Maraqlıdır!
26.04.2022 [11:03]
Qədim türklərin qan qardaşlığı, tüstüyə görə “şeytan” adlandırılan adam, Moltanı dili, Baba Yaqa haqqında bilmədiklərimiz
İ. RƏSULOVA
1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1 ABŞ dolları 2 352 941- 2 579 348 manat arasında dəyişib.
Azərbaycan hökuməti inflyasiyaya görə Osmanlıdaki səfiri Çəmənzəminliyə ayda cəmisi 3 USD maaş göndərə bilibmiş. 1919-cu ildə Topçubaşovun başçılığı ilə Paris Sülh konfransına yola düşən nümayəndə heyəti cəmisi 105 USD ilə yola salınmışdı, bunun da 17 dollarını borc almışdılar.
Parlament sədrinin müavini olmuş doktor Həsən bəy Ağayevin maaşı 1 dollar 15 sent idi. O, dövlət işindən sonra həkimlik etməklə ailəsini dolandıra bilib.
wvw
Rus mifologiyasında adı çox çəkilən Baba Yaqa personajı əslində “türk əsillidir”.
Qədim türk dilində yaşlı qoca kişilərə Babay Ağa (aqa) deyərdilər. Məsələn, özbək dilində indi də atanın atasına, babasına babay deyilir. Qızıl Orda dövründə, ruslardan bac və ya xərac yığan şəxslərə Babay Aqa deyilirdi. Çünki bu vəzifəni adətən yaşlı və zəhmli ordalılar həyata keçirirdilər. Xalq arasında dəcəllik edən uşaqlara “sakit dur, səni Babay Aqaya verərik” demək adəti yaranmışdı. Sonradan bu ad rus folkloruna Baba Yaqa şəklində keçdi, o zəhmli, çirkin ifrit qarı kimi təsvir olundu.
wvw
Dilimizdə tez-tez işlənən “toba” sözünü çoxları İslam və “tövbə” kəlməsi ilə əlaqələndirir. Əslində bu sözün qədim tarixi və hekayəsi var. Bu araşdırmanın bir ucu bizi qan qardaşlığı məsələsinə qədər aparıb çıxarır.
Qədim türklərdə xaqan türk dövlətini idarə etməyə başlayanda əvvəlcə xalqı və Tanrısı qarşısında “ant” içərək söz verir, əhd edirdi. Anddan dönmək böyük günah, cinayət sayılır, andını çeynəyən xan taxtından endirilirdi. Bu, sözün müqəddəs gücündən qaynaqlanan bir inanc idi. Çuvaş və altaylıların mifologiyasında “ant” sözünü “tobada” kimi işlədirlər. Bu söz müsəlmanların “Vallah” sözü mənasında işlədilir. “Toba doğru deyirəm” frazasının kökü də bu “tobada” sözündən gəlir. Söz Skif ocaq tanrısı Tabıtının adıyla əlaqəlidir. Sözün mənşəyi, köhnə türkcə və monqolca diz çökmək anlamını verir.
Qədim türk və monqol dillərində Anda və ya Andakar demək and içib qan qardaşı olmaq anlamını verirdi. İki nəfər bir qabın içərisindəki südə biləklərini kəsib, qanlarını damladar və bu qarışımı içib qan qardaşı olardılar. Qan qardaşı bioloji qardaşdan daha yüksək, daha etibarlı qardaşlıq hesab olunurdu.
wvw
Spirtli içki qəbul edən zaman, onun tərkibindəki alkoqol alkoqol-dehidrogenaza (ADH) fermentinin təsirindən asetilaldehidə çevrilir, bu da öz növbəsində asetilaldehid-dehidrogenaza (AsDH) fermentinin təsirindən sirkə turşusuna çevrilir.
Genetik olaraq, hər iki fermenti kifayət qədər aktiv olan insanlar çoxlu spirtli içki qəbul etsə də sərxoş olmur və alkoqolun mənfi təsirlərı yaranmır.
ADH yaxşı işləyər, AsDH-nin aktivliyi zəif olarsa, bu zaman spirtli içki zəhərlənmə yaradır. Belə adamlar heç vaxt alkoqoldan asılı vəziyyətə düşmürlər və ən kiçik dozadan belə zəhərlənirlər.
ADH fermentinin pis işləməsi isə alkoqolun, hətta kiçik dozası ilə belə beyində ciddi dəyişikliklərin yaranmasına səbəb olur, Dopamin sistemi aktivləşir, eyforiya yaranır. İnsan spirtli içki qəbulundan məmnun qalır və məhz bu variant insanda alkoqolizmin yaranmasına səbəb olur.
wvw
Kosmosda bərkdən qışqırsaydınız, yanınızda biri olsa belə, sizi eşidə bilməzdi. Əslində açıq kosmosda qışqırmaq da mümkün deyil. Çünki ağzınızı açan zaman kosmik vakkum halı çiyərinizdəki bütün havanı bir anda sovurub çıxaracaq və siz heç qışqırmağa da imkan tapmayacaqdınız.
