Bir gün eşidərsiz, Alı da köçdü...
08.06.2022 [10:42]
Söyləyir Aşıq Alı,
Mən neyləyim qocalığa?
Deyirlər, sərgini gözlə,
Quşu qoyma yarmalığa;
Hər kəs gördü, götürmədi,
Döndüm əski yamanlığa;
Aləmdə puç eylədi,
Gözümü nurdan qocalıq.
Aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Aşıq Alı 1801-ci ilin bu günü - iyunun 8-də Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 1911-ci ildə burada vəfat edib və kənd qəbiristanlığında dəfn olunub. 1988-ci ildə soydaşlarımız məlum hadisələrlə əlaqədar doğma yurdu tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ermənilər sənətkarın qəbrini və qəbirüstü abidəsini vəhşiliklə dağıdıblar.
Mahalım Göyçədir,
kəndim Qızılvəng
Aşıq Alı təkdir, təkə tək gərək.
XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndəsi 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb.
Aşıq Alının həyatı haqqında əlimizdə dəqiq məlumat olmadığı kimi şeirlərinin də yarandığı illər və ilkin variantları haqqında dəqiq məlumatımız yoxdur. Ağızdan-ağıza keçdikcə xeyli təhrifə uğramış, dəyişikliklər edilib.
Aşıq Alı gözəl şair olmaqla yanaşı, həm də saz havalarının misilsiz yaradıcısı kimi tarixə düşüb. “Göyçə şərili”, “Göyçə gülü”, “Ağır şərili”, “Göyçə qaytağı”, “Qəhrəmani”, “El bayatısı” (“Köç bayatı”), “Gilənar” saz havalarının Aşıq Alı tərəfindən yaradıldığı heç kimə sirr deyil. Onun əzəmətli və möhtəşəm poetik dühası insan gözəlliyini, harmoniya və ahəngdarlığını mükəmməl sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.
Bir şəyird ki ustadına kəm baxar...
Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Aşıq Ələsgərlə ustadı Aşıq Alının deyişməsi və Ələsgərin öz ustadını məğlub etməsi haqqındakı rəvayətlər Azərbaycan folklorşünaslığında təsdiq olunmuş fakt sayılır. Deyişmənin 1850-ci illərdə baş verdiyi irəli sürülür.
Rəvayətə görə, müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişiblər və aşıq Alı Ələsgərə məğlub olub.
Bir başqa rəvayətə görə, aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilib, Ələsgər isə sazı götürməyib “Bir şəyird ki ustadına kəm baxar, onun gözlərinə ağ damar, damar” deyib.
Dədə Alı Azərbaycan aşıq şeiri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.
Deyilənlərə görə, Aşıq Alı boyu iki metrdən uca, enlikürək, sarışın, qumral gözlü bir adam olub. Məlahətli səsi, olduqca şirin ləfzi, dastan söyləmək qabiliyyəti onu insanlara sevdirib, dövrünün nadir şəxsiyyətlərindən biri kimi ad-san qazanıb. Aşıq Alının səsi-sorağı tezliklə Göyçənin hüdudlarını aşır.
O, Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıb. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya “böyük nəmər” (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.
Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi “Aşıq Alının Türkiyə səfəri”, Əsmər xanımla münasibətləri isə “Aşıq Alı və Əsmər” adlı xalq hekayələrində öz əksini tapıb. Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.
Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazıb.
Aşıq uzun müddət Kəlbəcərdə yaşayıb və ömrünün sonunda doğma kəndi Qızılvəngə qayıdıb. Atası İmirzə kişinin qəbrini ziyarət etdikdən sonra - 1911-ci ildə dünyasını dəyişib və kənd qəbiristanlığında dəfn olunub.
Aşığın belə bir misrası da var: “Səmtsiz uçan səmasında azardı”. O, heç vaxt səmtsiz uçmadı - ömrünü xalqın xeyir-şərində keçirdi, şeirlərində ağrılarını acıdı, sevinclərinə şərik oldu, vəsf etdi.
Sənətkardan gələcək nəsillərə böyük bir irs miras qaldı.
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş “Mahalım Göyçədir, Əslim Qızılvəng” adlı yubiley konserti keçirilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47

