Xalçalarımızı kim və necə yuyur?
18.08.2022 [10:50]
Yeganə BAYRAMOVA
Əvvəlki dövrlərdə xalçaları yumaq üçün xanımlar minbir əziyyət çəkərdilər. Onun yuyulub-qurudulması az qala bir həftə vaxt alırdı. İndi isə xalçaların yuyulması üçün bir zəng bəs edir ki, bu işlə məşğul olan şirkətlər xalçaları gəlib evdən aparıb, yuyub geri gətirsinlər. Xalçaların yuyulması həm avtoyuma yerlərində, həm də bu işlə xüsusi məşğul olan şirkətlərdə aparılır. Ümumiyyətlə, son dövrlər Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərinin sayında kütləvi artım müşahidə olunur. Evlərdəki yay təmizliyini, xüsusilə də xalça təmizliyini nəzərə alan şirkətlər müxtəlif üsullarla müştəriləri cəlb etməyə çalışırlar. Bu üsullarından biri də, əlbəttə ki, endirimlərdir.
Bu şirkətdə endirim yoxdur
“Təmiz Xalı” xalça yuma şirkətindən “Yeni Azərbaycan”a bildirdilər ki, burada xalçanın kvadratmetri 3 manata yuyulur. Yetərli ölçü varsa, xalçanı Sumqayıtdan da təhvil alırlar: “Şirkətin göstərdiyi xidmətlərə yorğan-döşək, pərdə, matras, yastıq və mütəkkənin yuyulması da daxildir. Tək kreslo üçün ünvana gedilirsə, qiymət 50-60 manat civarında olur”.
Endirim yalnız xalçayadır
“Pak Xalça” şirkətində xalça gün ərzində təhvil alınaraq kvadratmetrinə görə 3 manata yuyulur. Xidmətə, eyni zamanda, divan-kreslo üzü, yorğan-döşəklərin yuyulub təmizlənməsi də daxildir: “1 nəfərlik sadə divan 50 manat, 3 nəfərlik 60 manat, 1 kreslo isə 25 manata yuyulur. Tək nəfərlik yorğan-döşəklərin xidmət haqqı 30 manat, ikinəfərlik yorğan-döşəklərin isə 50 manatdır. Xalçanın ölçüsü 30 kvadratdan çox olarsa, 10 faiz endirim olur. Sumqayıt üçün isə yol xərci tutulmur”.
“İdeal Xalça” şirkətində isə xalının bir kvadratmetrinin yuyulma qiyməti 2 manat 50 qəpiyədir: “Əgər 25 kvadratdan yuxarı olarsa, 10 faiz endirim edilir. Xidmətə sintifon yorğanlar, pərdə, divan, kreslo yuyulması da daxildir. Tül pərdələrin metri 3 manata, dekorların kilosu isə 4 manata yuyulur. Pərdə, divan və xalça yuduzdurulsa, endirim edilir”.
“Dəniz Xalı” - ın ucuz xalça yuma şirkəti
“Dəniz Xalı” şirkətindən bildirdilər ki, fəslə uyğun olaraq hazırda endirim var: “Bayramlarda da xüsusi endirimlərimiz olur. Xalçanın kvadratmetri 1 manat 95 qəpiyə yuyulur, digər vaxt isə 2 manat 50 qəpiyədir. Xalça sifariş verilən gün ünvandan götürülərək 10 günə təhvil verilir. 6 kvadratmetrdən aşağı xalçalar isə təhvil alınmır. Yuyulacaq divan-kreslonun şəkli çəkilərək şirkətin “Whatsapp” nömrəsinə göndərilməlidir. 1 nəfərlik yun yorğan-döşəklər 40 manata, 2 nəfərlik isə 60 manata yuyulur”.
Hazırda xalça şirkətlərinə tələbat çox olsa da, müştərilər bəzi hallarda xalçaların yuyulma keyfiyyətindən narazı qalırlar. Buna səbəb xalçadan pis qoxu gəlməsi, bəzi hallarda isə yaxşı yuyulmamasıdır.
“Glamour təmizlik” şirkətindən verilən məlumata görə, hər şeydən əvvəl, xalçanın ilk alındığı andan etibarən təmizliyinə diqqət edilməlidir: “Mütəmadi olaraq yuyulan bir xalça müəyyən müddət təmizliyini qoruyacaqdır. Bunun üçün ildə ən azı bir dəfə xalçaların yuyulmasını tövsiyə edirik. Evlərdə istifadə etdiyimiz xalçaların dərinliyində gözlə görülməyən bakteriyalar toplanır. Xalçanın dibində yaşayan bu bakteriyalar insan dərisi və xalçaya düşən ərzaq məhsulları ilə qidalanır. Bu bakteriyalardan qurtulmağın yeganə variantı xalçanı yaxşı yumaqdır. Ev şəraitində yuyulma zamanı həmişə istənilən nəticə əldə etmək olmur”.
Şirkətdən bildirilib ki, xalçaya bir şey tökülürsə, ən geci 2-3 həftə ərzində xalçanı yumağa vermək lazımdır. Çünki tökülən maddənin qalıqları bakteriyalar üçün sanki əla bir qidadır: “Xalça 8-10 ay əvvəl yuyulubsa, deməli bu xalça çirklidir. Ancaq xalçanın yerləşdiyi mühit ona çox təsir edir. Çox istifadə edilməyən bir otaqdakı xalça digər xalçalardan daha gec çirklənəcək. Tez-tez istifadə olunan bir xalça isə 6 ay ərzində çirklənəcək və mütləq yuyulmalıdır. Ev şəraitində bir xalçanın çirklənmiş olması göz ilə bilinməz. Ona görə də xalçanı ildə ən azı bir dəfə yumaq lazımdır. Şirkətimizdə xalçaların yuyulması zamanı antibakterial, eyni zamanda ləkələrin çıxarılması zaman effektli olan xüsusi maddələrdən istifadə edilir”.
“Xalçalar yuyulduqdan neçə müddət sonra sərilə bilər?” sualına gəlincə, şirkətdən bildirilib ki, xalçalar xüsusi metodla yuyulub dezinfenksiya edilir və qurudulur. Bu baxımdan da xalçanın tez bir zamanda istifadə üçün heç bir əngəl yoxdur: “Müştərilər bəzən xalçalar yuyulduqdan sonra pis qoxu gəlməsindən gileylənirlər. Ancaq bu, işinə ciddi yanaşmayan şirkətlərdə baş verə bilər. Pis qoxunun gəlməsinin səbəbi isə xalçaların yaxşı yuyulmaması, eyni zamanda qurudulma prosesinin lazımi qaydada aparılmamasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

