“Şuşa ili”nin məzunları
15.06.2022 [10:56]
Zəfər birinciləri, həyəcanlı valideynlər, qürurlu məzunlar...
Yeganə BAYRAMOVA
Dünən orta ümumtəhsil məktəblərində 11-ci siniflərə “Son zəng” çalındı. Məzunların həm həyəcanla gözlədiyi, həm də onları məktəb illərindən həmişəlik ayıran son zəng... Nə az, nə çox 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 91 188 nəfər şagirdi orta məktəbə “əlvida” dedi. Onlardan 42 005 nəfəri qız, 49 183 nəfəri isə oğlandır.
Möhtəşəm tarixin Son zəngi...
Səbail rayonu 7 nömrəli tam orta məktəbin Son zəng tədbirində iştirak edərək məktəbin müəllim, valideyn və şagird heyətinin təəssüratlarını öyrəndik. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin anılmasından sonra çıxışlarla davam etdi. Daha sonra isə məzunlar müxtəlif milli rəqs nümunələri ilə tədbirə rəng qatdılar.
Valideynlərin həyəcanı və sevinci üzlərindən oxunurdu. Amma məzun olan şagirdlərin çöhrəsindəki inam, fəxr və qürur hissini sezmək çox möhtəşəm idi. Axı onlar “Şuşa ili”nin məzunlar?dır və tarixi Zəfər qazanmış Vətənin, bütöv Azərbaycanın övladları olaraq məktəbə əlvida söylədilər.
Növbəti tədbirlərin Şuşada keçiriləcəyini düşünmək qürurvericidir
Səbail rayonu 7 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərinin icraçısı Könül Təhməzova: “Bu gün çox şanslı vətəndaşlarıq. Çünki şagirdlərimiz Qələbə qazanan bütöv Azərbaycanın, “Şuşa ili”nin məzunları olaraq məktəbi başa vurdular. Bu, həm sevindiricidir, bir o qədər də həy?canlı anlardır. Məzunlarımız da kövrək hislərlə məktəbdən ayrılırlar. İllər öncə məzun olan şagirdlərimiz də bugünkü tədbirə gələrək, 7 nömrəli məktəbdən məzun olduqlarını xüsusi olaraq söyləyirlər. Çox sevindirici haldır ki, Bakı şəhər Təhsil İdarəsinin tabeliyində 2 məktəbin şagirdi yüksək nəticə göstərib, onlardan biri bizim məktəblimiz Ayan Dəmirli idi, o, 676 bal toplayaraq 2-ci yerə çıxmışdı. İnanıram ki, bundan sonrakı şagirdlərimizin də yüksək nəticələrinə sevinəcəyik. Amma onların akademik biliklərindən başqa, Vətənimizi layiqincə təmsil edəcək bir vətəndaş kimi formalaşacaqlarına da əminəm. Çünki bizim məktəbin 44 günlük Vətən müharibəsində iştirak edən məzunları var ki, onlar qazi olublar, ?ətənə borclarını layiqincə ödəyiblər. Bütün şagirdləri, valideynləri və müəllimləri təbrik edirəm. Çox sevindirici haldır ki, biz xoşbəxt Azərbaycanın vətəndaşlarıyıq. Bundan sonra belə möhtəşəm tədbirlərimizin Şuşada qeyd ediləcəyini düşünmək çox qürurvericidir”.
Builki 11-cilər alnıaçıq və dik duruşludurlar!
