Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Plan yerləri artırılsa da...

Plan yerləri artırılsa da...

17.08.2022 [10:25]

Subbakalavrların şansı daha azdır

N.DİLQƏMLİ

Təhsil müddətinin ən önəmli məqamlarından biri də düzgün ixtisas seçiminin edilməsidir. Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi edən namizədlər isə xüsusi narahatlıq keçirirlər. İllərdir çəkilən əziyyətin nəticəsini xırda bir yanlışlığa qurban verərək hədər etməyi heç bir abituriyent arzulamır. Lakin əfsuslar olsun ki, hər işdə olduğu kimi, təhsil sahəsində də fırıldaqçılar var və onlar abituriyentlərə özlərini mütəxəssis kimi təqdim edərək onları aldadırlar. Bununla bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar keçirilən mətbuat kon?ransında abituriyentlərə xəbərdarlıq ünvanlayıb: “Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük”.

Hamı mütəxəssisə çevrilir

DİM sədrinin sözlərinə görə, sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir:  “Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burada qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir”.

Plan yerlərinin sayı

M.Abbaszadə bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün ayrılan plan yerləri haqqında da məlumat verib. DİM sədri bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb.

9 min nəfərdən artıq daha çox məzun

Onun sözlərinə görə, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir: “Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var. Ötən il plan yeri 49 998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”. Onun sözlərinə görə, artım daha çox I qrup ixtisaslarında olub. DİM sədri bildirib ki, bu qrup üzrə rəqəm 673 təşkil edir.

Bu ixtisasların balı yüksəkdir

Konfrans zamanı M.Abbaszadə I qrup üzrə yüksək ballı ixtisasları da açıqlayıb: “I qrupda kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisaslarda çox yüksək keçid ballarının olacağı gözlənilir”.

Hüquq fakültəsinin balından daha çox olacaq

“10 il qabaq kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar”, - DİM sədri vurğulayıb.

Subbakalavrlara az yer ayrılıb

M.Abbaszadə çıxışı zamanı bu il subbakalavrlara daha az yerin qalacağını da diqqətə çatdırıb: “Bu il ali təhsil müəssisələrinə daha az subbakalavrlar qəbul olacaq”. Onun sözlərinə görə, ötən il 6 min subbakalavr ali təhsil müəssisələrinə qəbul olub: “Bu il azalacağını güman edirik. Seçim zamanı subbakalavrlara daha az yer  qalacaq”.

Subbakalavr kimlərə deyilir və onların ali məktəbə qəbul prosesi necə həyata keçirilir?

Nazirlər Kabineti tərəfindən “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na müvafiq dəyişiklik edilməzdən əvvəl “Subbakalavrlar” dedikdə orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülürdü. 2020-ci ildə edilən dəyişiklikdən sonra isə artıq “subbakalavrlar” dedikdə həm də yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.  Beləliklə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

Eyni zamanda, subbakalavrlar ərizə qəbulu zamanı Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdikləri peşə təhsili müəssisəsindən alınmış ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) barədə bu Qaydalara əlavədəki formaya uyğun arayış təqdim etməlidirlər.

Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, kolleci bitirənlərin ali məktəblərə qəbul imtahanından azad olunmaları çox təqdirəlayiqdir. O, qəbul mexanizminin işləməsi ilə bağlı da məlumat verib: “Təcrübəyə əsasən onu deyə bilərik ki, orta məktəbi bitirən şagirdlər 9-cu sinifdən kolleclərə qəbul olunurlar. Öz istədiyi ixtisasda təhsil aldığı müddətdə həmin təhsilalanların topladığı ballar yüksəkdirsə, yəni tələblərə uyğundursa, subbakalavr sayıldıqlarına görə birbaşa ali məktəbə yönləndirilirlər. Lakin əgər kollec məzununun göstəriciləri aşağıdırsa, o, digər abituriyentlər kimi imtahanlarda iştirak edə bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur. Əvvəllər belə bir təlimat, qərar yox idi. İndi isə bu və ya digər kolleci bitirənlər balı və davamiyyəti yüksək olduğu halda (bu, təxminən 90-95 bal hesab olunur) DİM tərəfindən keçirilən müsabiqədə iştirak edirlər və uyğun ixtisaslara qəbul olunurlar. Ümumilikdə bu qərarı çox təqdir edirəm. Çünki belə olan halda ali məktəblərə qəbul olmaq istəyən, lakin müəyyən qədər zəif olan şagirdlər özlərində inam, güvən qazanmış olurlar. Təcrübə göstərir ki, kollecləri bitirib universitetə qəbul olan tələbələr arasında təhsil müddətində yetərincə yüksək nəticələr əldə edən tələbələr də var”.

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31