Kosmos səs dalğalarının yayıla bilməyəcəyi tam boşluqdan ibarət bir mühitdir. Buna görə də orada nə qışqırıqlar, nə ulduz partlayışları, nə də ki, başqa kosmik səslər eşidilə bilməz.
Kosmosdan fərqli olaraq Yerdə hər səsi eşidə bilirik. Çünki mövcud hava okeanı nəticəsində səs dalğaları qulaq pərdələrimizin titrəməsinə səbəb olur və biz hər an müxtəlif səslərin gözəlliyindən zövq ala bilirik.
wvw
Beyində iki dil mərkəzi var. Bu iki mərkəz insanın 13 yaşına qədər mövcud olur, sonra tək mərkəzə çevrilir. İnsan 8 yaşına kimi heç danışmasa, sonra danışa bilmir, bu mərkəzlər işləmədiyinə görə atrofiyaya uğrayır. İki mərkəzdən biri daha aktiv çalışır, daha çox oksigendən istifadə edir. Bu hər insanın dil açdığı ana dili mərkəzidir. İlk öyrəndiyi dil ana dil olmayanlar təzadlı həyat yaşayırlar. Hamiləliyin son 3 ayında uşaq beyni ananın danışıgını eşidərək ona uyğunlaşır və həmin dilə uyğun qırtlaq formalaşır. Türkiyəli professor, tibb elmləri doktoru Şükrü Uğuzun araşdırmalarına görə, hər insanın qırtlaq quruluşu genetikdir, onun ana dilinin fonetik (səs) tələblərinə uyğun formalaşır. Bu amil ana dilinin ilk dil kimi öyrədilməsini zəruri edir. Çünki ilk dil olarak ana dili öyrədilməyəndə birinci ziddiyyət qırtlaqda başlayır.
wvw
Ölümsüzlüyün kilidini açmaq cəhdləri üçün milyardlar ayrılıb.
Biologiya və yenidən proqramlaşdırma texnologiya şirkəti olan “Altos Labs” dünyanın ən yaxşı alimlərindən bəzilərini yüksək maaşla işləməyə dəvət edib. Məqsəd qocalma əleyhinə tədqiqatlara başlayaraq, tez bir zamanda müsbət nəticə əldə etməkdır. Layihə Amazon”un baş direktoru Jeff Bezos və milyarder Yuri Milner kimi böyük investorlar tərəfindən də dəstəklənib.
Artıq qocalmanı ləngidərək cavanlaşmaq araşdırmalarına 3 milyard dollarlıq böyük maliyyə yatırımı ayrılıb. Qarşıdakı hədəf insan ömrünü ən azı 100 il uzatmağın yolunu tapmaqdır.
wvw
İlk dəfə siqaret çəkən adama “şeytan” deyib, 7 il həbsdə saxlayıblar.
Kolumbun “Santa-Mariya” gəmisində zabit işləyən portuqaliyalı Rodriqo de Xeres ilk siqaret çəkən avropalı kimi tarixə düşüb.
1505-ci ildə siqaret çəkdiyi üçün həbs olunub. Onun qonşusu kilsəyə müraciət edərək “Bu adam şeytandır, ağzından tüstü üfürür” deyə şikayət edib. Xeresə 7 il həbs cəzası verilir. O həbsdən çıxanda artıq Portuqaliyanın yarısı siqaret çəkirdi.
wvw
Pakistanda sadə xalq Azərbaycana urdu dilində “Bhay can” deyir. Bu “Qardaş can” anlamındadır və ölkəmizin adı “Azər qardaş can” mənasını ifadə edir.
Nadir Şah dövründə Pakistanda 12 min qızılbaş məskunlaşıb, bu ölkədə soyadı “Qızılbaş”, “Təbrizli”, “Şirvanlı”, “Şirvani”, “Naxçıvani” olan insanlar hələ də qalmaqdadır. Azərbaycanda Moltanı dili deyilən bir qədim dil var ki, bu Pakistanın Multan şəhərindən Bakıya gələn tacirlərlə anlaşmaq üçün işlədilən dil idi. Qız qalasının yaxınlığında olan Karvansaray məhz Pakistandan gələn tacirlərin qonaqlanması üçün tikilmişdi.
Pakistanda Hacı Zeynalabdin Tağıyevin də adı sevgi və minnətlə xatırlanır. XIX əsrdə Pakistanın ərazisi İngiltərə ordusu tərəfindən işğal edilmişdi. Ölkə ərazisində taun epidemiyası yayılmış, 100 mindən çox insan xəstəlik nəticəsində ölmüşdü. Hacı Zeynalabdin Tağıyev öz hesabına taun xəstəliyinə qarşı 300 min ampula vaksin alaraq Pakistana göndərib. Onun bu addımı Pakistanda taun epidemiyasının qarşısını almaqda əsas rol oynayıb. 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra bu fakt dərsliklərə daxil edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