Diaspor İnformasiya Mərkəzinin sədri, eyni zamanda, 1-ci sinif şagirdinin valideyni Toğrul Allahverdili: “Builki məzun ili digər illərlə müqayisədə tam fərqli və şərəflidir. Hazırda burada olan 11-cilər Zəfər qazanmış Azərbaycanın övladlarıdır. Bu il 1-ci sinfə qəbul olan uşaqlar da Zəfər birinciləridir. Bir valideyn və vətəndaş olaraq bu şərəfi bizə yaşatdığı üçün Ali Baş Komandanımıza və Ordumuza təşəkkür edirəm. Əvvəlki zamanlardan fərqli olaraq “Növbəti Son zəngi Qarabağda, Şuşada qeyd edərik”-demirik. Çünki artıq Şuşada, Qarabağdayıq! Bu, olduqca qürurlu hislərdir. İstər Azərbaycan, istərsə də rus bölməsinin məzunlarının hər biri azad Qarabağ ifadəsinin qürurunu yaşayır. Möhtəşəm tədbirin “Şuşa ili”nə təsadüf etməsi əvəz edilməyəcək hislərdir. Şuşa Azərbaycanın qeyrət, namus qalasıdır. Məzunlarımızın Şuşa ilə bağlı çıxış etməsi, Qarabağın adını çəkməsi Azərbaycan gəncliyinin Zəfər gəncliyi olduğunu göstərir. Buradakı gənclər bizlərə, daha əvvəlki 11-cilərə baxanda alınları açıq və dik duruşludurlar, onların üzündə bizmki kimi nisgil yoxdur. Çünki ərazisi bərpa edilən dövlətin şərəfli vətəndaşlarıdırlar. Bir valideyn olaraq bütün 11-ci sinif şagirdlərinə uğurlar arzu edirəm. Çox sevindiricidir ki, builki birincilərimizi 11 il sonra Şuşada məzun edəcəyik!”.
Valideyn Esmira Ələsova: “Bu gün həm bizim, həm də övladlarımız üçün sevindirici haldır ki, onlar qalib Vətənin məzunları olurlar. Ona görə də sevincimiz çox böyükdür. Bundan sonra məzun olan şagirdlərimizə müharibə görməməyi arzu edirəm. Tarixi Zəfərimiz daimi olsun! Bir valideyn kimi həm sevincli, həm də həyəcanlıyam, çünki mənim qızım da məzun olur. Təvazökarlıqdan uzaq olsa da, bütün valideynlərə arzu edirəm ki, mənim kimi 11 il ərzində övladları haqqında daim xoş xəbərlər eşitsinlər, yüksək nəticələr görsünlər. 7 nömrəli məktəbin bütün 11-ci siniflərini, həmçinin valideynləri təbrik edirəm, müəllimlərə isə dərin təşəkkürlərimi bildirirəm”.
Məzun Şahin İsmayılov: “7 nömrəli məktəbdə təhsil almağa 2010-cu ildən başladım. 11 ildir ki, bu məktəbdə oxuyuram. Üzərimizdə çox müəllimlərin əziyyəti olub. Bu məktəbdən çox şey öyrəndik. Ən əsası da “dostluq nədir?” onu bildik. Bütün müəllimlər haqlarını halal etsinlər. Düzdür, 2019-2020-ci il əlimizdən çox şey aldı. Biz belə məzun olmağı gözləmirdik. Amma yenə də, 3 gün qalmış xəbər verilsə də, bir şey etmək oldu və bir araya yığışdıq”.
Məzun Mehdiyeva Nuray: “Şuşa ili”nin məzunu olmağım mənim üçün böyük şərəfdir. Çox sevinirəm ki, məhz bu ildə orta məktəbi bitirdim. Bütün sinif yoldaşlarım 44 günlük Vətən müharibəsində Prezidentimiz və Müzəffər Ordumuzun əldə etdiyi uğurlarla fəxr edir. Ali təhsil alıb Vətənimi dünyada təmsil etmək üçün səbirsizlənirəm”.
Məzun Məhəmməd Qurbanov: “Məktəb üçün çox darıxacağam. Bir neçə gün öncədən hər ehtimala qarşı Son zəngə hazırlaşırdıq. Hər şey ürəyimcə oldu”.
Nəhayət, son zəng çalındı və şagirdlər müəllimləri ilə vidalaşdılar. Növbəti Son zəngin Şuşada çalınması diləyi ilə...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

