. Bu da vətəndaşlarda fərqli fikirlər formalaşdırır. Valideynlər məktəblərə müvafiq məbləğ ödəməlidirlər ki, onların övladlarına keyfiyyətli təhsil verilsin. Çünki bəzi müəllimlər bir az qəribə səslənsə də, məktəbdə sanki ovçu qismində daxil olurlar. Təbii ki, bu halı bütün müəllimlərə şamil etmək olmaz. Müəllimlər məktəblərdə bəzən ona görə dərs demək istəmirlər ki, onların aldıqları əmək-haqqı azdır. Aldıqları əməkhaqqı ilə dolanmağın mümkün olmadığını düşündükləri üçün repetitor kimi fəaliyyət göstərib şagirdləri öz yanına cəlb edirlər. Bu halların qarşısını almaq üçün orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini artırmalıyıq. Eyni zamanda, müəllimlər arasında konkret olaraq qayda qoyulmalıdır ki, onların müvafiq iş saatları olsun. Məsələn, müəllim saat 9-dan 5-ə qədər məktəbdə olmalı və normal dərs deməlidir. Bütün bunlara ciddi yanaşmaq lazımdır və bir qayda olaraq bu mexanizmi tətbiq etmək vacibdir. Belə olan halda təhsilin keyfiyyətini artırmaq olar. Əks halda qarşıdakı illərdə də repetitor fəaliyyətinin, pullu təhsilin daha da çoxaldığına şahid olacağıq. Orta ümumtəhsil məktəblərində imkanı aşağı olan valideynlər övladlarını repetitor yanına qoya bilmirlər, yaxud da düşünürlər ki övladı 9-cu sinfə qədər təhsil alsın, sonra subbakalavr pilləsi üzrə kollec oxusun. Bu iki kateqoriya çox azlıq təşkil edir. Digər qisim isə sırf repetitor fəaliyyətindən faydalanmağa çalışır”.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

