İlan sancmaları:
10.06.2022 [10:47]
Ölkədə yetərincə zərdab varmı?
Yeganə BAYRAMOVA
Havaların isinməsi ilə bölgələrdə, eləcə də Bakıda ilan sancmaları ilə bağlı hər gün məlumatlar oxuyuruq. Amma adi xəbər lentlərində verilən belə məlumatlar təhlükənin miqyasını izah etmir. Halbuki, təkcə Bakı və Bakıətrafı qəsəbələrdə, həmçinin bölgələrdə qeydə alınan statistika və ötən gün paytaxtın Xətai rayonunda bir binanın ilanların hücumuna məruz qalması həyəcan təbili çalmaq üçün kifayətdir. Bəzi rayonlarda, xüsusilə də kəndlərdə ilan sancan şəxsin ölməsi ilə bağlı ara-sıra məlumatlar eşidirik. Təbii ki, bu da tibbi yardımın vaxtında edilməməsi, ilan zəhəri əleyhinə zərdabın çatışmazlığı ilə bağlı ehtimalların irəli sürülməsinə səbəb olur.
Qeyd edək ki, bu ilin aprelindən etibarən Azərbaycanda gürzə ilanının sancması ilə bağlı Bakı şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 40-dan çox müraciət daxil olub.
Bu barədə “Yeni Azərbaycan”a açıqlamasında Klinik? Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Toksikoloqun sözlərinə görə, ölüm hadisəsi qeydə alınmayıb: “Müraciət edən 40 nəfərdən 8-i uşaqdır. Xəstələrin hamısı müayinələrdən keçib, toksiki-kimyəvi analizlər olunub, peşəkar həkimlər öz məsləhətlərini verib və lazım olan müayinələr tamamlandıqdan sonra evə buraxılıblar. May ayında isə 6 nəfər gürzə ilanının sancması ilə müraciət edib, hazırda 3 nəfər müalicəsini Mərkəzimizdə davam etdirir, gələndə vəziyyətləri ağır idi, indi isə orta ağırdır. İlan sancmaları ilə bağlı müraciətlərin qarşıdakı zamanlarda artacağını düşünürük və bu duruma hazırıq”.
Ölkədə zərdabla bağlı problem yaşanmır
A.Maqsudovun sözlərinə görə, ilin əvvəlindən xəstəxanaların zərdabla təmin edilməsi üçün TƏBİB-ə lazım olan müraciətlər ünvanlanıb: “Qurum operativ olaraq məsələni həll etdi və ölkəmizə lazım olan qədər zərdab gətirildi. Ölkədə zərdabla bağlı problem yoxdur. Zərdablar mərkəzi rayon xəstəxanaları, təcili yardım briqadaları və şəhər xəstəxanaları arasında paylaşdırılıb.
Azərbaycan zərdabları haradan alır?
A.Maqsudov deyir ki, ilanın növünə uyğun olaraq zərdablar da müxtəlifdir: “Özbəkistan istehsalı olan zərdablarda allergik reaksiyalar müşahidə edilir. Buna görə də, Azərbaycan əsasən Fransadan zərdab alır”.
Toksikoloq ölkədə olan təhlükəli ilanlardan da söz açıb: “Azərbaycanda əsasən 5 növ Qafqaz gürzəsi var. Onların hərəsi də rayonlara bölünüb. Hacıqabuldan tutmuş Şirvan, Aran rayonların?a, Bərdə, Yevlax, Kürdəmir, Qəbələ, Qazax, Şəmkir rayonlarında bu cür gürzələrin sancmaları haqda müraciətlər olur”.
Zərdab nədən hazırlanır?
Mütəxəssislər bildirir ki, zərdab xüsusi zülal - at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anofilaktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.
Qazax Rayon Diaqnostika Mərkəzindən qəzetimizə verilən açıqlamaya görə, Mərkəzdə ilan və əqrəb sancmaları ilə bağlı zərdab çatışmazlığı yoxdur: “Hələ ki, problem yaşamamışıq.”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

