Test sualları...
03.06.2022 [10:24]
Kim hazırlayır, kim yoxlayır?
Qəbul imtahanlarında tarixi abidələrimizlə bağlı suallar yoxdur...
Yeganə BAYRAMOVA
Qəbul imtahanlarına düşən suallar şagird və abituriyentlərin bilik səviyyəsinin ölçülməsində müstəsna rola malikdir. Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə dünyanın əksər ölkələrində geniş tətbiq edilən test üsuludur. Məhz testlərdəki suallar şagirdlərin orta məktəbdə yiyələndikləri bilik və bacarıqları üzə çıxaran vasitələrdən biridir. Ancaq orta məktəblərdəki dərslik proqramına salınan bəzi mövzular təəssüf ki, imtahan suallarında yer almır. Məsələn, testlərdə sual olaraq Azərbaycanın qədim və zəngin tarixi abidələri barədə suallar azlıq təşkil edir, hətta yox dərəcəsindədir. Qobustan abidələri və Azıx mağarası ilə bağlı suallar da testlərdə yoxdur. Ona görə də şagirdlərin böyük qismi bunu əsas götür?rək yalnız testlərə düşən mövzunu oxuyurlar. Məhz bu durum savadsızlığa yol açmaqla yanaşı, gənc nəslin qədim tariximiz barədə bilgisizliyini şərtləndirir.
Tariximizi nə qədər yaxşı bilsək, başımızın ucalığıdır!
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, bir çox hallarda testlərin düzgün tərtib edilməməsi biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilmir, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olur. Bu da zaman-zaman müəyyən narazılıqlarla müşayiət olunub və həmin narazılıqlar yenə davam etməkdədir.
Ekspertin sözlərinə görə, orta məktəb dərsliklərində Azərbaycanın tarixi abidələrinə dair kifayət qədər materialların olmasına baxmayaraq, onlar barədə hərtərəfli məlumat tipli suallar azlıq təşkil etməsi hər şeydən əvvəl onunla izah oluna bilər ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı suallarının sayı orta ümumtəhsil məktəblərinin proqramını bütünlüklə əhatə etmir. Bunun fərqində olan şagird və abituriyentlər isə həmin mövzuları öyrənməyə o qədər də maraqlı olmurlar:
“Yəni test tapşırıqlarının həcmi az olduğundan bütün mövzuları əhatə etmək mümkün deyil. Bu gün təhsil sahəsində əsas problem dərsliklərin yükünün ağır olmasıdır. Hansı mövzuların salınıb-salınmaması isə ikincidərəcəli məsələdir. Düzdür, proqramda müəyyən mövzular, o cümlədən Azərbaycanın tarix mədəniyyət abidələrinə dair kifayət qədər material var ki, onlar testlərdə öz əksini tapmayıb. Keçmişimizi, tariximizi nə qədər yaxşı bilsək, başımızın ucalığıdır. Bu kimi mövzuların testlərə salınmaması gələcək nəslin diqqətsizliyinə səbəb olmamalıdır. Sualların sayını artırmaqla da məsələni kökündən həll etmiş olmuruq”.
N.İsrafilov vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tarixinə yeni baxış bucağı formalaşmaqdadır: “Bu, dərsliklərin, proqramların və testlərin tərtibinə də aiddir. Bir millətin həqiqi tarixi millətin mədəniyyət tarixidir”.
Böyük yanlış -Test suallarını magistrlar tərtib edir
Əməkdar müəllim Almaz Həsrət isə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanında sualların hazırlanması zamanı magistrantların əməyindən istifadə edir:
“Bu hal əsla olmamalıdır. Test suallarını nə ali təhsil müəssisəsinin müəllimləri, nə də məzunları hazırlamalıdır. Yalnız və yalnız orta məktəblərdə çalışan ixtisas fənn müəllimlərinin hazırladığı suallar test şəklində tərtib olunmalıdır. Həmin suallar da bir neçə dəfə yoxlamadan keçməlidir. Çünki bəzən elə suallar olur ki, cavablarda relevantlıq gözlənilir, ona görə də bir sualın içində şagirdin bir neçə biliyinin ölçülməsini aparmaq lazımdır. Amma qəliz və çətin suallar hazırlanmalı deyil. Elə suallar olmalıdır ki, həqiqətən də şagirdin həmin fənnin içindəki məzmundan xəbərdar olub-olmamasını təyin etmək mümkün olsun”.
Əməkdar müəllimin sözlərinə görə, DİM sualların tərtibi zamanı əsl mütəxəssislərə müraciət etməlidir: “Sualların hazırlanmasında magistrlardan istifadə edilməməlidir. Bu, böyük yanlışdır”.
Problem suallarda deyil, yoxlamadadır...
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov da magistrların test suallarının tərtibində iştirak etdiyini vurğulayıb. Ekspert söyləyib ki, bu durum əslində o qədər də problem yaradan məsələ deyil:
DİM-in sifarişçi olduğunu bildirən K.Əsədov deyib ki, mərkəz keçirdiyi imtahanlarda orta məktəb bazasında işləyən və testləri tərtib edən şəxslərə müəyyən sifarişlər verir:
“Bütün fənlər üzrə orta məktəb dərsliklərindəki mövzular əsas götürülməklə suallar yazılır. Lakin bəzi hallarda magistrlar da bu sualların tərtibində iştirak edirlər. Çünki onlar DİM-ə CV verirlər, qurumun seminarlarında iştirak edirlər və testləri hazırlayırlar. Hətta şagirdlər də müəllif kimi test yazsalar, təhlükəli deyil. Son nəticədə həmin testləri yoxlayan, seçən, test bankına daxil edən DİM-nin ekspertləridir. Ona görə də problem yaranarsa, bu, ekspertlərlə bağlı ola bilər. Sualları kimin yazmasında narahat olmalı deyilik, həmin suallar imtahan iştirakçılarının qarşısına yazıldığı kimi qoyulmur. Problemimiz testlər yox, onların yoxlanılması ilə bağlıdır. Yoxlama zamanı da müəyyən xəta və qüsurlar olur. Bu, qaçılmazdır. Testləri yoxlayan şəxslər bəzi hallarda 4-cü kurs və magistrantlar olur, onların təcrübəsizliyi problem yaradır”.
K.Əsədov bildirib ki, dünya təcrübəsində müxtəlif test modelləri var. Bu test modelləri müəlliflər tərəfindən yazılır, ekspertlər tərəfindən seçilir: “Ekspertlər imtahanın məzmununa uyğun olan sualları seçirlər. Avropa ölkələrində test tapşırıqları dövlət standartına və meyarlarına uyğun hazırlanır”.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

