Günvurma zamanı nə etməli?
17.08.2022 [10:50]
Yeganə BAYRAMOVA
Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.
54 nəfəri gün vurub
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.
Məlumata görə, müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
Günvurmanın əlamətləri:
- zəiflik, qızarmış sifət
- başağrısı
- başgicəllənmə
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması
- təngnəfəslik, nəbzin tezləşməsi
Bu saatlarda çölə çıxmayın!
Son günlər anormal istilərin hökm sürdüyünü bildirən həkim Rauf Nəbiyev “Yeni Azərbaycan”a söyləyib ki, insanların saat 12:00-dan 17:-00-dək havaya çıxması təhlükəlidir, çünki məhz bu saatlarda günvurma ehtimalı daha yüksək olur: “Bu saatda dənizə də girmək düzgün deyil. Həmin saatlarda dənizə girən insanlar günvurma ilə üzləşə bilərlər. İstinin ölümlə nəticələnməsi oksigen çatışmazlığı ilə bağlıdır. Ona görə də belə havalarda həyati təhlükədən uzaq durmaq üçün oksigen bol olan məkanlara getmək lazımdır. Havaların kəksin isti keçməsi nəticəsində bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar, məsələn, ürək və böyrəklər öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayır. Nəticədə günvurma yaranır. Bəzən günvurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə vaxt keçirmək də kifayət edir”.
Həkim vurğulayıb ki, günvurma zamanı başgicəllənməsi olur: “İnsanlar bilməlidirlər ki, istilərə adi yanaşmaq olmaz. Günvurma zamanı ürəkbulanması, qusma, başağrısı, başgicəllənməsi baş verir. Bəzi hallarda görmədə problemlər də yaranır. İsti vuran xəstə dərhal sərin və hava axını olan bir yerə aparılmalıdır. Qətiyyən içməsi üçün maye verilməməli və xəstəxanaya çatdırılmalıdır.
Huşunu itirən şəxsi isə başını aşağı salıb, ayaqlarını bir az qaldırmaq vacibdir. Gicgahlara soyuq kompress qoymaq, buruna naşatır iylətmək lazımdır. Astaca xəstənin yanağını şillələmək və qulaq ətini masaj etməkdə də fayda var. Huşu özünə qayıtdıqdan sonra şirin çay vermək lazımdır. İsti vurma zamanı sözügedən şəxsə heç bir halda spirtli içki, tünd çay və ya qəhvə vermək olmaz. Çünki bu mayelər isti vuran şəxsin vəziyyətini daha da pisləşdirə bilər və ürək fəaliyyəti pozuntularını artıra bilər.”.
R.Nəbiyevin sözlərinə görə, günvurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, spirtli içki, yuxu dərmanları qəbul edənlər, zəif qidalananlar məruz qalırlar.
Soyuq qəbul edilən qida mədə üçün təhlükəlidir
Həkim qeyd edib ki, qızmar istilərdən əziyyət çəkənlər uşaqlar və 50 yaşdan böyük insanlardır: “Baxıma ehtiyacı olanlar, hamilə qadınlar ehtiyatlı olmalıdırlar. Onlar tez-tez duş almalıdırlar. Bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və boyun soyuq su ilə isladılmalıdır. İnsanlar gün ərzində maye qəbul etməlidirlər. Çünki spirt və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndə daha çox maye itkisinə gətirib çıxarır. Yeməklərə gəldikdə isə qaynadılmış yeməklərə üstünlük verilməsi daha məsləhətlidir”.
Qan-damar sistemində, təzyiqlərində problemi olanlar üçün isti havaların daha təhlükəli olduğunu deyən R.Nəbiyevin sözlərinə görə, isti hava ürək xəstələrinin damar genişlənməsi üçün yaxşıdır: “Soyuq qəbul edilən qida və mayelər mədə-bağırsaq sistemində problem yaradır və mədə üçün təhlükəlidir. Qızartma və ədviyyatlı yeməklərdən uzaq durmaq lazımdır. İnsanlar çalışmalıdır ki, olduqları yeri mütəmadi havalandırsınlar və ventilyasiyası olan yerlərdə qalmağa çalışsınlar”.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

